Aug 24 2009

Linuxda .iso, necə mount edirlər?

Windowsda iso image baxmaq üçün və ya onun içinə girmək üçün PowerIso, MagicIso və s proqramlardan istifadə edirik. Linuxda isə iso image baxmağın, istifadə etməyin yolu çox asandır. Bunun üçün əlavə proqram istifadə etməyə də gərək yoxdur. mount komandası vasitəsi ilə biz iso image mount edə bilirik. Mount komandası ilə biz cdrom, floppy və s mount edə bilirik. Eyni zamanda iso image də mount edə bilirik. Bunun üçün ilk əvvəl /media qovluğuna gəlin.

[ali@alihost media]$ ls
disk My_Book testout trainsignal

Məndə artıq bir neçə mount olunmuş iso image var. İlk əvvəl mount ediləcək bir qovluq yaratmalıyıq. Bunun üçün root kimi sistemə daxil olun. Sonra bir dənə directorya (linuxda qovluğa directory deyirlər, windowsda isə folder deyirlər. Mən directory sözünü azərbaycanca necə deyə bilərəm? ) yaradın.

[ali@alihost media]$ su
Password:
[root@alihost media]# mkdir iso_image

Sonra isə hər hansı iso image bu directoryaya mount edin. Aşağıdakı şəkildə

[root@alihost media]# mount -o loop /home/ali/linuxcbt-security.iso iso_image/

Indi iso_image direktoryasına keçək.

[root@alihost media]# cd iso_image/
[root@alihost iso_image]# ls
autorun.inf docs index.html movies
config.xml images LinuxCBT – Security Edition.swf

Gördüyünüz kimi iso_image mount olubdur. Onu unmount etmək üçün, yəni ayırmaq üçün sadəcə umount komandasından istifadə etmək lazımdır. Belə

[root@alihost iso_image]# cd ..
[root@alihost media]# umount iso_image/
[root@alihost media]# ls iso_image/

Beləliklə, biz iso_image birləşdirə və ayıra bildik. Çox sadə, rahat və əlverişli

Bookmark and Share

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy