Bütün proqramlaşdırma dillərində var
Proqramlaşdırma dillərinin sintaksisi bir-birindən fərqlənir. Lakin bir çox elementlər bütün proqramlaşdırma dillərində var.Bunlar aşağıdakılardır:
1.Literal: Literal yəni qiymət. Hər hansı qiymət. Literal məsələn 5, 6 , -100, “Salam”. Literal ədəd, sətir, simvol və s ola bilər.
2.Riyazi əməliyyatlar: Hamımızın bildiyi toplama, çıxma, vurma, bölmə.
3.Funksiyalar: Istifadəçi təyin etdiyi və ya hazır dilin özündə olan funksiyalar.
4.Dəyişənlər: Literal dəyişənin qiymətidir. Dəyişən hər hansı qiyməti sonradan istifadə etmək üçün literala verilən addır. Və ya dəyişəni təyin edirik, sonradan hər hansı qiymət alır.
5.Massivlər: Massiv eyni xüsusiyyətə malk olan elementlər çoxluğudur. Bir ölçülü və ya çox ölçülü ola bilər.
6.Konstantlar: Konstant yəni sabitlər. Proqramın əvvəlində (əsasən əvvəlində) təyin olunur və proqramda qiymətin dəyişmir.
7.Şərt operatorları : Adındanda göründüyü kimi hər hansı şərt üçün istifadə olunur.
8.İf…Else: Bütün proqramlaşdırma dillərində bu if operatoru var . Əgər bu belə olarsa, bunu et, əks halda bunu et.
9.Dövrlər: Bu da adından göründüyü kimi hər hansı dövr yazmaq üçündür. Məsələn 1-dən 100-ə kimi bütün ədədlərin cəmin tap. Bunun üçün bir dövr yazırsan.Bir dəyişənin qiymətin əvvəlcədən 0 götürürsən. O biri dəyişəni isə qiyməti dövrdə bir bir artır bu dəyişənin üzərinə gəlir. Məsələn C# da yazdım
using System;
using System.Collections.Generic;
using System.Linq;
using System.Text;
namespace sum
{
class Program
{
static void Main(string[] args)
{
int i;
int sum;
sum = 0;
for (i = 1; i <= 100; i++)
{
sum = sum + i;
}
Console.WriteLine("1-dən 100-ə kimi ədədləri cəmi");
Console.WriteLine("Sum = {0}",sum);
Console.ReadLine();
}
}
}10.Fayl giriş-çıxış (file input-output) :Bu da proqramda hər hansı bir faylı istifadə etmək və ya proqramda hər hansı fayl yaratmaq üçün istifadə olunur.
Bunların hamısı bütün proqramlaşdırma dillərində var. Başqa ümumi olanlarda ola bilsin .Mənim yadıma bu qədəri gəldi. Amma mən burda sırf hamısında olanlardan danışdım. Yəni məsələn OYP (obyekt yönümlü proqramlaşdırma ) dillərinin öz ümumi prinsipləri var və ya sturuktur proqramlaşdırma dillərinin öz ümumi qaydaları var. Amma bu qaydalar hamısında var.

