Dec
22
2009
Mən İnanıram …
- Mən inanıram ki, Allahdan başqa Allah yoxdur!
- Mən inanıram ki, Məhəmməd (s.ə.s) Allahın rəsulu və elçisidir!
- Mən inanıram ki, 124 min peyğembər haqqdır!
- Mən inanıram ki, 12 imam haqqdır!
- Mən inanıram ki, bu dünyadan sonra o biri dünya var. Cənnət və cəhənnəm haqqdır!
- Mən inanıram ki, sonuncu imamımız Mehdi (ə.c) qeybdədir. Və bir gün zühur edəcək!
- Mən inanıram ki, hər şeydə bir xeyir var!
- Mən inanıram ki, hər bir çətinliyin sonunda bir asanlıq var!
- Mən inanıram ki, insan hər iki dünyada da xoşbəxt ola bilər!
- Mən inanıram ki, Allah bizi bizdən çox sevir!
- Mən inanıram ki, biz bu həyata boşuna yox, bir məqsəd üçün gəlmişik!
- Mən inanıram ki, hər bir hərəkətimizə görə cavab verəcəyik!
- Mən inanıram ki, getdiyimiz yolu özümüz seçirik!
- Mən inanıram ki, xoşbəxt olmaq bizim əlimizdədir!
- Mən inanıram ki, …


Superrr meqaledir)) Ugurlar))) Javidin sozu olmasin, mende bugunden oxucunam))
Allah razi olsun) Meqaleleri davam etsen cox sevinerem
Tşk… Çox gözəl yazıbsan..Məndə inanıramki sabah bu günkündən daha çox şey öyrənəcəm !
Təşəkkür edirəm…
və mən inanıram ki, nə qədər kimi sənin kimi gənclərimiz var deməli geləcəyimiz var. Bu blogun xosuma geldi Ali.bunu gormemisdim deyesen.ugurlar.artiq oxucunam:)