Zaman yolçuluğu
Heç zehninizdə zaman yolçuluğuna çıxdınızmı? Keçmişə,gələcəyə və ya əksinə onlardan indiyə. Yoxsa ancaq bu günü yaşamağı üstün tutursuz? Bilirsizmi əslində bu zaman yolçuluğu elə bu günü yaşamaqdan ötrüdür, amma layiqiylə yaşamaq, doya-doya yaşamaq. Bu günümüzü layiqiylə necə yaşayarıq? İstədiyimiz yerdə, istədiyimiz kimi olmaqla, ünsiyyətlərimizdən ləzzət almaqla.
Xatırladığımız keçmiş, görmək istədiyimiz gələcək, onların gözümüzün önündə canlanacaq xəyalları bizi bu günü doya-doya yaşamaq üçün çalışmağa, özümüzə hədəflər təyin edib onlara çatmağa vadar edəcəkdir. Əlbəttə ki, bunu həqiqətən istəyir və hədəflərmizi gözümüzün önündə görürmüşcəsinə canlı və dolğun xəyal edə biliriksə.Zaman yolçuluğunun 4 istiqaməti var:
- Birincisi, indidən keçmişə baxın. İllər öncə indiki vaxtı düşünərək harada olmaq istəmişdiz? Nə kimi qabiliyyətlər, nə kimi ünsiyyətlər, nə kimi dərəcələr hədəfləmişdiz? İndi istədiyiniz hədəflərə çatmısızmı? Əgər çatmamısınızsa niyə belə olduğunu düşünün, böyük ehtimalla hədəflərinizə çatmağa mane olan əngəllər hələ də qalmaqda davam edir.Onları tapıb aradan qaldırın.Önümüzdə gələcəyə yolçuluq var, heç bir şey üçün gec deyil. Yox əgər keçmişdə gələcəyə dair heç bir hədəfiniz olmamışsa bilin ki, hal-hazırki vəziyyətinizə səbəb budur.
- İkincisi, keçmişə indidən baxın. Sizi ən çox sevindirən, xoşbəxt edən şeylər nələr idi? Nələri şövq ilə, coşğu ilə edərdiz? Artıq böyüdüm deməyin, uşaqlığınıza qayıdın. İndi uşaq olsaydız nə edərdiz? Bəlkə bu indi də mümkündür. Mümkünsə edin. Üzərinizdən həyatın stresini atacaq və ehtimal ki, orjinal fikirlər edinəcədsiz.
- Üçüncüsü, indiyə gələcədən baxın. Çox şeylər var ki, gələcəkdə kaş bunları vaxtında edərdim deyəcəkiniz.Gələcəkdən indiyə baxmaqla bunları indidən görə bilərsiz və onları indi edərək gələcəyin mümkün peşmançılıqlarına indidən son qoya bilərsiz.Unutmayaq ki, hər şey öz vaxtında gözəldir.Gələcəkdəki şanslarımızı indi dəyərləndirməliyik.Çünki şans hazırlıqlı olaraq fürsətlərlə qarşılaşmaqdır. Gələcəkdəki fürsətlərimizə indidən hazırlaşmasaq onlar bizim üçün “chance” deyil, “repentance” olacaq.
- Dördüncüsü, indidən gələcəyə baxın. Vizyon sahibi olun. Məsələn 5 il sonra həyatınız necə olsun? Həyatda tutduğunuz yer, qazandığınız qabiliyyətlər, yeni ünsiyyətlər, maddi imkanınız, əsərləriniz, sağlamlığınız və əlbəttə ətrafınızda sevdikləriniz. Canlı bir rəsm kimi xəyal edin. Həyəcanlandığızı, ürək döyüntülərinizin artdığını hiss edəcəksiniz. Bunlar gerçək ola bilər. Sizə düşən bu yolda hər gün ama hər gün nəsə etməkdir və təbii nə qədər çox şey istəyirsizsə bir o qədər çox şey. Röyaları gerçəkləşdirməyin yolu ilk növbədə onlardan oyanmaqdır. Və bilin ki, xoşbəxtliyin xəyalını onun yolundakı əziyyətlərdən üstün tutanlar gerçək xoşbəxtliyə layiq deyillər. İstədiyiniz, inandığınız və çalıdığınız qədər veriləcək. Buna əmin olun!
Müəllif: Qurbanov Yaqub

