Böyük hədəflərə kiçik addımlarla! » CERN

Milli Grid Infrastrukturu
GRİD küllü miqdarda reqional və milli şəbəkələrin birləşdirilməsini nəzərdə tutan və beləliklə geniş istifadəçi dairəsi üçün açıq olan universal hesablama mənbəyidir.Aktual məsələlərin həllində kompyuterdən istifadə artıq çoxdandırkı bəşəriyyətin təbii mühitinə çevrilmişdir. Müasir hesablama sistemləri mürəkkəb elmi, texniki problemlərin modelləşdirilməsində, tibbi diaqnostikada, sənaye avadanlıqlarinin idarə edilməsində, hava proqnozunda və çoxlu sayda  digər məsələlərin həllində geniş istifadə olunur. Bütün bunlara baxmayaraq kompyuter texnikasından istifadə intensivliyi və effektivliliyi hələ indiyə qədər arzuolunmaz dərəcədə kiçikdir. Hesablama mənbələrindən istifadənin məhdudluğu səbəbləri çoxdur. Bura həm istifadəçilərin müvafiq bilik səviyyəsinin həm də güclü kompyuter texnikasınin alınmasına tələb olunan lazımı vəsaitin olmamasını aid etmək olar. Bu səbəbdən praktiki olaraq kompyuterlərin yarandığı anından çoxlu sayda hesablama mənbələrinin birləşdirilməsi məsələsi ortaya qoyulmuşdur. Bu növ birləşmənin meydana gəlməsi üçün real imkan son zamanlarda yaranmışdır və bu isə öz növbəsində kompyuter arxitekturasının inkişafına, aramsız səmərəliliyin artmasına, kommunikasiya ötürücülük mühitinin yaxşılaşmasına və yeni proqram texnologiyalarının yaradılmasına təkan vermişdir.

Kompyuter hesablamalarınin texnologiyasının müasir vəziyyəti elektroenergetikanın 1910 – cu ildəki vəziyyətinə tam analojidir. Elektrik cərəyanı istehsal edən avadanlığın olmasına baxmayaraq hər bir istehlakçı öz xüsusi generatorunu gurmalı idi. Elektrik cərəyanının özü yox, generatorları birləşdirən və elektrik cərəyanını uzaq məsafələrə ötürən elektrik şəbəkələrinin yaranması ingilabı bir addım oldu. Nəticədə elektrik enerji mənbələrinə universal girişi təmin edən və bütün istehlakcəlar üçün münasib olan üsul işlənib hazırlandı. Elektroenergetikaya analoji olarag, GRİD – şəbəkə hesablama termini avadanlıq və proqram təminatını birləşdirən, hesablama mənbələrinə etibarlı, uzlaşdırılmış və ucuz girişi təmin edən infrastrukturu təsvir etmək üşün istifadə olunur.

Avropanın Enabling Grid for E – Science in Europe (EGEE) layihəsinin məqsədi mövcud milli, regional və tematik islərinin GRİD çərçivəsində vahid infrastrukturda birləşdirilməsi və dəstəkləməsidir. Layihənin prespektiv məqsədi elmin ən müxtəlif sahələrinin GRİD mühitinə cəlb edilməsi və gələcəkdə sənaye sahələrinin də bu mühitə daxil edilməsidir. Hal – hazırda EGEE çərçivəsində yüksək enerjilər fizikası sahəsində aktiv islər aparılır və bioinformatika sahəsində işlərin aparilmasına başlanıb. EGEE layihəsinin iştirakçılarının fikirincə bu elmi istiqamətlər hesablama və araşdımalarını aparan alimlərə öz resurslarından istifadə etməyə imkan verən GRİD mühitinin həm də komersiya strukturlarının da bu mühitdən istifadə etməyinə imkan yarada biləcək və gələcəkdə ümumdünya GRİD mühitinə çevriləsinə zəmin yaradacaq. Hal – hazırda GRİD – texnologiyalarının tətbiqinə ehtiyacı olan qurumlardan dövlət təşkilatlarını (dövlət qulluqçuları, ekspertlər və elmi işçiləri), milli təhlükəsizlik məsələləri ilə məşğul olan qurumları, uzunmüddətli planlaşdirma və tətqiqatlar sahəsində çalışan təşkilatları göstərmək olar. Müxtəlif resursların inteqrasiyasının vacibliliyi, aparılan islərin strateji əhəmiyyətliliyi, təqdim edilmiş maraqların müxtəlifliliyi və ayrılan resursların balanslaşdırılması Milli GRİD – şəbəkəsini səciyyələndirən xüsusiyyətlərdəndir

GRİD – in yüksək enerjilər fizikası məsələlərindəki sürətli inkişafı bu sahənin spesifikliyi ilə təyin olunur.Yüksək enerjilər fizikasında çox böyük məlumatlar massivinin emalı tələb olunur və təcrübələrin nəticələrinin təhlilinin minlərlə dünya istifadəçilərinin ixtiyarına vermək imkanı mövcuddur. Yüksək enerjilər fizikası (elementar zərrəciklər fizikası) kompyuter texnologiyalarının əhəmiyyətli inkişafına daima təkan vermişdir. Avropa Nüvə Tətqiqatları Mərkəzində (CERN) yaradılmış Ümumdünya Toru bunun bariz bir nümunəsidir. Təsadüfi deyil ki, dünyada ən böyük Grid layihəsi -WLCG (WorldWide LHC Computing Grid) mərkəzidə CERNdir. 2009 – ci ilin sonlarında CERN Böyük Adron Kollayderinin (LHC – Large Hadrons Collider) işə salınması planlaşdırılır. 34 müxtəlif ölkənin 174 komputer mərkəzi bu layihədə əməkdaşlıq edir. 2009-cu il noyabrın axırlarında artıq CERNdə Böyük Adron Toquşdurucunu (LHC) işə salmağı planlaşdırırlar. Dünyada ən böyük elmi infrastruktura  olan LHCdən (Large Hadron Collider) kobud desək ildə 15 Petabayt verilən çıxacaq.Bu verilənləri emal etmək, yadda saxlamaq və analiz etmək lazımdır. WLCG-nin misyonu data storage və analis infrastrukturlarını  LHCdən istifadə edəcək yüksək enerjili fizika cəmiyyəti üçün quraşdırmaqdır. LHC detectorlar (ATLAS, ALİCE, CMS, LHCb) vasitəsi ilə toplanılan verilənlər emal və analiz ediləcək.   Fiziki təcrübələr zamanı eksperimental məlumatlar 100 Mbayt/san – dən başlayaraq 1 Gbayt/san  – a qədər sürətilə yazılaraq  dəyişikliliyə məruz qalmadan (“çiy” məlumatlar) CERN – də saxlanılacaq. Dünya universitetlərinin və institututlarının minlərlə fizik – iştirakçılarin coğrafi uzaqlılığı səbəbindən məlumatların bir hissəsinin regional mərkəzlərdə saxlanılması ehtiyacı yaranır. Bu isə CERN – dən əlavə regional mərkəzlərin hesablama gücündən və bu məlumatların saxlanılma vasitələrdən istifadə etməyə imkan verəcək.  Beləliklə, məlumatlarin təhlili və emalı üçün, yalnız CERN – də yox bu işlərin aparılmasında iştirak edən bütün təşkilatlarda müvafiq şərait yaradılacaq.

Azərbaycan Respublikası Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ, Dubna şəh.) iştrakçı ölkələrindən biridir və CERN – lə Dövlət müqaviləsi bağlamışdir. Bu təşkilatlarda artıq neçə illərdi ki, GRİD – layihəsi sahəsində çiddi və müvəffəqiyyətli işlər aparilir və bu sahədə Azərbaycan üçün ən yüksək səviyyəli ixtisaçılarin hazırlanmasında nadir inkan vardir. Kadrların hazırlanması ilə eyni zamanda Azərbaycanda milli GRİD – seqmentinin yaradılmasi çox vacibdir.

Bu məqsədlə 2008-ci ildə 5 nəfər fizika institutunun əməkdaşı Dubnaya göndərilmiş, 3 nəfər isə CERNə göndərilmişdir. Kadrların hazırlanması 2009-cu ildə də davam etdirilmiş, 2 nəfər CERNə, 1 nəfər isə Dubnaya göndərilmişdir.

2008-ci ilin avqust ayında Azərbaycan CERNdən 300 komputer, 20 storage, 10 switch  və s avadanlıqlar almışdır. Komputerlərin hər biri XEON model olub 2.4GHZ sürətə,  2 CPU, 1GB Ram, 80 GB sərt diskə malikdir. Data Storagelər hər biri XEON tipli, 2.4 GHZ sürətə, 4×512 RAM və 22 HDDdən ibarətdir. 22 HDDdən 2 HDD 80 GB, 20 HDD  isə 120 GBdır. Bu isə hər bir data storagin 2.5Terabayt yaddaşa malik olduğu deməkdir. Belə olduqda isə 20 data storage birlikdə 50 Terabayt yaddaş sahəsi (disk space) edir. Bundan əlavə 7 ədəd headnode alınmışdır. Hər bir headnode Elonex modeli olub, 2.66 GHZ CPU speed, 4 CPU, 512 GB Ram, 80 GB HDDyə malikdir. Bundan əlavə bir CİSCO switch, bir server (1 TB yaddaş, 24 GB RAM, 8 processor 2.66 GHZ Intel Xeon) alınmış və quraşdırılmışdır. Bu komputerlər arasında lokal şəbəkə yaradılmış, komputerlərər Scientific Linux 4.7 əməliyyat sistemi yüklənmişdir. Dünya gridinə qoşulmaq üçün təbii bizə kanal lazımdır. Avropa Komissiyası tərəfindən maliyyələşən BSI layihəsinin əsas məqsədi Cənubi Qafqaz regionunda tədqiqat-təhsil şəbəkələri arasında beynəlxalq şəbəkə infrastrukturunun qurulmasıdır. BSİ layihəsi çərcivəsində Milli Grid Segmenti üçün 25 mb/s xətt ayrılmışdır.Bildiyimiz kimi aparat təminatını işlədən proqram təminatıdır. WLCG üçün isə bu proqram təminatı ortaqat (middleware) gLitedır. Glite komputerlərin bir çoxuna yüklənmişdir. Hal-hazırda glite proqramının yüklənməsi işləri davam edir. Eyni zamanda SEE-Gridə qoşulmaq üçün yaxın günlərdə bizə sertifikat veriləcəyi gözlənilir. Yaxın müddət ərzində Milli Grid Segmentinin saytının (azgrid.org) açılması planlaşdırırlır.

Azərbaycanda gələcək illər ərzində Milli Grid segmentinin həcminin inkişaf etdirilməsi nəzərdə tutulur. Əsas bir mərkəzdən əlavə, digər təşkilatlarda da lokal şəbəkələr quraşdırılaraq və mərkəzi segmentə birləşdiriləcək.

First beam in LHC
CERN- Europe Nuclear Research Centre (Avropa Nüvə Tədqiqatları Mərkəzi) dünyada ən böyük nüvə tədqiqatları mərkəzidir. CERN – Fransızca Avropa Nüvə Təqdiqatları Mərkəzi sözünün baş hərfləridir.Burda dünyanın hər tərəfindən minlərlə elm adamı çalışır. Zərrəcikləri sürətləndirmək üçün sürətləndirici qurublar.Bunun adı LHC-Large Hadron Collider (böyük hadron toqquşdurucu).

