Sep 02 2009

Zamanın İdarə edilməsi

1. Zamanının nəyə sərf olunduğunu bilmək hər zaman kömək edir. Yəni vaxtınızın hara getdiyini bilin.

2. Fikrini işi qurtarmaqdan çox onu başlamağa cəmlə. Bəzən bir işə başlamamış onun necə qurtaracağı haqqında fikirləşirik. Hələ bir başla sonrası yaxşı olacaq.

3.Hər gün gözlənilməz hadisə baş verə bilər. Bunları say! Və “əlavə vaxt” ayır. Bu işlərin digər günün qalan hissəsini tutmağa icazə vermiyin. Onları planlayın, onları edin və işinizə qayıdın.

4.Vərəq haqqında fikirləş. Vərəqə yazmaq qarışdırmağı və stresi azaldır. Hədəfləri, görüləcək işləri və hətta problemləri yazın.Vərəqə yazmaq vəziyyəti aydınlaşdırmağa kömək edir. Hər şeyi beyində etmək beynin işləmə gücünün zəifləməsinə səbəb olur. (yəni beyində eyni zamanda nə edəcəyin və nə etdiyin haqqında fikirləşirsən, hər şey qarışır bir-birinə heç nə alınmır.)

5. Etmək cədvəlini (to do list) A, B və C növbələrində kateqoryalaşdırın. “A” işləri sizin uğurunuz üçün son dərəcə zəruridir (kritikdir). “B” kateqoryası vacibdir, amma elə də kritik deyil. “C” kateqoryasında olan fəaliyyətləri vaxt olsaydı, etmək yaxşı olardı. “A” ilə başla və yolunu “C” yə gətir.

6. “Söhbət” sənədi hazırla . Kimdən nə soruşacağını hazırla, sonra tez bir zamanda soruş.

7.Bloknotdan istifadə etmək, ayrı-ayrı vərəqlərdən daha sərfəlidir. Sabah bugünə istinad etmək lazım ola bilər.

8. Yeni nəsə bir şey etməyə cəhd et.Məsələn organizer proqramından istifadə et.

9. Yalnız bir sistemdən istifadə et. Kağız rahatdırsa,ondan. Proqram rahatdırsa, ondan istifadə et.

10. Sürətli oxumağı öyrən.

Istifadə olunan ədəbiyyat: “175 Ways to Get More Done in Less Time! by David Cottrell and Mark C.Layton”

Bookmark and Share

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy