Ümumi proqramlaşdırma dilləri haqqında
Program: Hər hansı məsələni həll etmək üçün komputer dilində yazılmış kodlardər. Yəni biz məsələni həll etmək üçün komputerdə proqram yazırıq.
Proqramlaşdırma dili:Proqramı yazmaq üçün isə bizə proqramlaşdərma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C,C++,Java,Smaltalk,Pascal,Visual Basic,Visual FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar:
- Çox yüksək səviyyəli dillər və ya vizual dillər :Access,FoxPro,Paradox,XBase,Visual Basic.
- Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir):Pascal,Basic,Fortran.
- Orta səviyyəli proqramlaşdırma dilləri:C,C++
- Aşağı səviyyəli proqramlaşdırma dilləri:Assembly language
- Maşın dili:Ən aşağı səviyyəli dil olub 0 və 1 lərdən ibarətdir
Bundan başqa proqramlaşdırma dillərini ayrı 2 qrupa bölmək olar: Prosedur proqramlaşdırma dilləri (Pascal,Basic), Obyekt yönümlü proqramlaşdırma dilləri (C++,C#,Java,Smaltalk ).
Hər hansı proqramlaşdırma dilini istifadə etmək üçün isə bizə ilk növbədə kompilyator lazımdır. Kompilyator olduqdan sonra biz öz proqramımızı mətn redaktorunda(Məsələn: Notepad) yaza bilərik. Lakin çox biz İDE yəni proqramlaşdırmanın inteqrallaşmış mühitindən istifadə edirik. Sadə dillə desək,bizə bir mühit verilir,orda komponentlər olur və bunlardan istifadə edərək biz öz proqramımızı yazırıq.Və ən əsası proqramlaşdırmanı öyrənməyin yolu proqram yazmaqdır (təkcə oxumaqla proqramist olmaq olmaz). İngiliscə daha yaxşı çıxır. Learning programming is programming.


salam
men bu proqramlaşdırma sahəsini öyrənmək istiyirəm,bunun üçün men ilk növbədə nə etməliyəm və məlumatlarə hardan əldə edim,