Sep 02 2009

21 addımda hədəflərlə yaşamaq üçün…

  1. Potensiyalınızı ortaya qoyun!
  2. Həqiqi potensiyalınızın sərhədsiz olduğunu unutmuyun. Həyatda bugünə kimi etdiyiniz hər şey gələcəkdəki uğurlarınız üçün bir hazırlıqdır.

  3. Həyatınızın idarəsin əlinizə alın!
  4. Düşündüyünüz, etdiyiniz və söylədiyiniz hər şeydən və bu andan etibaren başınıza gələnlərdən siz məsulsunuz. Əsla bir bəhanə uydurmuyun və başqaların günahlandırmıyın. Bunun yerinə hər gün hədəflərinizə doğru irəliləyin.

  5. Öz gələcəyinizi yaradın!
  6. Edə biləcəkləriniz, ola biləcəkləriniz və sahib olacaqlarınız haqqında heç bir sərhədin olmadığın hesab edin. Arzuladığınız həyatı əksiksiz bir şəkildə qurmanız üçün bütün qaynaqların əlinizdə olduğun düşünün və planlayın.

  7. Öz dəyərlərinizi müəyyənləşdirin!
  8. İçinizdəki dəyərlər və mühakimələr necə bir şəxs olduğunuzu müəyyən edər. Həqiqətən nəyə inandığınızı təyin etmək və həyatınızın hər sahəsində nəyə əhəmiyyət verdiyinizi müəyyənləşdirmək üçün özünüzə vaxt ayırın. Daha doğrusu özünüz üçün doğru olandan heç vaxt əl çəkməyin.

  9. Həqiqi hədəflərinizi təyin edin!
  10. Həyatınızın hər sahəsində həqiqətən nəyə nail olmaq istədiyinizi müəyyənləşdirin.

  11. Ən böyük məqsədinizin nə olduğuna qərar verin!
  12. Həyatınızda mərkəzi bir hədəfə ehtiyacınız vardır. Digər hədəflərinizi əldə etməyinizi təmin edəcək tək böyük bir hədəf olmalıdır. Bunun nə olduğuna qərar verin və üzərində çalışmağa başlayın.

  13. İnanclarınızı analiz edin!
  14. Öz istedadlarınız, ətrafınızdakı dünya haqqındakı inanc və duyğularınızın etdiyiniz hər şeyə təsiri olacaqdır. İnançlarınızın pozitiv olmasına və hədəflərinizlə tutarlı olmasına diqqət yetirin.

  15. Ən başdan başlayın!
  16. Hədəfinizi əldə etməkdən qabaq hardan başlayacağınızı yaxşıca analiz edin. Bugün hansı nöqtədə olduğunuzu müəyyənləşdirin və gələcəkdə nə etmək istədiyiniz haqqında dürüst və həqiqətə uyğun olun.

  17. İrəliləməyinizi ölçün!
  18. Hədəflərinizə gedən yolda ölçülər, hesab kartları təyin edin. Beləliklə nə qədər irəlilədiyinizi və daha nə etməniz gərəkdiyini daha yaxşı planlaya bilərsiz.

  19. Qarşınızdakı maneləri qaldırın!
  20. Problemi həll etmək bir bacarıqdır. Hədəfləriniz qarşısına çıxan problemləri həll edərkən bu mövzuda ustalaşarsınız və hədəfinizi daha asanlıqla əldə edərsiniz.

  21. Öz sahənizdə mütəxəssis hala gəlin!
  22. Öz sahənizdə ilk 10% -ə girmək üçün lazım olan hər şeyi indi içinizdə daşımaqdasınız. Özünüzə bu xüsusiyyətləri tanımaq və inkişaf etdirmək üçün hədəf qoyun və əldə edənə kimi çalışın.

  23. Doğru insanlarla əlaqə qurun!
  24. Birlikdə yaşayacağınız, çalışacağınız və dost olacağınız insanları doğru seçməyiniz uğur qazanmağınıza böyük təsir edəcək. Sevdiyiniz, təqdir etdiyiniz və sayğı duyduğunuz insanlarla bir yerdə olmaq üçün indi hərəkətə keçin. Qartal olmaq istəyirsinizsə, qartallarla birlikdə uçun.

  25. Bir hərəkət planı hazırlayın!
  26. Yaxşı düşünülmüş bir plana sahib olan adi bir insan heçbir planı olmayan bir dahidən daha uğurlu olur. İşləri qabaqcadan planlama və təşkil etmək bacarığı sayəsində ən mürəkkəb hədəfləri belə əldə edə bilərsiz.

  27. Vaxtınızı yaxşı istifadə edin!
  28. Məhsuldarlığınızı, performansınızı və ortaya qoyduğunuz hər şeyi 2-3 qatına çıxarmağın yolların tapın. İşə başlamamışdan qabaq özünüzə prioritetler seçin və vaxta konsantrə olun.

  29. Hədəflərinizi gözdən keçirin!
  30. Hədəflərinizi gözdən keçirmək üçün hər həftə özünüzə vaxt ayırın. Doğru yolda irəlilədiyinizdən və planınızı həyat keçirmək üçün lazım olan işləri gördüyünüzdən əmin olun.

  31. Hədəflərinizi daima gözünüzdə canlandırın!
  32. Zehninizdəki filmlərə cəmlənin. Xəyal gücünüz həyatın gətirəcəklərini ayna kimi göstərir. Hədəflərinizi qarşınızda durmuş kimi görün. Diqqətə çarpan və həyacan verən zehni dizaynlarınız bütün zehni gücləri hərəkətə keçirər.

  33. Şüurüstü zehninizi hərəkətə keçirin!
  34. Ehtiyacınız olan hər şeyi sizə verə biləcək inanılmaz güclərə sahibsiniz. Fikir və anlayışlardan ibarət olan bu qaynağı istifadə etmək üçün ona lazımlı vaxtı ayırın.

  35. Hər zaman elastik olun!
  36. Hədəfiniz mövzusunda açıq və qəti, onu əldə etmək yolunda isə elastik olun. Eyni nəticəni əldə etməyinizi təmin edəcək daha yeni, asan və ucuz üsullara açıq olun. Fayda verməyən bir şey olanda fərqli yanaşmağa çalışın.

  37. Anadangəlmə yaradıcıllığınızı hərəkətə keçirin!
  38. Problemləri həll etmək və hədəfləri əldə etmək üçün inanılmaz bir yaradıcılıq istedadına sahibsiniz. Siz potensial bir dahisiniz. Hər hansı bir maneəni aşmaq və ya hədəfə çatmaq üçün zəkanızı istifadə etməlisiniz.

Hər gün bir şey edin!

Bugün hərəkətə keçin!

Əsla təslim olmayın!

Müvəffəqiyyətə çatana kimi tərk etməyin!

Bookmark and Share

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy