Zaman idarəsi
Bizim nə əldə etdiyimiz zamanımızı necə idarə etməyimizlə düz mütanisbdir. Zamanımızı düzgün idarə etmək üçün bəzi başqa prinsiplərə baxaq.
Pareto prinsipi
Pareto Italyan iqtisadçı, 80/20 qaydası var. Bu qayda əsasən biz işlərimizin 80% faydalı işlərimizi 20% vaxt ərzində edirik. Bu prinsipdən belə çıxır ki, nəticərimizin çoxu kiçik səylərimizdən alınır.
Vasitələr
Vaxtımızı düzgün idarə etmək üçün bir sıra vasitə və üsullara ehtiyacımız var. Bunları aşağıdakı kimi qruplaşdıra bilərik.
- time logs
Hər bir işə nə qədər vaxt sərf etdiyini bilmək üçün istifadə edilir. Bir daha həmin işi gördükdə nə qədər vaxt gedəcəyini bilmək, öz cədvəlimizi düzgün qurmağa kömək edəcək.
- Kalendar
Kalendar uzun müddət ərzində nə etmək lazım olduğunu bilmək üçün istifadə edilir. Kalendarda görüşləri, tədbirləri və s qeyd edirik.
- To do list
Bu təcili olaraq nə etmək lazım olduğun yazırsan. Etdikdən sonra listdən silirsən.
- Project Plan
Başqaları ilə işləyən zaman bizim vəzifələrimizi bilməyimizə kömək edir.
Həyat diaqramı
Biz nəyə çox vaxt ayıracağımızı bu diaqram vasitəsi ilə müəyyən edirik. Həyat diaqramın aşağıdakı kimi bölmələrə ayırmaq olar.
- Karyera
Bizim işimiz bizi qane edirmi? İşimizə nə qədər vaxt sərf edirik? Daha necə effektiv işləmək olar? Biz işimizdən razıyıq?
- Sağlamlıq
Sağlamlığımıza necə vaxt ayırırıq? Həkim müayinəsindən keçirik? Düzgün qidalar qəbul edirik? Sağlamlığımızdan razıyıq?
- Əlaqələr
Dostlarımıza vaxt ayırırıq? Qohumları, dostları yad edirik? Onlarla əlaqələr bizi qane edir?
- Pul
Lazım olan qədər pul qazanırıq? Pulumuzdan hər ay müəyyən qədər saxlaya bilirik? Qazandığımız miqdar pul bizi qane edir?
- Özün
Özümüzə necə vaxt ayırırq? İdman edirik? Özümüzü inkişaf etdirmək üçün nə edirik? Fərdi inkişaf haqqında kitablar oxuyuruq? Öyrəndiklərimizi istifadə edirik?
Bu kimi sullara cavab verərək həyatımızda hansı sahələrə diqqət yetirmək lazımdır tapırıq və o sahəyə biraz artıq vaxt sərf edirik.
Işlər
Biz günün müəyyən hissəsində daha çox enerjiyə malik oluruq. Bizim enerjimiz günortaya doğru azalır və axşama doğru artır. Enerjimizin pik nöqtəsi səhər vaxtları olur. Odur ki, enerjimizə görə işlərimizi planlaşdırmalıyıq.
8 a.m. – günorta; Oxumaq, analiz etmək, yeni şeylər öyrənmək, intelektual məsələlər və ya məsələ həll etmək, çətin işlər bu vaxt görülməlidir.
günorta – 4 p.m; Bu vaxt ərzində uzun-müddətli yaddaşı işlədən işlər görmək lazımdır. Yaradıcı işlər, prezentasiya hazırlamaq, training kursları, informasiyanın eməlı bu müddət ərzində görülməlidir.
1 p.m – 3 p.m; Bu müddət ərzində ağrılar (yorğunluq) yüksək həddə çatır. Bu vaxt həkimə, dəlləyə və ya hər hansı görüşə (iş görüşməsi yox) getmək ideal vaxtdır.
2:30 – 4 p.m; Bu vaxt enerji səviyyəsi ən aşağı vəziyyətə düşür. Bu vaxt görüşlərə (iş) getmək, məsələ həll etmək, hesablamalar aparmaq məsləhət deyil. Əvəzində yaradıcı işlərə üstünlük verməlisiz.
4 p.m – 9 p.m; Bu vaxt enerji səviyyəsi bərpa olunur, amma səhər ki kimi olmur. Ona görə bu vaxt təkrarlanan işlərə üstünlük vermək lazımdır. İdman etmək, sənəd doldurmaq, sənəd yoxlamaq, zəng vurmaq kimi işləri görmək lazımdır.
Şəxs formaları
Hər bir adam müəyyən şəxs formasına malikdir.Bu formaların hər hərəsinin öz üstünlyü var. Öz şəxs formamızı bilmək bizə daha effektiv işləməyə və zəif nöqtələrimizi tapmağa kömək edə bilər.
control - Əgər kontrol tipinə aidsinizsə, onda işin məsuliyyətini öz üzərinizizə götürməyi xoşluyursunuz. Eyni zamanda müxtəlif işləri görə bilirsiniz və bu işləri şəxsiyyətinizin gücü hesabına qurtarırsız.Tez qərar verirsiz, çox vaxt müzakirəsiz.
İdea person – Yeni yaxınlaşmalar sizi cəlb edir və yeni yollar tampağa çalışırsınız. Çox vaxt işləri yarımçıq qoyursunuz.
people - Başqalarının fikirləri sizin üçün vacibdir. Başqaların razı salmaq üçün çox vaxt sərf edirsiniz.
structure - Əgər bu tipə məxsussanız işləri tamamlamağı və həmçinin ehtiyatla planlamağı xoşluyursunuz. Vaxt idarə etmə vasitələrindən istifadə də və hər şeyi qeyd etməkdə yaxşısınız, amma bu həddindən çox vaxt apara bilər. Siz hər şeyin məntiqlə olmasın istəyirsiniz.
Yaxınlaşmalar
Vaxt yönümlü insanlar: Bu insanlar işin keyfiyyətindən çox işə sərf etdiyi vaxta fikir verirlər. Məsələn: Gecə saat 2-yə kimi oxudum, 5 saat vaxt sərf etdim. Amma nə əldə etdim,onu çox fikirləşmirlər.
İş yönümlü insanlar Bu insanlara maraqlı deyil nə qədər vaxt sərf olunub. Əsas nəticəyə baxırlar.
Aktive qulaq asmaq
Bəzən biz işlərimizdə qarşı tərəfin nə istədiyin başa düşmürük və səhv başa düşdüyümüz üçün işi səhv və vaxtında edə bilmirik. Buna görə hər hansı bir iş gördükdə,
1) diqqətlə qulaq asmaq ,
2) başa düşmədiyin yeri mütləq soruşmaq,
3) nə başa düşdüyünü başqa sözlə qarşı tərəfə bildirmək lazımdır.
“Yox” demə sənəti
Bizə elə gəlir ki, “HƏ” demək “Yox” deməkdən asandır. Və biz elə fikirləşir ki, “yox” desək kiminsə xətrinə dəyəcək, amma çox vaxt “hə” deməklə öz xətrimizə dəyir və vaxtımızı bizə lazım olmuyan işlərlə doldururuq.”yox” deməyi də bacarmaq lazımdır. Ona görə
1)Niyə “yox” dediyimizi bildirməliyik. Başa sal ki, iş cədvəlində çoxlu vacib işlər var.
2)Alternativ bir yol təklif etməliyik. Məsələn: Məsləhət görürəm ki, …
3)Dediklərimizi pozitiv deməliyik. “Bu mənim problem deyil.Mən heç nə edə bilmərəm ” Belə deməməliyik.”Mən sabaha kimi flan işi mütləq görməliyəm və ona görə sənə kömək etməyə vaxtım yoxdur.” belə olar.
Məndən bu qədər. İndi isə sizin fikirlərinizi bilmək mənə çox maraqlıdır.

