Sep
02
2009

Texnologiya çox sürətlə inkişaf edir. Bu inkişaf gör hara gəlib çıxıb ki, Beyin-komputer sistemi yaradılır. Bu beyin-komputer sisteminin tədqiqatları 1970-ci ildən başlayıb. 1990-ci ildən sonra isə bu barədə ilk experiment aparılıb. Bildiyimiz kimi beynimiz elektrik siqnalları istehsal edir,artıq bu siqnallar qeyd edilə bilir.
Qeyd olunmuş siqnallar isə yerinə yetirilir. Yəni biz beynimizdə nə fikirləşiriksə, artıq komputer tərəfindən icra edilir. Daha doğrusu Beyin-komputer İnterfeys (BKİ) tədqiqatlarının məqsədi kimsə hətta nəfəs ala bilmirsə və ya gözlərin hərəkət etdirə bilmirsə, onların arzuların yerinə yetirməkdir və ya robot qolu kontrol etmək və ya hər hansı protezi idarə edə bilməkdir.Bu sistemin işi isə beyindən gələn siqnalları qeyd etmək və o siqnalları aparat əmrlərinə çevirməkdir.BKİ sistemi istifadəçilərə imkan verir ki, əzələlərini işə qatmadan fikirlərini hərəkətlərə çevirsinlər.Əvvəllər əlil və şikəstlər üçün balaca bir işi yerinə yetirmək üçün çox az imkanlar var idi. Bioinformatikanın inkişafı nəticəsində çoxlu yeni imkanlar açılır. Belə ki, xüsusi proqram təminatı ilə beyin siqnalları toplanılır, məsələn fikirləşməklə tv kanalın dəyişmək və işığı söndürüb yandırmaq olur.Yadıma “Matrix” kinosu düşdü. Kino fantaziyadır, amma mən baxanda fikirləşmişdim ki, bu fantaziya deyəsən yavaş-yavaş həyata keçəcək. Deyəsən belə olur. BKİ 3D oyunlar üçün yeni təkliflər edə bilər. Son illərdə isə bir qrup tədqiqatçı BKİ ilə virtual dünyanı əlaqələndirməyə cəhd göstərirlər. Belə ki, artıq bir neçə sınaq nümunələri vardır ki, istifadəçilər virtual səhnələri və ya virtual obyektləri beyin fəaliyyəti nəticəsində hərəkət etdirə bilirlər. Bir sözlə artıq elm elə bir yerə gedirki, hərəkət etmədən nəticələr yaratmaq olacaq. Bu yaxşıdır, yoxsa pis?
İstifadə olunan mənbə: “Computer” jurnalının 2008-ci il Oktaybr buraxlışı
Sep
02
2009
Beyin üzərində aparılan araşdırmalar beynin iki hissədən sağ və sol beyindən ibarət olduğun göstərmişdir. Elm adamlarının apardığı araşdırmalarda sağ və sol beynin funksiyalarının ayrı olduğu müəyyənləşmişdir. Beynin bu xüsusiyyətini Roget Wolcott Sperry tərəfindən tapılmışdır. Buna görə 1981-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Sonradan bu araşdırmaları onun tələbəsi Michael Gazzaniga davam etdirmişdir. Hə, tarix yazmaq fikrim yoxdur. Bu alimlər nə tapıblar?
Tapıblar ki, bizim beynimiz sağ və sol -iki hissəyə ayrılır. Və bu hissələr bir-biri ilə “corpus callosum” vasitəsi ilə əlaqə yaradır. Sağ beynin xüsusiyyətləri : xəyal, şəkil, musiqi, ritm, sənət, əyləncə, cinsi münasibətlər və s. Sol beynin xüsusiyyətləri: riyaziyyat, danışmaq, analiz, rəqəmlər, məntiq və s.
![]()
Bəh-bəh şəkilə bax ee. Beynin sağ hissəsində gül-çiçək açıb. Sol hissəsi isə … Yaş artıdqca biz sol beynimizi daha çox işlədirik və sağ beyinə az yer veririk. Öyrənmə zamanı əgər beynin hər iki tərəfini də işlədə bilsək, onda öyrənmə gücümüz 5-10 dəfə artacaq. Niyə 5-10 dəfə? Bunu bir misalla izah edək. Fərz edin ki, qaçış yarışmasıdır və biz bir ayaqla qaçırıq. Onda sürətimiz necə olar? O biri ayağıda işə qatsaq onda daha çox sürətlə qaçacağımızı yəqin hamımız bilirik. Beyində buna bənzəyir.
Əgər insan beynin bu hissələrindən birin itirsə onda necə olar? Sağ beyni olmayan bir insan təsəvvür edin. Duyğuları yoxdur. Robot kimi hərəkət edir. Sevgilisi gəlib yanına. Bu baxır, onun üzünə və sual verir. Bu kimdir? Heç kimi tanıya bilmir.Heç nəyə təəssüflənmir. Hətta beyninin bir tərəfin itirdiyinə görə də. Mətbəxdə otağa gəlmək istəyir, gələ bilmir. Çünki yolu yaddında saxlaya bilmir. Xoşladığı hər hansı musqini yanında qoysaz, heç bir hiss oyatmayacaq. Heç əsəbləşib, zəhləmi tökmə belə deməyəcək. Bədənin sol hissəsi isə tamami ilə işləmir. Çünki bu hissəni idarə edən sağ beyindir. Amma bu adama iki rəqəm verən kimi toplayacaq. Riyazi hesablamaları çox rahatlıqla edəcək və danışa biləcək.
İndi sol beyni olmayan birini təsəvvür edin. Danışmaq istəyir, danışa bilmir. Sevgilisin görən kimi gözləri dolur və ötən xatirələr yadına düşür. Xoşladığı musiqini yanında qoysaz, həmin dəqiqə yadına düşəcək və hətta mırıldanmağa başlayacaq. Bədəninin sağ hissəsi işləmir. 1+1 neçə edir soruşsaz heç nə deyə bilməyəcək.
Ancaq bir şey qeyd edim. İnsan elə yaradılıb ki, beynin bu hissələrinin biri itirləndən sonra müəyyən funkisyalar məşq və idman sayəsində beynin digər hissəsi tərəfindən öyrənilə bilər .
Bir başqa sual. İnsan yaşlandıqca beyni zəifləyir? Gördüyümüzə görə zəifləyir, amma belə deyil. İnsan yaşlandıqca sağ beynə çox fikir vermir. Uşaq vaxtı həddində çox istifadə etdiyi bu hissəni işin içinə qatmır. Yəni uşaqlar kimi gülməli, qeyri-adi xəyallar böyüklər beynindən az keçir.
Qeyd: Şəkilləri googledan tapıb qoymuşam.