Linuxda javanı quraşdırmağın qaydası
Linuxda javanı yükləmək üçün, sunın saytına girin. Yüklədikdən sonra chmod ilə jdk-6u17-linux-i586.bin faylını quraşdırıla bilən hala gətirin.
ali@ali-laptop:~/Downloads$ chmod +x jdk-6u17-linux-i586.bin
Ondan sonra ./ ilə proqramı quraşdırın
ali@ali-laptop:~/Downloads$ ./jdk-6u17-linux-i586.bin
yes or no sualına yes cavabın verin.
Do you agree to the above license terms? [yes or no]
Onda sonra jdk1.6.0_17/ qovluğunu /usr/local/bin qovluğuna köçürün.
ali@ali-laptop:~/Downloads$ sudo mv jdk1.6.0_17/ /usr/local/bin/
Aşağıdakı şəkildə simvolik link (qısa yol) yaradın.
ali@ali-laptop:/usr/local/bin$ sudo ln -s jdk1.6.0_17/ jdk
export komandası ilə javanın yolun, istifadəçinin yolları siyahısına əlavə edin.
ali@ali-laptop:/usr/local/bin$ export PATH=$PATH:/usr/local/bin/jdk/bin/
Budur artıq bizdə java işlədi.
ali@ali-laptop:/usr/local/bin$ javac
Əgər hər dəfə komputer açılanda javanın yolunu export etmək istəmirsənsə, onda .bashrc yə yuxarıdakı export komandasın əlavə edin.
ali@ali-laptop:~$ vi .bashrc
Artık javadan istifadə edə bilərsiz
ali@ali-laptop:~$ javac hello.java ali@ali-laptop:~$ java hello Hello Java

