Sep 02 2009

Javaya başlayaq

Hər şeydən əvvəl bizə java komilyator lazımdır. Bunun üçün bu səhifəyə girin. Burda jre və jdknı install edin. Əgər istəsəz İDE olaraq NetBeans 6.1 istifadə etmək istəyirsizsə onu da bu səhifədən yükləyə bilərsiz.Yüklədikdən sonra,Start–>Control Panel–>System–>Advanced bura daxil olun.

Enviroment variables hissəsinə girin.

Path üzərində edit edin və ora C:\j2sdk1.4.2_13\bin bu ünvanı əlavə edin. İndi bizim kompilyator hazırdır. Birinci proqramımızı yaza bilərik. İndi notepadi açın. Birinci classı yaradaq.Class yaratmaq üçün isə class açar sözündən istifadə edilir.Yəni:
class salam
İndi isə main (əsas) funksiyanı yaradaq. Java da C,C++, C# kimi mütləq main funkisya olmalıdır. Bunun üçün public static void main(String [] args) bunun mənası isə void dəyər qaytarmayan, static sabit, mötərizədəki isə sətir massividir.
class Salam
{
public static void main(String [] args)
{
System.out.println(”Salam Dunya”);
}

}
Proqramı genişlənməsi .java fayl kimi save edin. Bunu yazdıqdan sonra Start–>Run , cmd yazın windows command promptu açın. burda proqramın olduğu qovluqa gəlin.Java proqramı kompilyasiya etmək üçün

javac komandası vasitəsi ilə proqramı kompilyasiya edirsiz. java komandası vasitə ilə isə proqramı execute (işlədirsiz) edirsiz.Beləliklə javada ilk proqramımızı yazdıq.

Bookmark and Share

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy