Sep 02 2009

Səbir və dəyanət misalları

Daşı dələn suyun gücü deyil, damlaların davamlılığıdır.” Latin Atasözü
“Biz, yuxuların üzərində inşa edilən vəsaitlərdən meydana gəlirik” deyən William Shakespeare nə qədər gözəl deyibdir. Həqiqətən tarix qaleryası, gördükləri yuxuların həqiqət olması üçün qorxmadan, usanmadan, səbirlə çalışıb müvəffəqiyyətə çatan qərarlı insna potretləri ilə doludur.
Budur həyat macəralarında səbir və dəyanətin meyvəsini yığanlardan bir neçə misal:
Londondakı məşhur British Muzeyində Thomas Greyin “Elegy Written in a Contry Curchyard” başlıqlı şeirinin 75 ayrı kopyası nümayiş etdirilir. Grey 3, 5, 10 dəfə deyil, kəlimələri, misraları 75 dəfə dəyişdirib yazdıqdan sonra şerin gözel olduğuna qərar verib, razı qala bilmişdir.
***
İngilislərin böyük şairi John Milton (1608-1674), “Paradise Lost” (İtmiş cənnət) adlı əsərini yazdığı vaxt tamami ilə kordu. Milton, bu gözəl kitabı yazarkən katibəliyini qızları edirdi. Qızlar təkcə atalarının dediyi sözləri yazmaqla kifayətlənmir, onun danışmaq istədiyi yazıçıların kitablarını da oxuyub atalarına köməkçi olmağa çalışırdılar.
***
George Bancroft, “The History of the United States” adlı böyük əsərini 26 illik əziyyətli əməkdən sonra tamamladı.
***
Alexander Dumas 40 il boyunca, gündə 16 saat yazdı.
***
Franklin D.Roosevelt gəncliyində uşaq iflicinə tutulmuşdu və yeriyə bilmirdi. Amma bu vəziyyət onun üçün bir manə təşkil etmirdi. Və Roosevelt əzmi sayəsində 4 dəfə dalbadal Amerka Prezdenti seçildi.
***
Polşalı məşhur bəstəkar və pianoçu İgnace Paderewski, sənətinin zirvəsinə çatdığı illərdə də hər gün 8 saat bezmədən çalışaraq pianoda məşq edirdi. Bir gün nə üçün bu qədər çox çalıştığını soruşduqda, verdiyi cavab çox düşündürücüdür: ” Əgər bir gün məşq etməsəm, mən bunu hiss edər və görərəm. Əgər iki gün məşq etməsəm, dostlarım hiss edər vər görərlər. Əgər üç gün məşq etməsəm, dinləyicilər hiss edər və görərlər.”
***
Qədim Yunanıstanın və dünyanın böyük natiqlərindən biri qəbul edilən Demonstenesin nə qədər qəribə olsada uşaqlıq illərində pəltək olduğunu bilirik. Buna baxmayaraq o davamlı idman edə edə bunu aradan qaldıra bilərək böyük bir natiq oldu.
***
Məşhur musiqi dahisi Mozart, ən böyük operalarını və “Renquiem” i borc və xəstəlik içində olanda yazdı. Yenə belə imkansızlıq içində olduğu günlərin birində bir neçə qızıl mükafat almaq ümidi ilə yeni bəstələdiyi bir parçanı Kort Arnoya apardığı zaman “dilənçilik, sərsərilik, parazitlik” etməklə günahlandırılmış, təpiklə qovulmuşdu.
***
Məşhur Fransız rəssam Cesar Ducornetin anadan gəlmə iki qolu yox idi. Ancak rəsmə qarşı böyük həvəsi olan Ducernot, daha kiçik yazlarda ayaq barmaqları ilə tutduğu kömür parçası ilə şəkillər çəkərdi. Sonra Parisə gedərək rəssamlıq təhsili alaraq rəssam olaraq sənət tarixində layiqli yerini aldı.

Mənbə: Başarı öyküleri
Tərcümə etdi: İsmayilov Əli

Bookmark and Share

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy