Aug 26 2009

Vaxt yoxdur

Hər gün şikayətlənirəm. Vaxt yoxdur. Ətrafıma baxıram, təkcə mən deyiləm. Kimdən soruşuram deyir ki, vaxt yoxdur. Komputer arxasında oyun oynayan, tv yə baxan, msndə, facebookda saatlarını itirənlər hamısı deyir vaxt yoxdur. Doğrudan vaxt yoxdur? Yox, bəlkə ruslar demişkən “oxot” yoxdur? Yox, səhv edirəm vaxt yoxdur. Çünki vaxtımız o qədər mənasız işlərə gedir ki, vaxt necə olsun? Bizə lazım olmayan, heç bir xeyri olmayan “işlər” və nəticə: “Vaxt yoxdur, yoxsa mən …” Bəlkə də səhv edirəm? Səhv edirəm. Çünki, istək yoxdur, hərəkət başlamaq üçün iradə yoxdur. Vaxt var. Hamımızın 24 saatı var. Sabah nə olacağımız bugün ki, 24 saatı istifadədən çox aslıdır. Vaxtı düzgün idarə etmək isə bir qabiliyyətdir. Bu qabiliyyəti hamı öyrənə bilər. Bu haqda çoxlu kitablar, məqalələr və s var. Bir də vərdişlərimizə çox diqqət etməliyik. Bir məşhur söz yadıma düşdü: “Əvvəl biz vərdişlərimizi yaradırıq, sonra isə vərdişlərimiz bizi yaradır”. Vaxtı idarə etmək bir vərdiş halına keçəndən sonra isə qalanı çox asan olacaq. Düzdür hər şeyə yenə də vaxt olmayacaq. Amma indi etmək istədiklərimiz və “ vaxt yoxdur” bəhanəsi ilə etmədiklərimiz çox işə vaxt olacaq.

Bookmark and Share

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy