Böyük hədəflərə kiçik addımlarla! » Fərdi İnkişaf

Yaz
Hz. Peyğembərdən (s.ə.s) uşaq vaxtı bir hədis oxumuşdum: “Biliyinizi yazı ilə möhkəmləndirin”. O vaxt bu sözü o qədər də yaxşı başa düşməmişdim. İndi isə günlər keçdikçə, yeni – yeni biliklər qazandıqca, məsuliyyətlər, istəklər, işlər və s artdıqca yazmağın önəmini başa düşməyə başlayıram. Fərdi inkişaf kitablarının hamısında demək olar ki, yazmağa rast gəlmişəm. “Yaddaşınıza güvənməyin, ağlınıza yeni ideya gəldikdə, yazın. Hədəflərinizi yazın, Planlarınızı yazın. Gündəlik götürüb, etdiyiniz səhvləri, ağılllı fikirləri və s yazın”. Bir sözlə yazmaq çox önəmlidir. Bəzi günlər təmbəllik edib, günün planın yazmıram. Fikirləşirəm, onsuzda flan, flan işləri görəcəm, yazmağın nə mənası? Axşam analiz etdikdə isə, çox az bir iş gördüyümə, vaxtımın mənasız yerə getdiyinə baxıb, qəmlənirəm. Amma yazarkən istər istməz yazmadığım gündən 2-3 dəfə çox iş görə bilirəm.

Hədəflərinizi yazın

Planlarınızı yazın

İl başlamadan, gələn ilin planını yazın

Ay başlamadan, gələn ayın planını yazın

Həftə başlamadan, həftənin planını yazın

Gün başlamadan, günün planını yazın

Etdəcəyiniz işləri qeyd edin

Zəng vurulacaq adamların siyahısın yazın

Görüşəcəyiniz adamların siyahısın yazın

Gündəlik, başınızdan keçən maraqlı hadisələri yazın

və s

Yazmaq da bir bacarıqdır. İlk əvvəl səhər-səhər (və ya bir gün öncə axşam) durub, günün planını yazmaq, 10 dəqiqə bunun üçün vaxt ayırmaq çətin gəlir. Gündən-günə bu asanlaşır, digər vərdişlər kimi bu adi vərdişə çevrilir. Unutmayın, bizi irəli aparan vərdişləri öyrənmək çətin, onunla yaşamaq asandır. Bizə xeyri olmayan vərdişləri öyrənmək asan, onunla yaşamaq isə çətindir. Bizi irəli aparan, bizə xidmət edən yeni – yeni vərdişlər, bacarıqlar öyrənək. Bu yolda hamımıza uğurlar!

Mən İnanıram …
Mən inanıram ki, Allahdan başqa Allah yoxdur!

Mən inanıram ki, Məhəmməd (s.ə.s) Allahın rəsulu və elçisidir!

Mən inanıram ki, 124 min peyğembər haqqdır!

Mən inanıram ki, 12 imam haqqdır!

Mən inanıram ki, bu dünyadan sonra o biri dünya var. Cənnət və cəhənnəm haqqdır!

Mən inanıram ki, sonuncu imamımız Mehdi (ə.c) qeybdədir. Və bir gün zühur edəcək!

Mən inanıram ki, hər şeydə bir xeyir var!

Mən inanıram ki, hər bir çətinliyin sonunda bir asanlıq var!

Mən inanıram ki, insan hər iki dünyada da xoşbəxt ola bilər!

Mən inanıram ki, Allah bizi bizdən çox sevir!

Mən inanıram ki, biz bu həyata boşuna yox, bir məqsəd üçün gəlmişik!

Mən inanıram ki, hər bir hərəkətimizə görə cavab verəcəyik!

Mən inanıram ki, getdiyimiz yolu özümüz seçirik!

Mən inanıram ki, xoşbəxt olmaq bizim əlimizdədir!

Mən inanıram ki, …

Gülümsə, işlər düzələcək.
Gülümsəmək, çox sirli bir şeydir. Bizim hamımızın başına hər gün çoxlu işlər gəlir. Özümüzü pis hiss edirik, zəif, gücsüz. Çox işimiz olur. Bizi əsəbləşdirirlər.Həyatdan bezirik, özümüzə nifrət edirik. Bir dayan, düşünməyin vaxtıdır. Otur fikirləş gör, həqiqətən də həyat bu qədər pisdir? Görəcəksən ki, həyat heç də pis deyil. Həyat gözəlliklərlə doludur. Həyat enerji ilə qaynıyır.Həyat səni çağırır.  Gülümsə. Gülümsə ki , bunların hamısı düzəlsin. Səhər yuxudan duranda ,gülümsəyərək dur günün yaxşı keçsin.Uyda yenə səhər oldu demə, sevin ki, yeni səhər , yeni enerji , yeni istəklə yuxudan qalxırsan. Başqasına gülümsədiyin kimi özünə də gülümsə. Beyinlə bədən sıx əlaqəlidir. Gülümsəyəndə beyinə özümü yaxşı hiss edirəm siqnalları gedir. Bu siqnallarsa, həqiqətən özünü yaxşı hiss etməyi təmin edir. Başqası ilə ünsiyyət quranda gülümsə. Başqasına müsbət enerji ver. Özün enerji al.Gülümsəmək öz həyatımız dəyişdirdiyi kimi başqalarının həyatında dəyişə bilər.Bu videoda bir qızın gülümsəməsinin gör nə qədər adamın özünü xoşbəxt hiss etməsinə səbəb olur.

Nə tökərsən aşına, o da çıxar qaşığına. Başqa gördüyün işlər kimi gülümsəməyində əks təsirin özün görəcəksən. Əgər kinli baxsan, kinli baxacaqlar. Əgər başqalarının sənlə gülərüz davranmasın istəyirsənsə, əvvəl özün gülərüz davranmalısan.

Video

Hədəf
“Uğur hədəflərdir, qalan şeylər şərhdir” (Success is goals, all else is commentary)

İngiliscə goal azərbaycanca hədəf, məqsəd, qayə və s. Uğur qazanların hamısı məqsədyönlü olurlar. Sizin hardan gəldiyinizin önəmi yoxdur, önəmli olan hara getdiyinizdir. Bunu isə siz seçirsiniz! İndiyə kimi qazandıqlarınız isə, gələcəkdə qazanacaqlarınızın çox cuzi bir hissəsidir. Hədəf təyin etməklə siz gələcəkdə hara çatmağınızı özünüz seçirsiniz.Yəqin bu məşhur sözü eşitmisiz:”Öz planları olmayanlar, başqalarının planlarına daxildir.”

Hədəflər uzunmüddətli və qısamüddətli olur. Uzunmüddətli hədəflər daha çətin, amma daha çox ruhlandırıcı olur, qısamüddətli hədəflər isə sizi uzunmüddətli hədəflərə aparır.

Əgər hədəfinizi yoxdursa, onda birinci hədəfiniz  hədəf təyin etməyi (goal setting) öyrənmək olmalıdır. Hədəf təyin etməkdə bir qabilliyətdir və tezliklə öyrənə bilərsiniz. Bu qaydalar sizə kömək edə bilər.

Hədəflər mütləq yazılı olmalıdır. Yazılı olmayan hədəf arzudan başqa bir şey deyil.

Hədəflər pozitiv olmalıdır.

Hədəfin müəyyən zaman limit olmalıdır.Mən 2009-cu il dekabrın 30na kimi flan şeyə çatıram.

Hədəf indiki zamanda yazılmalıdır. Mən əldə edəcəyəm yox. Mən əldə edirəm.

Özünüzə müraciət edəndə Sən yox, Mən deyin! Mən əldə edirəm!

Real olun! Məsələn əgər gəliriniz ayda 100$ dır. Və siz hədəf təyin edirsiz ki, mən bu aya milyon dollar qazanıram. Belə hədəf reallıqdan uzaqdır və birazda sizi ruhdan salacaq.

Hədəf təyin etmə metodları :

Hədəflərinizi təyin etmək üçün (goal setting ingiliscə) bir sıra metodlar var. Mən ən çox istifadə etdiyim Jim Roh və Brian Tracynin kitablarından öyrəndiyim metodlardır.

Jim Rohnun metodu: 10 il ərzində hara çatmaq istəyirsiniz? Maddi, karyera, sağlamlıq, gəzinti, din, ailə və s.

10 il  üçün ən az 50 hədəfinizi yazın.Hədəflərinizi yazarkən yuxarıda yazdığım qaydalara əməl edin.

50 hədəfinizi yazdıqdan sonra onların hər birinin qabağına ilin yazın. 1, 2, 5, 10, 10+ və s neçə il ərzində çatmaq istəyirsiniz?

Bunu etdikdən sonra 1 il olanları seçin (yəni bu il üçün olanları).

Onlardan 4 ən vacibin seçin.

Bu 4 ən vacibi ayrı bir vərəqdə yazın və onun üçün planlarınızı yazın.

Brian Tracynin metodları isə dahə sadədir. Müxtəlif metodları var

30 saniyə ərzində 3 ən vacib hədəfinizi yazın. Birinci metod belədir, bu metoda görə sənə 30 saniyə və ya 30 dəqiqə verməyin fərqi yoxdur. 30 saniyəyə də 3 vacib hədəfi yazacaqsan, 30 dəqiqəqəyədə

Bir ədəd spiral blaknot alın. Hər gün səhər-səhər durandan sonra ən az 10 hədəfinizi yazın. Bugün hədəfinizi yazarkən dünən yazdıqlarınıza baxmayın. Və spiral bloknotu həmişə yanızda gəzdirin, vaxtınız olduqca hədəflərinizi gözdən keçirin. İlk günlər görəcəksiniz ki, hər gün hədəfləriniz bir başqadır. Amma müəyyən müddətdən sonra listinizdə bəzi şeylərin sabit qaldığınızı görəcəksiniz. Bunlar sizin əsl hədəflərinizdir.

Bu metodların hansından istifadə etməyin fərqi yoxdur. Əsas odur ki, həmişə bir hədəfiniz olsun, xoşbəxt olun, həyatda layiq olduğunuz mövqeyi tutun. Bir məşhur aforimizdə belə deyilir:”Bir hədəfə çatdığınızda, bu başqa bir hədəfin başlanğıcı olur”. Hədəfinizi təyin etdikdən sonra hər gün ona çatmaq üçün ən az bir şey edin. Əgər qoyduğunuz müddətdə hədəfinizə çatmasaz, onda yenidən bir müddət təyin edin və hədəfinizə çatmağa çalışın.

Səbir və dəyanət misalları
“Daşı dələn suyun gücü deyil, damlaların davamlılığıdır.” Latin Atasözü

“Biz, yuxuların üzərində inşa edilən vəsaitlərdən meydana gəlirik” deyən William Shakespeare nə qədər gözəl deyibdir. Həqiqətən tarix qaleryası, gördükləri yuxuların həqiqət olması üçün qorxmadan, usanmadan, səbirlə çalışıb müvəffəqiyyətə çatan qərarlı insna potretləri ilə doludur.

Budur həyat macəralarında səbir və dəyanətin meyvəsini yığanlardan bir neçə misal:

Londondakı məşhur British Muzeyində Thomas Greyin “Elegy Written in a Contry Curchyard” başlıqlı şeirinin 75 ayrı kopyası nümayiş etdirilir. Grey 3, 5, 10 dəfə deyil, kəlimələri, misraları 75 dəfə dəyişdirib yazdıqdan sonra şerin gözel olduğuna qərar verib, razı qala bilmişdir.

İngilislərin böyük şairi John Milton (1608-1674), “Paradise Lost” (İtmiş cənnət) adlı əsərini yazdığı vaxt tamami ilə kordu. Milton, bu gözəl kitabı yazarkən katibəliyini qızları edirdi. Qızlar təkcə atalarının dediyi sözləri yazmaqla kifayətlənmir, onun danışmaq istədiyi yazıçıların kitablarını da oxuyub atalarına köməkçi olmağa çalışırdılar.

George Bancroft, “The History of the United States” adlı böyük əsərini 26 illik əziyyətli  əməkdən sonra tamamladı.

Alexander Dumas 40 il boyunca, gündə 16 saat yazdı.

Franklin D.Roosevelt gəncliyində uşaq iflicinə tutulmuşdu və yeriyə bilmirdi. Amma bu vəziyyət onun üçün bir manə təşkil etmirdi. Və Roosevelt əzmi sayəsində 4 dəfə dalbadal Amerka Prezdenti seçildi.

Polşalı məşhur bəstəkar və pianoçu İgnace Paderewski, sənətinin zirvəsinə çatdığı illərdə də hər gün 8 saat bezmədən çalışaraq pianoda məşq edirdi. Bir gün nə üçün bu qədər çox çalıştığını soruşduqda, verdiyi cavab çox düşündürücüdür: ” Əgər bir gün məşq etməsəm, mən bunu hiss edər və görərəm. Əgər iki gün məşq etməsəm, dostlarım hiss edər vər görərlər. Əgər üç gün məşq etməsəm, dinləyicilər hiss edər və görərlər.”

Qədim Yunanıstanın və dünyanın böyük natiqlərindən biri qəbul edilən Demonstenesin nə qədər qəribə olsada uşaqlıq illərində pəltək olduğunu bilirik. Buna baxmayaraq o davamlı idman edə edə bunu aradan qaldıra bilərək böyük bir natiq oldu.

Məşhur musiqi dahisi Mozart, ən böyük operalarını və “Renquiem” i borc və xəstəlik içində olanda yazdı. Yenə belə imkansızlıq içində olduğu günlərin birində bir neçə qızıl mükafat almaq ümidi ilə yeni bəstələdiyi bir parçanı Kort Arnoya apardığı zaman “dilənçilik, sərsərilik, parazitlik” etməklə günahlandırılmış, təpiklə qovulmuşdu.

Məşhur Fransız rəssam Cesar Ducornetin anadan gəlmə iki qolu yox idi. Ancak rəsmə qarşı böyük həvəsi olan Ducernot, daha kiçik yazlarda ayaq barmaqları ilə tutduğu kömür parçası ilə şəkillər çəkərdi. Sonra Parisə gedərək rəssamlıq təhsili alaraq rəssam olaraq sənət tarixində layiqli yerini aldı.

Mənbə: Başarı öyküleri

Tərcümə etdi: İsmayilov Əli

Pozitiv yaşamaq sənəti
Birinci hissə

Daxili dünyanızın açarları nədir?

Siz  yer üzünün ən qəribə insanı ilə tanışmaq istiyərsiniz? Sizə sağlıq, xoşbəxtlik və həyatda digər bütün şeylərdən

çox istədiyiniz şeyləri verəcək tək insanı tanımaq istəmərsiz? İstədiyiniz çox yaxşı bilirəm. Mən sizi bu insanla tanışdırcağam.

Bu insan, başqası deyil, siz – bəli “siz” siniz.

Təəccübləndiniz ? Əgər təəccübləndinizsə indiyə kimi həqiqi varlığınızla tanışdığınızdan şübhələndiyimi deyəcəyəm.

Buna daha çox təəccüblənəcəksiniz bilirəm. Sizi özünüzlə tanışdırma işini qurtardıqdan sonra, vəziyyətin həqiqətən də belə olacağına

inanacaq və mənə haqq verəcəyinizi düşünürəm.

Sizi heç tanımadığım halda haqqınızda bu qədər şey bildiyimi üçün təəccüblənəcək, bu vəziyyət sizə qeyri-adi gələcəkdir. Bunun əsl səbəbi,

aramızda bünövrədə elə böyük fərqin olmamasıdır. Çünki sizin zehniniz, mənim zehnim. hətta daha irəli getsək bütün insanların zehnləri

müəyyən bir böyük zehn qanununa görə işləməkdədir. Mənim etdiyim tək şey, sizi tanımağım, qarşılaşdığınız problemləri öyrənmək üçün bu qanunun

əsasını başa düşməyimdir.

Ümidsiz olmuyun

Müəyyən bir müddət işləriniz yaxşı getməmiş ola bilər. Böyük iqtisadi sıxıntılar çəkmiş ola bilirsiniz. Həyata olan bağlılığınız və özünüzə olan

güvəniniz sarsılmış ola bilər. En yaxşı dostlarınızla küsmüş, yoldaşınızla aranızda əsas bir anlaşılmazlıq keçmiş ola bilər. Bir insan olaraq vəzifənizin

əldən getdiyini, gələcəkdə sizin üçün xoşbəxtlik, sağlıq və ya iqtisadi rahatlıq baxımından çox az ümid olduğunu hiss etmiş ola bilərsiz. Bu aralarda

Sizi bürüyən və sıxıntılarınızdan qurtarmanıza yol açacaq həqiqi bir çıxış yolu olub-olmadığını maraqlanmış ola bilərsiz. Əgər belə bir vəziyyətdəsinizsə, sizə

bu məsləhəti verə bilərəm:

“Ümidinizi kəsinliklə itirməyin. Problemlərinizi həll edəcək, bu anda sizi sıxıştırmaqda olan şərtlərdən canınızı qurtarmanıza gətirib çıxaracaq bir yol vardır. Bu yol,

həyatda sizə görə ən əsas olan işləri bacarmağınızı təmin edəcək. Buna inanın.”

Daha çox qazanmaq istəyirsinizsə, bu yol sizə pul və maddi rifah gətirəcəkdir. İçinizdəki sizə izah etmək istədiyimi bu güc, Ələddinin sehirli

çırağı kimidir. Onun gizli və sehirli gücünə kamandirlik etməyi öyrənəndə, bu güc sizə istədiyiniz, arzuladığınız hər şeyi təmin edəcək.

Sizin çatmaq istədiyiniz, qovuşmaq istədiyiniz uğur hər hansı bir sahədə ola bilər. Eşqdə, evlilikdə, manelərin yox edilməsində və ya yüzlərlə

müxtəlif məqsədin hər hansının birinin əldə edilməsində ola bilər. Mənim haqqında danışdığım güc sizə bu uğuru qazandıra bilər. Ancaq tək şərt, bu gücdən

istifadə etmək və onu öz qurtuluşuna doğru istiqamətləndirmək üzrə inkişaf etdirdiyiniz istedaddır.

Kitab: “Müsbət (pozitiv) yaşamaq sənəti” Harold Sherman

Tərcümə etdi: İsmayılov Əli

Düşüncələr bizi, biz düşüncələrimizi əks etdiririk
“Bizim fikirlərimiz və təsəvvürümüz bizim imkanlarımızın yeganə həqiqi limitidir” Orison Swett Marden

İnsanın düşünmə qabiliyyəti həqiqətəndə mözücədir. Gün ərzində minlərlə düşüncələr, fikirlər beynimizdən keçir. Lap yaxşı çox fikirlər keçir, əsas olan bu fikirlər bizə xeyirdirmi? Xüsusəndə biz Azərbaycanlılara. Deyəcəksiz, bizə nə gəlib ee? Məndə onu deyirəm də. Bizə nə gəlib ee? Allah bizə hər şey verib, elə yaxşı düşünmə qabiliyyəti verib.Ətrafa baxanda hamı eyni şey danışır, hamı nəyinsə pis olmağından danışır. Bir nəticə alınır? Oxuduğum kitablardan belə bir nəticəyə gəldim ki, pis şeydən nə qədər danışsan həmin şey daha da pisə doğru gedəcək. Pis haqqında nə qədər çox fikirləşsən daha da pis olacaq. Danışaq, amma nəyinsə olmamağından yox, bu olmuyan şeyi necə əldə edə bilməyimizdən.

Böyük insan ola bilmək üçün böyük fikirləşmək lazımdır.

Unutmayaq düşüncələrimiz hərəkətlərimizin qaynağıdır. Hərəkətlərimiz düşüncərimizdən qidalanır. Əgər dəyişmək istəyiriksə, birinci düşüncələrimizi dəyişməliyik.Biz nə düşünürük? “Bir iş tapım, nə iş olur olsun, pul qazanım”. Burda yadıma nə düşdü, “Heç kim işin sevmədikcə uğur qazana bilməz” David Sarnoff. İnsan kosmos haqqında düşünməsəydi, ay kəşf olunmazdı. Biznesi ilə məşğul olmağı fikirləşsəz, bir gün biznesmen olacaqsız. Alim olmağı düşünsəz, bir gün alim olacaqsız. Düşüncələrimiz kiçilərsə, nəticələrdə kiçik olacaq. NLP yə görə bizi hədəfə aparacaq hər şeyə sahibik. Əsas olan özümüzə hədəf seçib, bu hədəfə getməyə çalışaq. Təzə adım atanda ola bilər bizə çoxları gülsün, çoxları lağ etsin. Bunlar bizi qorxutmasın.Bizi lağ edənlərin özləri qorxsun öz gələcəklərindən. Bir vaxt var idi, mənim bütün günüm kənd təsərüfatı işləri ilə keçirdi. Günümün çoxu işləməkdə keçirdi. Amma mən bütün günü Bakıya gəlməyin xəyalı ilə yaşıyırdım. Universitetə girdim, şükür allaha, Bakıya gəldim. Bir vaxt var idi, komputerim yox idi. Amma başqalarında komputer görəndə, mənimdə olmasını istəyirdim. Vaxt keçdi, mənimdə komputerim oldu.İndi başqa fikirlər var, inşallah onlarda olacaq! Bizim vəzifəmiz girdiyimiz yoldan geri dönməməkdir. Əgər getdiyimiz yolu yarımçıq qoyub, başqa yola getsək , daima yolları dəyişsək. Bir də baxacayıq ki, hələ də başlanğıc nöqtədəyik. Əgər istəyiriksə, Azərbaycanımız dəyişsin, gərək bizim düşüncələrimiz dəyişsin. Yoxsa, fikirləşsək ki, bura Azərbaycandadır flan, flan, flan olar… Onda necə var elə qalacaq.

vaxtımızın qiymətin bilək!
Zaman, yəni bizim həyatımız. Bizim həyatımızı zaman təşkil edir. Əgər zamanımızı düzgün idarə ediriksə, deməki həyatımız düzgün idarə olunur. Zamanımız hansı məşğuliyyətlərlə keçir? Televizora baxmaq, internetdə gəzmək, msn, boş-boş söhbətlər … Sonra da deyirik ki, vaxtım yoxdur. Vaxt çatmır. Elə özümü deyirəm, vaxtımı düzgün bölüşdürməkdə çətinlik çəkirəm (Bu arada kimdə zaman idarə edilməsi haqqında kitab varsa və ya internetdə link bilirsə mənə də desin). Zamanın idarə edilməsi haqqında maraqlanıram.

1.Zamanı düzgün idarə etmək üçün ilk növbədə bizə kağız və qələm lazımdır. Biz nə etmək istəyiriksə ilk növbədə yazmalıyıq ki, yadımızdan çıxmasın.

2.Etmək istədiklərimizi yazdıqdan sonra onların hansı vacibdir listin əvvəlinə keçirməliyik.

3.Boş vaxtımız sona qalmalıdır.

4.Əgər listə yazmağa bir şey tapa bilmiriksə, onda deməli bizim yetərincə güclü hədəfimiz yoxdur.

5.Listi yanımızda tutmalıyıq.

6. Eyni tipdən olan işlər qruplaşdırılsa, zaman itirilməsi azalacaq. Məsələn, siz 3 nəfər zəng vurmalısız. Bunları dalbadal etsəz daha az vaxt gedəcək.Bir indi birin birazdan həm fikir dağınıqlığı, həm də zamanın daha çox getməsinə səbəb olur.

7. Zaman tələlərindən qorunmalıyıq. Əgər bizdə zamanımızı aparan vərdişlər varsa (məsələn çox TV seyr etmək), tədricən azatmalıyıq.

8.Bir işi görəndə vaxt öldürmək niyyəti ilə yox, işi görmək niyyəti ilə etməliyik.

9.Əyləncə vaxtı əyləncə ilə, dərs vaxtı dərs ilə məşğul olmalıyıq. Məsələn dərs oxuyursan, bir tərəfdə də msn açıqdır.Birdən msnə kimsə gəlir, fikrin qalır ki, o kimdir görən bir baxırsan, birdən kimsə yazır. Dərs qalır bir qıraqda, özündə yorulursan. Odur ki, msndən çıx dərsini oxu, sonra girərsən.

10.Bəzən tanışlara “yox” deməyi bacarmalıyıq. Yəni tutaq ki, sabaha mütləq oxunulası bir dərs var və ya imtahan. Birdən dostun zəng vurur ki ,gəl çıxaq gəzək. Ona yox deyə bilməyi bacarmaq lazımdır.

Unutmayaq, hamıya 24 saat verilib. Əgər 24 saat düzgün istifadə edə bilsək, onda deməli bizdə harasa çata biləcəyik. Bəzən bizim müəllimlər deyir ki, gecə-gündüz oxuyun. Məncə, onlar düzgün demir. Bir şey öyrənmək istəyiriksə, onda gərək dincələkdə. Dincəlməsək, oxuduqlarımızın çoxu yadımızda qalmayacaq. Oxumaq üçün oxumayaq, öyrənmək üçün oxuyaq!

Beyin-Komputer sistemi
Texnologiya çox sürətlə inkişaf edir. Bu inkişaf gör hara gəlib çıxıb ki, Beyin-komputer sistemi yaradılır. Bu beyin-komputer sisteminin tədqiqatları 1970-ci ildən başlayıb. 1990-ci ildən sonra isə bu barədə ilk experiment aparılıb. Bildiyimiz kimi beynimiz elektrik siqnalları istehsal edir,artıq  bu siqnallar qeyd edilə bilir.

Qeyd olunmuş siqnallar isə yerinə yetirilir. Yəni biz beynimizdə nə fikirləşiriksə, artıq komputer tərəfindən icra edilir. Daha doğrusu Beyin-komputer  İnterfeys (BKİ) tədqiqatlarının məqsədi kimsə hətta nəfəs ala bilmirsə və ya gözlərin hərəkət etdirə bilmirsə, onların arzuların yerinə yetirməkdir və ya robot qolu kontrol etmək və ya hər hansı protezi idarə edə bilməkdir.Bu sistemin işi isə beyindən gələn siqnalları qeyd etmək və o siqnalları aparat əmrlərinə çevirməkdir.BKİ sistemi istifadəçilərə imkan verir ki, əzələlərini işə qatmadan fikirlərini hərəkətlərə çevirsinlər.Əvvəllər əlil və şikəstlər üçün balaca bir işi yerinə yetirmək üçün çox az imkanlar var idi. Bioinformatikanın inkişafı nəticəsində çoxlu yeni imkanlar açılır. Belə ki, xüsusi proqram təminatı ilə beyin siqnalları toplanılır, məsələn fikirləşməklə tv kanalın dəyişmək və işığı söndürüb yandırmaq olur.Yadıma “Matrix” kinosu düşdü. Kino fantaziyadır, amma mən baxanda fikirləşmişdim ki, bu fantaziya deyəsən yavaş-yavaş həyata keçəcək. Deyəsən belə olur. BKİ 3D oyunlar üçün yeni təkliflər edə bilər. Son illərdə isə bir qrup tədqiqatçı BKİ ilə virtual dünyanı əlaqələndirməyə cəhd göstərirlər. Belə ki, artıq bir neçə  sınaq nümunələri vardır ki, istifadəçilər virtual səhnələri və ya virtual obyektləri beyin fəaliyyəti nəticəsində hərəkət etdirə bilirlər. Bir sözlə artıq elm elə bir yerə gedirki, hərəkət etmədən nəticələr yaratmaq olacaq. Bu yaxşıdır, yoxsa pis?

İstifadə olunan mənbə: “Computer” jurnalının 2008-ci il Oktaybr buraxlışı

Uğurun sirrini açıqlayan ayə
Toz kimi yumurtadan çıxan kiçik bir balanın həyatına diqqətinizi çəkəcəyəm. Altıbucaqlı bir qutunun içərisində dünyanın ən gözəl südü ilə davamlı bəslənir. On minlərlə ailə üzvü ilə birliktə özünə baxıcılıq edən işcilər yetişənə qədər on min dəfə doydurulur. Bu sürətlə altı gündə ilk ağırlığının 1500 qatına çatır.

Qutusundan çıxar-çıxmaz, heç kimdən dərs almadan və boş gözləmədən yuvasındakı tullantı maddələrini çölə daşıyır və yuvanı yeni üzvlər üçün təmizləyir. Əvvəl bədəninin əmələ gətirdiyi mikrob öldürən mayeni yuvaya sürtər. Sonradan isə yeni doğulan minlərlə üzvlə birlikdə qanadlarını vintilyator kimi çırparaq içərdəki kirli havanı çöldəki təmiz hava ilə dəyiştdirir.

Həyatı yeni başlamışdır və son nəfəsədək durmayacaq, yavaşlamayacaqdır. Şanın içində və ya çölündə, ilahi plan hansı vəzifəni vermişsə onu həyata keçirmək üçün davamlı olaraq çalışır. İnsanlara bir kilo bal yığmaq üçün 40 min üzvlə 6 milyon çiçəyi fırlanır. Bir kilo bal uğrunda yüz min km qanad çırpmağı, ya da dünyanın ətrafında 7 dəfə dönməyi gözə alır.

Bal arası çalışqanlığı sayəsində adını tarixə yazdırmış, insanların həyatında yer və rol əldə etmişdir.İnsan da oxşar şəkildə İnşirah surəsinin sonundakı ilahi əmrə riayət etsə adı tarixə qızılır hərflərlə yazılar. Dərdlərdən qurtular, rahatlıq tapar. Uğurun ağası olar.

Uğurumuzu artırmaq və həyatımızdakı dəyərləri yüksəltmək istəyirik. Bu yolda bizə yol və qayda təqdim edəcək əsərlər axtarırıq. Ancak son vaxtlar televizor və internetin gətirdiyi hərəkitsizlikdən, fəaliyyətsiz xəyalçılıqdan yan keçə bilmirik. Bir də ana atalarımız bizi qoruyub bəslədikçə həyatın əziyyətlərindən məhrum böyüyürük. Bu vaxt yetkinlik çağı keçir və birdən yaşadığımızı, çiynlərimizdə böyük bir məsuliyyətin olduğunu hiss edirik.

Əvvəl asan və havayı yollar axtarırıq. Alın tərinin dəyərini kəşf etməyənlər lotereya, at yarışı ilə həyatda dolana biləcəklərini tərəfində dururlar. Bununla ağıllı kimi görünərək başqa tipli xəyallara dalırıq. “Uğuru xəyal etməyi uğurun kifayət edici şərti sayan” kitabların təsiri ilə Bodruma çəkilib xəyal qurmaqla hədəflərimizə çatacağımızı hesab edirik. Sehir kimi, hokus pokus yolu ilə… Sonra da insanı yaradıcı yerinə qoyan sirli, cazibəli, kvantlı formullara inanır, illər içində bir arpa boyu qədər yol gedə bilmirik. Biz belə xəyallar ilə məşğul olarkən həyat ayaqlarımızın altından axıb gedir.

Qlobal aktyorların istədiyi budur. Öz cəmiyyətləri xaricindəki topluluqları sürü yerinə qoyurlar. Sürülər düşünməməli, sadəcə onlara xidmət üçün çalışmalı, baş verən fırıldaqları başa düşməməli, boş xəyallar ilə qurdalanmalıdır. Sürülər sadəcə təqlid etməli, dəlicə istehlak etməli, borc içində qıvrılmalı, xüsusi bir sənətə, ciddi bir bacarığa sahib olanlar isə mütləq öz qlobal dəyərlərinə boyun əyənlər arasından çıxmalıdır.

Qlobal güçlərin satışa çıxardığı hər şey o güclərin sıralarını gücləndirməyə xidmət edir. Biz də uğur qazandığımızı hesab edərək başımızı qatırıq və illər sonra pərdələr çəkiləndə soyulduğumuzu anlıyırıq.

Bir sirr axtarana mənim verə biləcəyim sirr iki qanaddır: Hikmətinə uyğun şəkildə istehsal üçün çalış və lazımınca dua et. İstə və bacardığın qədər çırpın. Dua və çalışma uğur göyərçinin iki qanadıdır.

Həyatda yetərincə uğurlu olabiləcəkmisiniz? İnsanların dünyasına möhtəşəm faydalar verə biləcəkmisiniz? Yaxşı şeylər hasil etmək istəmirsəniz, göyərən dənə olmaq istəmirsiniz deməkdir. Elədirsə ya əkildiyiniz torpqda, ya da sizi yeyən bir quşun mədəsində çürüyüb yox olarsınız. Dəyərinizi bəsləmək istiyirsinizsə edəcəyiniz məlumdur:

– Həyatınızdakı bütün gərəksiz məşğuliyyətləri çıxarıb atın.

– Uğurun sadəcə alın tərindən keçdiyini təsdiq edin. Alın tərinizi qatmadığınız uğurun qürurunu üstünüzə götürməyəcəyinizi qəbul edin.

– Tez qalxın ki dünya tez qalxanların malıdır.

– Əsla boş oturmuyun. Nə televizorun, nə komputerin qarşısında, nə parkda, nə avtobusda, nə növbədə … Heç bir yerdə bir dəqiqə boş durmuyun. Boş durmaq, faydasız bir iş etməkdir.

– Boş dəqiqələrinizdə edəbiləcəyiniz faydalı işlər, hobbilər siyahısı düzəldin.

- Edəcək heç bir iş tapa bilmirsəniz yerimək, gülümsəmək, dərin nəfəs almaq, hətta salonu dağıdıb düzəltmək də bir işdir. Edəcək iş tapa bilməmək imkansızdır. Ətrafda milyonlarla iş olarkən boş duran kəs heç kimi günahlandırmasın.

- Mütləq işi başqası vermək məcburiyyətində deyil. Özünüzə iş düzəldin. Siz də bir gün öz işinizə pul verə biləcək vəziyyətə gələrsiz.

- İşləriniz arasında hər saatdan bir 5-10 dəqiqə əzələlərinizi gərmək və zehninizi boşaltmaq üçün durun. Ancaq ən yaxşı dincəlməyin yolunun da fərqli şəkildə çalışmaq olduğunu unutmamalısınız.

İnsanı çox çalışmaq bir yorarsa, boş oturmaq 10 qat çox yorar.

Çalışaraq irəliləyəcəksiniz və atdığınız hər addım sizi yeni bir qapının qabağına gətirəcək. Siz irəlilədikcə yeni yollar açılacaq. Çalışmağa alışmağınız sonunda,

- Axşamınızı könül rahatlığı içində yatmağa hazır gələcəksiniz.

- O günkü iş və istehsal məhsulunuz qəlbinizi coşduracak.

- Yaşamanın, özünü təsdiq etmənin kainatda varlıq, təsir və iz yaratmağın dəyərini qavrayacaqsınız.

- Sevilən məşğuliyyətlərlə ən ciddi xəstəliklərin belə sağala bildiyinin fərqinə varacaqsız.

- Bədəninizdən zəhərli maddələri, zehninizdən düşüncə viruslarını atmış olacaqsınız.

- Sadə başlarla və dedi-qodularla yaşayan insanlarla aranızda uçurumlar yaranacaq.

- İstehsalınız və təcrübəniz sürətlə artacaq, uğurunuz həndəsi silsilə kimi qalxacaq.

- Varlığınız insanlığa rəhmət olacaq və köməyinizlə çox sayda insanın iztirabı azalacaq.

Edisona uğurun sirrini soruşmuşlar və O, 1 faizi zəkayla, 99 faizi çalışmaqla əlaqləndirmişdir. Çalışmağa qul olan uğura sultan olar. Budur uğurun sirrini açan o ayə: “Bir işdən boş qaldığın halda dərhal digər işə giriş.” (Quran: İnşirah, 7-8)

Çalışmağın coşqusunu kəşf etmək möhtəşəm bir ilahi lütfdür. Şükürsüz könüllər çalışmaqdakı ləzzətləri dada bilmirlər. Hərkəsə çalışmağın coşqusunu kəşf etməsini diləyirəm.

Müəllif : Muhammed Bozdağ

Mənbə: yetenek.com

Tərcümə edən: İsmayılov Əli