FameLab yarımfinal
Bugün FameLabda yarımfinal mərhələsi idi. FameLabın nə olduğunu bilməyənlər burdan öyrənə bilərlər. Mən də orda çıxış etdim. Çıxışım belə idi.
Bu bizim dünyamızdır. (əlimdə balaca qlobus fırladıram ) . Bu isə dünyamızı əhatə edəcək Griddir. Bəs Grid nədir? Grid komputer gücü və yaddaş təqdim edən servisdir. Bu servis elektrik şəbəkəsinə uyğun olaraq yaradılır. Biz hər birimiz evdə elektrik enerjisindən istifadə edirik. Açar vasitəsi ilə işığı yandırırıq, elektrik cihazların çox asanlıqla elektrikə cəryanına qoşuruq və s . Lakin heç birimizin evində elektrik stansiyası yoxudr. Birazdan komputer texnologiyasıda belə olacaq.
Bizə yalnız ekran və klavyatura lazım olacaq. Bunu Gridə qoşacayıq. İndi komputerdə etdiyimiz hər bir şeyi, hətta ondan çoxunu edə biləcəyik. Nəinki ekran və klavyatura ilə istənilən elektron cihaz (telefon, iphone və s) vasitasi ilə gridə qoşula biləcəyik. Bu çox ucuz və rahat olacaq. Gridin necə işlədiyini başa düşmək üçün bir misal gətirim. (aparıcıya tərəf dönürəm)
-Xanım, sizə bir sual verim.
-Buyur.
-Adınız nə oldu xanım?
- Rühəngiz
-Rühəngiz xanım, siz bu stolu tək burdan götürüb ora qoya bilərsiz ? (münsiflərin stolun)
-Yox
Bəli, Ruhəngiz xanım bu stolu burdan ora tək qoya bilməz. Amma ona bir və ya bir neçə nəfər kömək etsə, mən inanıram ki, o bunu asanlıqla edə biləcək. Gridin işləməsi də buna oxşayır. Yəni elə məsələlər var ki ,onu hesablamağa bir komputerin gücü çatmır. Lakin bu məsələni o, digər komputerlə birlikdə çox asanlıqla həll edə bilər. Məsələn, bu il İsveçrədə dünyanın ən böyük experimenti aparılır. Bu experment vasitəsi ilə kainatın yaranması, qara dəlik və s sirlər öyrəniləcək. Bu experimentdən külli miqdarda məlumat və verilən ayrılacaq. Bu məlumat və verilənləri analiz və emal etmək üçün isə bir kompturerin gücü çatmaz. Bir komputer yox, hətta İsveçrədəki komputerlərin gücü çatmır. Buna görə də digər ölkələr də öz komputer güclərin təqdim edir. Məsələn, Azərbaycan 300 komputer. Bu komputerlərin birlikdə işləməsi və verilən məsələni tədqiq etməsi isə elə Griddir. Necə deyərlər: “Güc birlikdədir”.
Mən finala seçilmədim. Maraqlısı isə bu oldu ki, çıxışı qurtarandan sonra münsiflər məndən bir söz soruşdu. Grid nədir? Biz Gridin nə olduğun başa düşmədik. Sən demə səhərdən mən özümü boşuna yorurmuşam. Bundan sadə Gridi necə izah etmək olar? Heç bir termin istifadə etmədim. VO, Resource Broker, Authentication, Autherization, Security və s heç nə haqqında danışmadım. Bacardığım qədər hamının başa düşə biləcəyi dildə danışdım. Amma alınmadı…

