Linuxda faylları silməyin qaydası – rm komandası
rm – faylları silmək üçün bu komandadan istifadə olunur. Tutaq ki, dərs qovluğundakı text.txt faylını silmək istəyirik. Onda rm text.txt əmrini yazırıq
[ali@alihost ders]$ ls hell.rb iki link new.sh run.py text.txt
[ali@alihost ders]$ rm text.txt [ali@alihost ders]$ ls hell.rb iki link new.sh run.py
Əgər faylı silərkən silinmə proseduruna baxmaq istəyirsinizsə, onda -v optionsdan istitfadə edin. Yəni rm -v yazsaz nəyi sildiyinizi görəcəksiniz. Məsələn:
[ali@alihost ders]$ rm -v file removed `file`
Ümumiyyətlə, -v verbose deməkdir. Bu options çox komandada var. Və etdiyinizi görmək istəyirsinizsə, onda -v optionsdan istifadə edin.
rm faylın_adı yazdıqda faylı silə bilirik. Amma belə qovluğu silmək olmaz.
[ali@alihost ders]$ rm qovluq rm: cannot remove `qovluq': Is a directory
Qovluq əgər boşdursa, onu rmdir komandası ilə silmək olar.
[ali@alihost ders]$ rmdir -v qovluq/ rmdir: removing directory, `qovluq/'
Lakin qovluğun içində nəsə varsa, onda onu rmdir ilə silmək olmaz. Onda onu rm -r istifadə etmək lazımdır. -r recursive deməkdir. Yəni recursive olaraq qovluğu və qovluğun içindəkiləri silir.
[ali@alihost ders]$ mkdir qovluq [ali@alihost ders]$ touch qovluq/file [ali@alihost ders]$ rmdir qovluq/ rmdir: failed to remove `qovluq/': Directory not empty [ali@alihost ders]$ rm -r qovluq/ [ali@alihost ders]$ ls hell.rb iki link new.sh run.py
-f force sozunun baş hərfi. Əgər fayl yoxdursa, onda heç nə prompt etməyəcək. Və rm -f komandası bizdən faylı silib-silməmək haqqında sorğunu ekrana çıxarmayacaq.
rm -rf Çox təhlükəli komandadır. Faylı zibil qabına göndərmir, birdəfəlik silir.

