Pythonla kef elə
u gün biraz python haqqında yazacam.
Əgər siz pythonu yükləməmisizsə bu linkdən yükləyə bilərsiz. Çoxlu Linux distributivində python yüklənmiş olur. Əgər sizdə yoxdursa,onda pythonun rəsmi saytından yükləyə bilərsiz.
Python opensource (açıq kodlu) layihə olub,öyrənilməsi çox rahat və hər yerdə işlənə bilən dinamik proqramlaşdırma dilidir.
Pythonla siz iki rejimdə işləyə bilərsiz. Biri interaktif,biridəki adi text editorla proqramı yazırsız sonra kompilyasiya edirsiz. İnteraktif rejim bəzi məsələr üçün əlverişli olsa da,biraz çətin məsələni həll interaktiv rejimdə həll etmək məsləhət deyil. Təsadüfi deyil ki, yazının adını pytonla kef elə qoymuşam. Çünki python sadə və sonradan koda baxdıqda anlaşıqlı bir dildir. Mən pythonun interaktiv rejimindən kalkulyator kimi istifadə edirəm. Gəlin pythonun interaktiv rejiminə bir yerdə baxaq. Girirsiz terminala orda sadəcə python sözünü yazıb,enter düyməsini basırsız. Budur artıq pythonun interaktif rejiminə keçdiz. İnteraktiv rejim aşağıdakı kimi olur.
[student@localhost ~]$ python
Python 2.5 (r25:51908, Apr 10 2007, 10:29:13)
[GCC 4.1.2 20070403 (Red Hat 4.1.2-8)] on linux2
Type “help”, “copyright”, “credits” or “license” for more information.
>>>
Gəlin indi riyazi hesablamalar aparaq.
[>>> 5+9
14
>>> 12*3
36
Gördüyünüz kimi sadəcə əməliyyatı yazırsan,enter basırsan və cavab hazır olur. Elə bil dəftərə misal yazırsan. İndi biraz mürəkkəb bir misal yazaq.
>>> ((100+3435)*3-(343+3475)*2)/5
593
Əsasən hər bir proqramlaşdırma dilin öyrənməyə başlayanda “Hello World” proqramı ilə başlayırlar. Bu dəfə biz qaydanı pozaraq, sadə riyazi hesablamalarla başladıq. Pythonda Hello World sadə şəkildə aşağıdakı kimi olur.
>>> print “Hello World”
Hello World
Adicə print “Hello World”. Yaxşı yadıma düşdü. Pythonda dəyişənlərin tipi avtomatik sistem tərəfindən bilinir. Yəni siz ” dırnaq içində nəsə yazsaz. Onda bu string (sətir) tipi kimi başa düşüləcək”. Əgər hər hansı rəqəm (onluq hissəsi olmayan) yazsaz, onda integer (tam) tip kimi başa düşülür. Bu da pythonun üstünlüklərindən biridir.İndi isə şərt operatoruna baxaq. Bütün proqramlaşdırma dillərində şərt operatoru ifdir. Pythonda if operatoru bu şəkildədir.
if şərt:
(tab və ya spacebar knopkasın basın) yerinə yetirilən əmrlər. Yəni:
>>> a=1
>>> if a==1:
… print “a birə bərabərdir”
…
a birə bərabərdir
Burda gördüyünüz kimi bərabərdir şərtini yoxlamaq üçün (==) istifadə etmək lazımdır. Əgər bir = qoysaz.
>>> if a=1:
File “”, line 1
if a=1:
^
SyntaxError: invalid syntax
şəklində syntaksis erroru çıxacaq. Şərti yazdıqdan sonra enteri basdıqda … nöqtələri gəlir. Bundan sonra mütləq ya boşluq ya da tab qoymaq lazımdır. Yoxsa,
>>> if a==1:
… print “a birə bərabərdir”
File “”, line 2
print “a birə bərabərdir”
^
IndentationError: expected an indented block
başınız errorla ağrıyacaq.
Bunu onun üçün elə qoyublar ki, proqram oxunaqlı olsun. Əmrləri (yəni if blokunun içini) yazdıqdan sonra nəticəni görmək üçün iki dəfə enter düyməsini basın.İndi isə şərt çox olan hala , yəni if-else quruluşuna baxaq.
>>> a=1
>>> if a==1:
… print “a birdir”
… else:
… print “a birden ferqlidir”
…
a birdir
Yəni ifin daxilin yazdıqdan sonra enteri basırsan. Keçirsən yeni sətrə,day bu dəfə boşluq buraxmırsan else: yazırsan. Qalanı bayaqki qayda kimi gedir. Bu qayda ilə if-elif-else işləyir. Yəni:
>>> a=2
>>> b=5
>>> sum=a+b
>>> cix=a-b
>>> if cix>0:
… print “a>b”
… elif cix<0:
… print "a<b"
… else:
… print "a=b"
…
a<b
Şəklində olur. Bugünlük bu qədər əgər nəsə sualınız olsa, verə bilərsiz.

