Dec 22 2009

Gülümsə, işlər düzələcək.

Gülümsəmək, çox sirli bir şeydir. Bizim hamımızın başına hər gün çoxlu işlər gəlir. Özümüzü pis hiss edirik, zəif, gücsüz. Çox işimiz olur. Bizi əsəbləşdirirlər.Həyatdan bezirik, özümüzə nifrət edirik. Bir dayan, düşünməyin vaxtıdır. Otur fikirləş gör, həqiqətən də həyat bu qədər pisdir? Görəcəksən ki, həyat heç də pis deyil. Həyat gözəlliklərlə doludur. Həyat enerji ilə qaynıyır.Həyat səni çağırır. Gülümsə. Gülümsə ki , bunların hamısı düzəlsin. Səhər yuxudan duranda ,gülümsəyərək dur günün yaxşı keçsin.Uyda yenə səhər oldu demə, sevin ki, yeni səhər , yeni enerji , yeni istəklə yuxudan qalxırsan. Başqasına gülümsədiyin kimi özünə də gülümsə. Beyinlə bədən sıx əlaqəlidir. Gülümsəyəndə beyinə özümü yaxşı hiss edirəm siqnalları gedir. Bu siqnallarsa, həqiqətən özünü yaxşı hiss etməyi təmin edir. Başqası ilə ünsiyyət quranda gülümsə. Başqasına müsbət enerji ver. Özün enerji al.Gülümsəmək öz həyatımız dəyişdirdiyi kimi başqalarının həyatında dəyişə bilər.Bu videoda bir qızın gülümsəməsinin gör nə qədər adamın özünü xoşbəxt hiss etməsinə səbəb olur.
Nə tökərsən aşına, o da çıxar qaşığına. Başqa gördüyün işlər kimi gülümsəməyində əks təsirin özün görəcəksən. Əgər kinli baxsan, kinli baxacaqlar. Əgər başqalarının sənlə gülərüz davranmasın istəyirsənsə, əvvəl özün gülərüz davranmalısan.
Video

Bookmark and Share

Leave a Reply


CAPTCHA Image Başqasını göstər

Alibi3col theme by Themocracy