Sep 02 2009

Pozitiv yaşamaq sənəti

Birinci hissə
Daxili dünyanızın açarları nədir?
Siz yer üzünün ən qəribə insanı ilə tanışmaq istiyərsiniz? Sizə sağlıq, xoşbəxtlik və həyatda digər bütün şeylərdən
çox istədiyiniz şeyləri verəcək tək insanı tanımaq istəmərsiz? İstədiyiniz çox yaxşı bilirəm. Mən sizi bu insanla tanışdırcağam.
Bu insan, başqası deyil, siz – bəli “siz” siniz.
Təəccübləndiniz ? Əgər təəccübləndinizsə indiyə kimi həqiqi varlığınızla tanışdığınızdan şübhələndiyimi deyəcəyəm.
Buna daha çox təəccüblənəcəksiniz bilirəm. Sizi özünüzlə tanışdırma işini qurtardıqdan sonra, vəziyyətin həqiqətən də belə olacağına
inanacaq və mənə haqq verəcəyinizi düşünürəm.
Sizi heç tanımadığım halda haqqınızda bu qədər şey bildiyimi üçün təəccüblənəcək, bu vəziyyət sizə qeyri-adi gələcəkdir. Bunun əsl səbəbi,
aramızda bünövrədə elə böyük fərqin olmamasıdır. Çünki sizin zehniniz, mənim zehnim. hətta daha irəli getsək bütün insanların zehnləri
müəyyən bir böyük zehn qanununa görə işləməkdədir. Mənim etdiyim tək şey, sizi tanımağım, qarşılaşdığınız problemləri öyrənmək üçün bu qanunun
əsasını başa düşməyimdir.
Ümidsiz olmuyun
Müəyyən bir müddət işləriniz yaxşı getməmiş ola bilər. Böyük iqtisadi sıxıntılar çəkmiş ola bilirsiniz. Həyata olan bağlılığınız və özünüzə olan
güvəniniz sarsılmış ola bilər. En yaxşı dostlarınızla küsmüş, yoldaşınızla aranızda əsas bir anlaşılmazlıq keçmiş ola bilər. Bir insan olaraq vəzifənizin
əldən getdiyini, gələcəkdə sizin üçün xoşbəxtlik, sağlıq və ya iqtisadi rahatlıq baxımından çox az ümid olduğunu hiss etmiş ola bilərsiz. Bu aralarda
Sizi bürüyən və sıxıntılarınızdan qurtarmanıza yol açacaq həqiqi bir çıxış yolu olub-olmadığını maraqlanmış ola bilərsiz. Əgər belə bir vəziyyətdəsinizsə, sizə
bu məsləhəti verə bilərəm:
“Ümidinizi kəsinliklə itirməyin. Problemlərinizi həll edəcək, bu anda sizi sıxıştırmaqda olan şərtlərdən canınızı qurtarmanıza gətirib çıxaracaq bir yol vardır. Bu yol,
həyatda sizə görə ən əsas olan işləri bacarmağınızı təmin edəcək. Buna inanın.”
Daha çox qazanmaq istəyirsinizsə, bu yol sizə pul və maddi rifah gətirəcəkdir. İçinizdəki sizə izah etmək istədiyimi bu güc, Ələddinin sehirli
çırağı kimidir. Onun gizli və sehirli gücünə kamandirlik etməyi öyrənəndə, bu güc sizə istədiyiniz, arzuladığınız hər şeyi təmin edəcək.
Sizin çatmaq istədiyiniz, qovuşmaq istədiyiniz uğur hər hansı bir sahədə ola bilər. Eşqdə, evlilikdə, manelərin yox edilməsində və ya yüzlərlə
müxtəlif məqsədin hər hansının birinin əldə edilməsində ola bilər. Mənim haqqında danışdığım güc sizə bu uğuru qazandıra bilər. Ancaq tək şərt, bu gücdən
istifadə etmək və onu öz qurtuluşuna doğru istiqamətləndirmək üzrə inkişaf etdirdiyiniz istedaddır.

Kitab: “Müsbət (pozitiv) yaşamaq sənəti” Harold Sherman
Tərcümə etdi: İsmayılov Əli

Bookmark and Share

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy