Aug 21 2009

Vaxtın idarəsi üçün ən yaxşı metod

Vaxtı necə idarə etmək lazımdır? Necə az vaxta çox şeyə nail olmaq olar? Mən zamanı idarə etmək (time managment) haqqında bir neçə kitab oxudum, online kursa baxdım və audio kitablara qulaq asdım (hələ də oxuyur, qulaq asıram). Nəticə belədir ki, mümkün deyil hər şeyi edəsən. Amma mümkündür ki, ən vacibləri edəsən. Deməli belə zamanı idarə etmək üçün ən vacib qaydalar.
1. Gün ərzində görəcəyiniz işlərin siyahısın yazın (həftənin, ayın həmçinin)
Günə başlamadan öncə 5-10 dəqiqə vaxt ayırıb, bügün nə etmək lazımdır və ya vacibdir bunları yazmaq lazımdır. Sabahın planın bugün yatmağa gedəndə yazsaz lap yaxşı olar, çünki şüuraltı gecə yatdığınız müddətdə yazılmış planı necə daha tez etmək haqqında fikirləşir.
2. Ən vacibi yazdığınız işləri prioritetlərinə görə ayırmaqdır.
İşləri prioritetlərinə görə ayırmaq çox vacibdir. Elə işlər var ki, bunları bugün mütləq etmək lazımdır, sabaha qalsa artıq gec olacaq, bu işlərə A işləri deyirlər.Qayda belədir ki, əgər listə birdən çox A işi varsa, onda onları da sıralamaq vacibdir. Və ən vacib işi A1, ondan sonrakı işi A2 və s qeyd etmək lazımdır. İkinci lazım, amma vacib olmayan tapşırıqlar isə B kateqoryasına daxildir. Bu kateqoryaya daxil olan işləri isə görmək lazımdır, amma bugün görməsən sabah görməyin elə də ziyanı yoxdur. Bu işləri də eyni qaydada B1, B2 və s sıralayın. Üçüncü qrup işlər isə C işləri adlanır. C kateqoryasına daxil olan tapşırıqlar isə görmək yaxşıdır, amma bugün etməsən də olar, sabaha qalsa bir problemi heç yoxdur. Bu işlərə misal olaraq dostuna zəng etmək, qohumlara zəng və s göstərmək olar. C tapşırıqlarını da C1, C2 və s nizamlayın. 4-cü elə tapşırıqlar ola bilər ki, onu başqası da edə bilər. Bu tapşırıqları isə D kateqoryasına daxil edin və onu çalışın ki, siz də başqasına tapşırasız. Sonuncu kateqoryaya isə sizə heç bir xeyir verməyən işlər, hərəkətlər daxildir. Məsələn televizora baxmaq, chata girmək və s. Bu kateqoryaya isə elə hərəkətləri daxil edirsiz ki, onları etməyin sizə ziyanı faydasından çoxdur və onları etməməyə çalışırsız.
3. Qızıl qaydaya riayət edin
Qızıl qayda işləri prioritetlərinə görə görməkdir. Qayda belədir ki, A işin qurtarmamış B işinə keçməyin, B işin qurtarmamış C işinə keçməyin, A1 işin qurtarmamış A2 işinə keçməyin və s. Çox adam siyahı yazır və siyahı da nə asandır ordan başlayır. Elə mənim özümdə təzə təzə öyrənirəm, işləri prioritetlərinə görə görməyi. A1 işi çox vaxt çətin, vacib və sizin üçün çox əhəmiyyətli olan bir iş olur. Bunu etmək sizə digər işlərin hamısın etməkdən çox şey qazandıracaq. Qızıl qaydaya riayət etsəz, inanın fərqi özünüz görəcəksiniz.
İşinizdə möhkəm olun! :)

Bookmark and Share

2 Responses to “Vaxtın idarəsi üçün ən yaxşı metod”

  1. Ali deyir:

    Chalisharam

  2. hers19 deyir:

    Ali, vaxtin olsa , yuxunun 24 saatda yerinden de bir yazi yazarsan zehmet olmasa …

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy