Sep 02 2009

Zamanın İdarə edilməsi (davamı)

12. Şənbə günləri 2 saatınızı özünüzə həsr edin. Bu vaxt ərzində vaxtınızı necə təşkil etməyinizə və onu inkişaf etdirməyə baxın. Çox güman ki, siz bir çox yerdə vaxtınızı boşa keçirdiyinizi görəcəksiniz və biraz yaxşı təşkil etməklə daha yaxşı vaxtı idarə edə biləcəyinizi kəşf edəcəksiz.

13. Plan üçün “sakit vaxt” yaradın.

14. Lazımsız şeyləri atın getsin! Əgər bunu etməyə ürəyiniz yanınırsa, 90 gün saxlayın. 90 gün ərzində işlətmədinizsə, rahatlıqla bunları atın getsin.

15. İşdən evə getməmişdən qabaq bu 3 şeyi edin : 1) iş masasının üstün təmizləyin, 2)Sabahın nə edəcəyinizi planlaşdırın, 3) Bunları öz iş siyahınıza yazın . Sonra evə gedib, rahatlıqla dincələ bilərsiz.
16. Iş masasının üstün təmizləyin. Stolun üstündə çox şeyin olması sizin çox öyrənəcəyiniz (çox iş görəcəyiniz) anlamına gəlmir. Əksinə stress yaradır ki, çox şey etməliyəm heç nə edə bilmirəm.

17. Hər düşən topu götürmək sənin vəzifəndir? Bundan imtina etməyə çalış. Bu haqda fikirləş.

18. Başqalarının məsələlərin həll etməyə cəhd etmə! Ən yaxşısı başqalarına kömək et, məsələ həll etməyi öyrənsinlər.

19. İş masanı ön tərəfin qapıya sarı qoyma. İçəri girən səni görmürsə, səni narahat etmək ehtimalı azalır.

Mail, telefon
20. Daim emaili yoxlamağa həvəsin oyanır? Bunu etmə! Gündə bir və ya iki dəfə yoxlamaq adətən bəs edir. Maili yoxla, cavab ver və tapşırığının dalınca get. Email vərdiş halına keçmiş sapma ola bilər. Siz yəqin ki, 30 dəqiqədən bir mail qutusuna baxmırsız, yoxsa baxırsız ?

21. Telfonla danışanda ayağa dur. Alimlər müəyyən edib ki, beyin ayağa durmuş vəziyyətdə informasiyanı 5-20 % çox sürətlə emal edir. Thomas Jefferson, Ernest Hemingway, and Winston Churchill iş görəndə ayağa qalxardılar.

22. söhbətin qurtarmağın istəyirsən? Əgər qarşı tərəf çox danışırsa, onda nəzakətlə de: “dəstəyi qoymamışdan qabaq mən bir nöqtəni nəzərə çatırdmaq istərdim…” fikrini de və dəstəyi qoy.

Özünüzü təşkil edin …

23. Ağır yox, ağıllı işləyin. Səmərəsiz “ağır” işləmək sizə heç nə verməyəcək.

24. Ən vacib işi etməkdən başlayın. Asan işləri və ya sizə əyləncə kimi gələn işləri birinci etməkdən çəkinin.

25. Həmişə tez-tez özünüzə sual verin : Vaxtımı daha səmərəli necə istifadə edə bilərəm… Elə indi?

26. Təxirə salmaq istəyirsiz? Hədəflərinizi gündə 2 dəfə yazın. Onda sizin diqqətiniz vacib işləri etməyə daha çox cəmlənəcək.

27. Hər şeyi daha cəld edin. Yolda cəld yeriyin, emaili cəld yazın , telfonunuzu cəld yerə qoyun. Vaxt axtarın ki, harda saniyələr qazana bilərsiz və bu saniyələr yığılıb dəqiqələri təşkil edəcək.

28.Pareto prinsipinə görə 80% nəticələriniz fəaliyyətlərinizin 20% -dən gəlir. Daha səmərəli olmaq istəyirsən? Bu 20%-i tapın və bunlar üzərində profesyanallaşın.

29. Hər kəsin enerjisinin zirvə nöqtəyə çatdığı vaxtlar olur. Bəzilərində bu səhər, bəzilərində isə günortadan sonra və ya axşam olur. Yaradıcı və ya vacib işlərinizi bu vaxlar görün.

30. Özünüzü yoxlayın və vaxtınızı necə istifadə etdiyinizi kəşf edin. Vaxtınızı düzgün işlərə, yoxsa yanlış işlərə sərf edirsiz? Yaxşı bunları necə edirsiz? Ola bilər düzgün işi səhv və ya səhv işi düzgün edəsiniz. Düzgün işi düzgün etməyə diqqətinizi cəmləşdirin!

31.Qısa tapşırıqlar cədvəli düzəldin. Hardasa 5 dəqiqəyə bu tapşırıqları etmək mümkün olsun. Hardasa nəsə gözləyəndə bu müddət ərzində bu işləri görə bilərsiz.

32. Ümumi qayda: Əgər 5 dəqiqədən az vaxt aparacaqsa, indi edin.

33. 2 həftə ərzində çata biləcəyiniz hədəf seçin və yazın. Sonra diqqətinizi bu hədəfə çatmağa cəmləşdirin.

34. Oxşar işləri qruplaşdırın və arda-arda edin. Bu vəziyyətdə sizə lazım olan bütün materyallar əliniz altında olur və siz qiymətli vaxtınızı bunları ayrı-ayrılıqda etməyə itirmirsiz.

35. Bir işi qurtaranda Özünüzü mükafatlandırın! Bu sizə digər işləri görməkdə stimul olacaq.

Özünüzə vaxt ayırın.

36. İstirahət edin! İstirahət etsəz işləri daha tez müddətə qurtaracasınız. Əgər siz yorulsanız, onda yavaş işləyəcək və əldən düşəcəksiniz. Öz qayğınıza qalın!

37. Öz sabahınızı əvvəlki gecədən başlayın! Dərs kitabların axşamdan hazırlayın, başmağınızı axşamdan silin hazır olsun və s.

38. Narahatçılıq vaxt və enerjinizin soyğunçusudur. Düzdür narahat olmaq təbiidir, amma siz narahat olmağa başlayanda, o işi etməyə başlamaqla bu vaxtı azalda bilərsiz.

39. Televizoru söndürün.
Istifadə olunan ədəbiyyat: “175 Ways to Get More Done in Less Time! by David Cottrell and Mark C.Layton”

Bookmark and Share

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy