C# dili
C# obyekt yönümlü proqramlaşdırma dilidir. Bütün C# obyektləri object sinifindən alınır. Sinif içərisində verilənlər, davranış və xüsusiyyətlər olan bir qavramdır. Verilənlərə property ,event və dəyişənləri aid etmək olar. Davranışa metodları, xüsusiyyətlərə isə hər bir sinifdən törəyən obyektin öz belə demək mümkünsə şəxsi xüsusiyyətlərin aid etmək olar. C# c/c++ ailəsində ilk “component oriented” proqramlaşdırma dilidir. Burda demək olar ki, obyektdir. C++ bilənləriniz varsa orda headerlər olurdu. C# da onlara ehtiyac yoxdur.
Siniflər obyekt yönümlü proqramlaşdırmanın əsasını təşkil edir. Yəni biz bir obyekti siniflərin köməyi ilə yarada bilərik. Siniflərin bir çox növü var. Məslən sealed, partial, abstract, static siniflər. Classı (sinifi) necə yaratmağı öyrənək.
class haqqimda
{
//dəyişənlər
public string ad;
private string gizli;
//constructor
public haqqimda()
{
ad = " Ali ";
gizli = " Private olan soz ";
}
//destructor
~haqqimda ()
{
// bura class baglanan zaman lazim olan emelliyat yazilir. Ele de istifade olunmur .
}P.S. Bu yazını 2008-ci ilin yanvar ayı mix.azın formunda yazmışdım. İnternetdə gəzəndə təsadüfən qabağıma çıxdı. Dedim öz əməyimdir, bloguma qoyum