LHC-nin böyük hissəsi Cenevrə şəhərində və  bir hissəsi isə Fransa ərazisində yerləşir. Dairəvi sürətləndirici olub, 27 km uzunluqlu 100 m dərində yerləşir. Dünən yəni sentyabrın 10-u burda ilk toqquşma uğurla alındı. Bu toqquşma hələ sınaq toqquşdurması idi. Əsas toqquşmanı oktaybrın 21-dən sonra etmək istəyirlər. Məqsəd kainatın yaranma sirrini açmaqdır. Yəni bu sürətləndiricidə 13.5 milyard il əvvəl kainat yarananda – big bang olanda, baş vermiş vəziyyəti yaratmaqdır. Bunun üçün milyarlarla protonları bir biri ilə toqquşdururlar. Bu protonlar əks istiqamətlərdə , bir-birlərinə qarşı işıq sürətinə qədər sürətləndirilir və sonra toqquşdurulur.Əsas toqquşma dediyim kimi yəqin gələn ay olacaq. Toqquşmadan alınan məlumat 15-20 il ərzində emal ediləcək. Bu toqquşmanın yer üçün hər hansı təhlükəsi varmı? Cavab, yox. Çünki burda ayrılan enerji elə də yüksək olmur. Bu təcrübələrin xeyri nədir? Xeyri çoxdur, gizli sirrləri açıqlamağa çalışırlar. Bu vaxt yeni texnologiyalar kəşf olunur. Yeni zərrəciklər tapılır.Ümumiyyətlə tibb, kosmologiya, informatika, fizika və s sahələrə çoxlu xeyrləri olur. Bir məsələ var, bu sürətləndiriciləri quranda və ya elə indi alimlər bilmirlər istədikləri nəticələri alacaqlar yoxsa yox.Ehtimal və  Ümid edirlər, ümid edirlər ki, nəsə alınacaq. Bizdə ümid edək ki, hər şey yaxşı olacaq.

Cern Serverləri (İsveçrə)
Cern Avropa Nüvə tədqiqatları mərkəzidir. Burda nüvənin başına it oyunu açırlar. LHC (Large Hollidron Collider) deyilən 27 km ,100 metr yerin altında qurğu düzəldiblər ki, proton ilə protonu toqquşdursunlar. Deyirəm nə işiniz var axı protonda yaşamaq istiyirdə.

Sözüm onda yox, qoy fiziklər öz işin görsün biz öz işimizə baxaq. Bu mərkəzdə bildiyiniz kimi Web yaranıb. Internet yox haa,Web. Bizim bu WWW.Bu Web serverlərin bir hissəsi hal-hazırda da CERNdədir.

Şəkil biraz (biraz nədir dəhşət) pis çıxıb,amma nəsə görmək olur. Bu boyda server CERNdə hesablamalara kifayət etmir. İlə səhv etmirəmsə 22 Petabaytlıq məlumat çıxır. Bu qədər məlumat hardan çıxır? Nüvədən.Amma bu CERN qabağına zor hədəflər qoyub. Məsələn ilk kainatın yaranmasının izahı? Yəni bu LHCdə big bang kimi bir şey yaratmaq istəyirlər. Sonra Qara dəliyin sirri, maddə və qeyri-maddə. Hə, bunlar bu nüvəni tədqiq edə-edə millətədə çox xeyir verirlər. Məsələn biri web,sonra Grid. Tibbə,texnologiyaya,kosmoloji tədqiqatlara xeyirləri çox dəyir.Tədqiqatların sonu isə nə olacaq məlum deyil. İnanaq ki, hər şey super olacaq. İnşallah!

Grid, ləzətin sonra görəcəksiz!
İndi dünyada saysız hesabsız komputer vardır. Notbuklar, PClər, superkomputerlər. workstationlar və s. Deməli, əslində bunların bir çoxu internet vasitəsi ilə bir-biri ilə əlaqə yarada bilir və informasiyanı bölüşə bilirlər. Amma bu Grid lap irəli gedib. Grid vasitəsi ilə təkcə informasiyanı deyil, həmçinin resusları paylaşa bilərsiz. Əgər bir komputerin gücü hesablamaları və ya başqa bir işi etməyə gücü çatmirsa, onda Grid köməyə gələcək və bir işi bir komputer deyil yüzlərlə komputer görəcək.Və bu baş verdiyində siz sonsuz güc görəcəksiniz.Grid necə işələyəcək? Siz Gridə adicə komputerdə olan bir proqram vasitəsi ilə daxil olacaqsınız.Təhlükəsizlik təsdiq edilməsini keçdikdən sonra sizin komputeriniz gridin resuslar brokeri (resource broker) vasitəsi ilə əlaqə saxlaya biləcək. Resuslar brokeri sizin işinizi görmək üçün ən yaxşı resursu tapacaq.Amma necə?

Grid informasiya servisində aparat və proqram təminatı (hardware and software) barəsində sorğu aparacaq. Replica (dəqiq surət) kataloqu bütün verilənlərin yeri haqqında məlumatı olacaq.Uyğun resus tapılan kimi iş çağrılacaq və Resource broker cavabı sizin komputerinizə göndərəcək.Nəticədə istifadəçi çox zəif komputeri Grid vasitəsi ilə güclü komputer kimi istifadə edə biləcək.Bu Gridə əsasən tədqiqat mərkəzlərinin və alimlərin ehtiacı var.Çünki elm indi çox inkişaf edib və hesablamaları dəftər, qələmlə etmək mümkün deyil. Bir güclü komputerin, hətta bir komputer mərkəzinin  belə bu hesablamalara gücü çatmır . Məsəl üçün CERN nüvə tədqiqatları mərkəzində il ərzində 300 milyon CDnin tuta biləcəyi qədər informasiya çıxır. İnternetlə Gridin fərqi nədir? İnternet şəbəkə infrastrukturu olub, milyonlarla komputerin bir-birinə www vasitəsi ilə qoşulmasını təmin edir.Komputer internetə qoşulmuş hər hansı komputerlə əlaqə yarada bilər.Bu qoşulmaları təmin edən isə protokoldur.İnternet üçün ümumi protokol TCP/IP dir. Və biz bunların köməkliyi ilə www vasitəsi ilə internetə girib, informasiya mübadiləsi edə bilirik. Amma yuxarıda dediyim kimi GRİD vasitəsi ilə resus mübadiləsi edə biləcəyik. Məsələn biz bir məsələ həll etmək istəyirik, bizim komputerin gücü çatmır.Onda biz gridin bizə təqdim etdiyi gücdən istifadə edəcəyik. Məsələni göndəririk,nəticəsini gözləyirik.Grid bu məsələ üçün komputer elementləri ayırır və məsələ həll ediləndən sonra bizə nəticə göndərilir.

Vebin 20 illik yubleyi
Veb harda doğuldu? Veb 1989-cu il mart ayında CERNdə dünyaya göz açdı. Fizik, Tim Berners Lee informasiyanın hipertext vasitəsi ilə göndərilməsin təklif etdi. İlk nümunə Next komputerində yazıldı. Bu fason bir şey idi.

info.cern.ch ilk veb səhifə və veb server idi. Next komputerində işləyirdi. Lakin veb telefon xətti kimin idi. Eyni zamanda yalnız bir nəfər istifadə edə bilirdi. Belə-belə 1991-ci ildə Avropada başqa bir insitutda yeni bir server, dekabr ayında isə amerikada başqa bir server işə düşdü. 92-ci ildə 26 server, 93-cü ildə isə serverlərin sayı 200-ə çatdı. Və nəhayət veb bugün ki, günə gəlib çatdı. İndi də dəyişir. Və yəqin ki, bir -iki ilə veb yeni suprizləri ilə bizləri təəccübləndirəcək.

Mənbə : info.cern.ch