mysql
Mysql haqqında biraz məlumat verim.İndi linuxda olduğumdan linuxda mysql haqqında danışacam. Əslinda isə fərqi yoxdur, windowsda da eyni komandalar olacaq. Fərq servisi aktivləşdirmədə və mysqli install etməkdə olacaq. Nə isə işə başlayaq. Mysqli install etmək üçün (məndə linuxun Fedora distributividir)
[root@localhost Ali]# yum install mysql
yazmağınız kifayətdir. Mysqli install etdikdən sonra servisi aktivləşdirmək üçün
/etc/rc.d/init.d/mysqld start yazmaq lazımdır. Əgər her şeyi qaydasında etmisiniszə
Starting MySQL: [ OK ]
belə bir yazı çıxmalıdır.
Bundan sonra isə mysql -ə admin kimi daxil olmaq lazimdir. Aşağıdakı komandanı daxil edin.
[root@localhost Ali]# mysql -h localhost -u root -ppassword
Daxil etdikən sonra
Welcome to the MySQL monitor. Commands end with ; or \g.
Your MySQL connection id is 4
Server version: 5.0.45 Source distribution
Type ‘help;’ or ‘\h’ for help. Type ‘\c’ to clear the buffer.
mysql>
Belə bir məlumat gəlir və siz mysql interaktif rejiminə daxil olursuz.
Indi isə bazanı yaradaq.
mysql> create database ali;
Query OK, 1 row affected (0.15 sec)
Ali adlı baza yaratdıq.Bu bazadan istifadə etmək üçün aşağıdakı əmri daxil edin.
mysql> use ali;
İndi bu bazada table yaradaq.Bunun üçün create table table_name(); əmrindən istifadə etmək lazımdır.
mysql> create table about (Name varchar(20),age int,profession char (20));
Query OK, 0 rows affected (0.08 sec)
Table da hazırdır. Tableda nə olduğunu (hansı sətirlərin) bilmək üçün describe əmrindən istifadə edilir.
mysql> describe about;
+————+————-+——+—–+———+——-+
| Field | Type | Null | Key | Default | Extra |
+————+————-+——+—–+———+——-+
| Name | varchar(20) | YES | | NULL | |
| age | int(11) | YES | | NULL | |
| profession | char(20) | YES | | NULL | |
+————+————-+——+—–+———+——-+
3 rows in set (0.00 sec)
Cədvələ məlumat əlavə etmək üçün
mysql> insert into about values(’Ali’,'20′,’programmer’);
Query OK, 1 row affected (0.02 sec)
Cədvəldə nə olduğunu görmək üçün
mysql> select * from about;
+——+——+————+
| Name | age | profession |
+——+——+————+
| Ali | 20 | programmer |
+——+——+————+
1 row in set (0.00 sec)
əmrlərini daxil etmək lazımdır.
Mysqldən çıxmaq üçün exit əmrini daxil edin.
Servisi yenidən dayandırmaq üçün isə
[root@localhost Ali]# /etc/rc.d/init.d/mysqld stop
Stopping MySQL: [ OK ]
daxil etmək lazımdır. Bu günlük bu qədər. Harasında alınmasa deyirsiz.

