Nov 17 2009

Mysqldə yeni istifadəçi yaratmaq və bazanın bütün hüquqların ona vermək

mysql – ə daxil olmaq üçün istifadəçi adı və parolun bu şəkildə daxil edin. Əgər istifadəçi yaratmamısınızsa, onda root vasitəsi ilə mysql-ə daxil olun

1
2
3
4
5
6
7
8
ali@ali-laptop:~$ sudo mysql -u root -p
Enter password:
Welcome to the MySQL monitor.  Commands end with ; or \g.
Your MySQL connection id is 38
Server version: 5.1.37-1ubuntu5 (Ubuntu)
 
Type 'help;' or '\h' for help. Type '\c' to clear the current input statement.
mysql >

Yeni bir baza yaradaq. Bazanın adı blog olsun.

1
2
mysql> create database blog;
Query OK, 1 row affected (0.02 sec)

bu bazadan istifadə etmək üçün yeni istifadəçi yaradaq.(root ilə təbii bazadan istifadə edə bilərsiz, amma təhlükəsizlik üçün yeni istifadəçi yaratmaq lazımdır) Bu istifadəçinin adı bloger olsun. Bunun üçün create user komandasından istifadə etmək lazımdır. Ardınca İdentified by komandası ilə userin parolun daxil etmək lazımdır.

1
2
mysql> create user 'blogger'@'localhost' Identified by 'B!l0g10';
Query OK, 0 rows affected (0.02 sec)

Indi isə yaratdığımız bloq istifadə etmək üçün bütün hüquqları blogger istifadəçisinə verək. Ondan ötrü isə Grant Privileges komandasından istifadə olunur. Bundan əvvəl isə biz hansı bazadan istifadə etdiyimizi bildirmək üçün use komandasından istifadə etməliyik. Yəni belə:

1
2
3
4
mysql> use blog;
Database changed
mysql> grant all privileges on *.* to 'blogger'@'localhost';
Query OK, 0 rows affected (0.00 sec)

Beləliklə biz baza yaratdıq, sonra bu bazanı istifadə etmək üçün bir istifadəçi və bazanın bütün hüquqların bu istifadəçiyə verdik.

Bookmark and Share

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy