Dec 01 2009

touch, cat, echo

Boş fayl yaratmaq istəyiriksə onda touch komandasından istifadə edirik.

[ali@alihost ders]$ touch fayl
 
[ali@alihost ders]$ ls -l
 
total 0
 
-rw-rw-r--. 1 ali ali 0 2009-09-10 22:07 fayl

Burdan görürük ki, faylın ölçüsü 0-dır, yəni boş fayldır. Bir neçə fayl eyni zamanda yaratmaq istəyiriksə, onda touch komandasını daxil edir, onun ardınca isə istədiyimiz sayda fayl adın boşluqla daxil edirik. Yəni

[ali@alihost ders]$ touch fayl1 fayl2 fayl3 fayl4
 
[ali@alihost ders]$ ls
 
fayl fayl1 fayl2 fayl3 fayl4

cat- Faylın tərkibinə (içinə) baxmaq üçün istifadə edilir. cat boş daxil etsəniz, onda sizin terminalda yazdığınız yazı input (yəni giriş) olaraq götürələcək və sonra output olaraq terminala veriləcək.

[ali@alihost ders]$ cat
 
Burda mən catı boş daxil etdim. İndi nə yazsam terminalda yenidən görsənəcək, bunu saxlamaq üçün CTRL+C istifadə et
 
Burda mən catı boş daxil etdim. İndi nə yazsam terminalda yenidən görsənəcək, bunu saxlamaq üçün CTRL+C istifadə et
 
^C
 
[ali@alihost ders]$

echo komandası ilə biz öz yazımızı ekrana verə bilərik. echo komandasının geniş istifadəsinə gələcək dərslərimizdə baxacayıq.

[ali@alihost ders]$ echo "Salam, echo komandası daxil etdim"
 
Salam, echo komandası daxil etdim
Bookmark and Share

One Response to “touch, cat, echo”

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy