Aug 26 2009

Tələbələr riyaziyyatdan qorxur

Yenicə aparılan araşdırmadan məlum olub ki, texniki fənlər üzrə təhsil alan tələbələrin hər 10-dan 6-sı riyaziyyatdan qorxur. Bu hal üzrə qadınların sayı kişilərdən çoxdur.Granada Universitetində 885 birinci kurs tələbələri arasında 23 fərqli fənn üzrə aparılan araşdırmada 47 % kişi riyaziyyat fənni gələndə “stress, qorxu, əsəb, narahatlıq” bu kimi siptomlar keçirib.Qadınların isə 62 faizi bu siptomları göstərib.
Mənbə : Most undergraduates ’show fear when asked to do maths’
Mənə maraqlı olan isə görəsən bu araşdırmanı bizdə aparsan nəticə necə olar? Mən özüm tətbiqi riyaziyyatda oxuyuram. İxtisası riyaziyyat olanların 70-80% i riyazziyat oxumur. Riyazziyatdan qorxanların sayı isə, Allah bil neçə olar? Çox tələbə isə ona görə qorxur ki, onlar universitetə girəndə məqsədləri riyaziyyatçı olmaq olmuyub. Məqsədləri universitetə girmək olub, bəziləri isə ixtisas seçimində yanılıblar. Ona görə də nəticə sevindirici olmayacaq. Mən də elə bu qruplardan hansısa birinə daxiləm. Məktəbdə keçilən riyaziyyatdan çox xoşum gəlirdi. Elə bilirdim riyaziyyat təkcə bundan ibarətdir. Universitetə girəndən sonra isə… Gördüm ki, yox bu mənim çox da xoşuma gəlmir.

Bookmark and Share

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy