Düşüncələr bizi, biz düşüncələrimizi əks etdiririk
“Bizim fikirlərimiz və təsəvvürümüz bizim imkanlarımızın yeganə həqiqi limitidir” Orison Swett Marden
İnsanın düşünmə qabiliyyəti həqiqətəndə mözücədir. Gün ərzində minlərlə düşüncələr, fikirlər beynimizdən keçir. Lap yaxşı çox fikirlər keçir, əsas olan bu fikirlər bizə xeyirdirmi? Xüsusəndə biz Azərbaycanlılara. Deyəcəksiz, bizə nə gəlib ee? Məndə onu deyirəm də. Bizə nə gəlib ee? Allah bizə hər şey verib, elə yaxşı düşünmə qabiliyyəti verib.Ətrafa baxanda hamı eyni şey danışır, hamı nəyinsə pis olmağından danışır. Bir nəticə alınır? Oxuduğum kitablardan belə bir nəticəyə gəldim ki, pis şeydən nə qədər danışsan həmin şey daha da pisə doğru gedəcək. Pis haqqında nə qədər çox fikirləşsən daha da pis olacaq. Danışaq, amma nəyinsə olmamağından yox, bu olmuyan şeyi necə əldə edə bilməyimizdən.
Böyük insan ola bilmək üçün böyük fikirləşmək lazımdır.
Unutmayaq düşüncələrimiz hərəkətlərimizin qaynağıdır. Hərəkətlərimiz düşüncərimizdən qidalanır. Əgər dəyişmək istəyiriksə, birinci düşüncələrimizi dəyişməliyik.Biz nə düşünürük? “Bir iş tapım, nə iş olur olsun, pul qazanım”. Burda yadıma nə düşdü, “Heç kim işin sevmədikcə uğur qazana bilməz” David Sarnoff. İnsan kosmos haqqında düşünməsəydi, ay kəşf olunmazdı. Biznesi ilə məşğul olmağı fikirləşsəz, bir gün biznesmen olacaqsız. Alim olmağı düşünsəz, bir gün alim olacaqsız. Düşüncələrimiz kiçilərsə, nəticələrdə kiçik olacaq. NLP yə görə bizi hədəfə aparacaq hər şeyə sahibik. Əsas olan özümüzə hədəf seçib, bu hədəfə getməyə çalışaq. Təzə adım atanda ola bilər bizə çoxları gülsün, çoxları lağ etsin. Bunlar bizi qorxutmasın.Bizi lağ edənlərin özləri qorxsun öz gələcəklərindən. Bir vaxt var idi, mənim bütün günüm kənd təsərüfatı işləri ilə keçirdi. Günümün çoxu işləməkdə keçirdi. Amma mən bütün günü Bakıya gəlməyin xəyalı ilə yaşıyırdım. Universitetə girdim, şükür allaha, Bakıya gəldim. Bir vaxt var idi, komputerim yox idi. Amma başqalarında komputer görəndə, mənimdə olmasını istəyirdim. Vaxt keçdi, mənimdə komputerim oldu.İndi başqa fikirlər var, inşallah onlarda olacaq! Bizim vəzifəmiz girdiyimiz yoldan geri dönməməkdir. Əgər getdiyimiz yolu yarımçıq qoyub, başqa yola getsək , daima yolları dəyişsək. Bir də baxacayıq ki, hələ də başlanğıc nöqtədəyik. Əgər istəyiriksə, Azərbaycanımız dəyişsin, gərək bizim düşüncələrimiz dəyişsin. Yoxsa, fikirləşsək ki, bura Azərbaycandadır flan, flan, flan olar… Onda necə var elə qalacaq.

