NLP nədir?
NLP-Neuro Linguistic Programming sözlərdən baş hərflərindən düzəlib. Neuro-yəni neyrologiya ,Linguistic-yəni dil,Programming- yəni bunların hər ikisinin bir yerdə proqramlanması. Burda Programming görüb proqramlaşdırma hqqında fikilrəşməyin, bu insanın beynin proqramlanmasıdır. Hə,birdə ağlınıza fikir gələ bilər ki, (mənim ağlıma gəlmişdi) beyni proqramlasan onda robot kimi bir şey olarsan. Əslində isə insanın beyni proqramlanıbdır. Müxtəlif hadisələr,müxtəlif insanlar insan beynində müəyyən izlər buraxıbdır. Və insanın hərəkətlərinin çoxu qeyri-iradi edir. İnsanın beynində çox təəssuf ki, 90 % dən çox negatif fikirlər var. NLPnin də elə bir məqsədi bu proqramları yaxşsı ilə əvəz etməkdir.NLP 1970-ci ildə John Grinder (dilçi) və Richard Bandler (riyaziyyatçı) tərəfindən Amerikada yaradıldı. Deməli əsas məqsəd burda nədir. Birinci baxırlar ki,uğur qazanan ,başqalarının qibtə etdiyi insanla adi insanın fərqi nədir. Və hər bir insan ideal saydığı insan kimi ola bilərmi? Cavab,müsbətdir.
Hər bir insan ideal saydığı insan kimi ola bilər. Amma bu elə də sadə məsələ deyil. Yəni biz gündəlik həyatda görürük ki, eyni şeyləri müxtəlif insanla edir, amma hamı eyni yerə çata bilmir. Bunun əsas səbəbi,inançlar,hisslər, davranışlar və s dayanır.NLP bəzən “mükəmməllik elmi…dəyişmə sənəti”,”istədiklərini eldə etmə üsulu” kimi adlanır.NLP müxtəlif sahələrdə elmdə,idmanda,ailədə tətbiq edilə bilər.NLPdə bir sıra modelləmələrdən və texniklərdən istifadə edilir. Bunlar isə əsas 2 hipotezə dayanır.
1. Xəritə ərazi deyil (xəritə hipotezi): Biz bir insan olaraq çox vaxt həqiqəti bilmirik. Yəni bizə ətrafdan çoxlu fikirlər, bilgilər gəlir bizim şüurumuz isə özünə görə bir həqiqət (xəritə) yaradır bunları qiymətləndirir.Özümüz haqqımızda olan fikirlərimizdə xəritədir.Və bizi irəliyə getməyə qoymayanda elə çox vaxt bu xəritələrdir.
2.Sistematik proses (həyat və beyin sistemi): Dünya,kainat,insan hamısı mürəkkəb bir sistemdir.Bu sistemlərdən bir parçanı ayırdıqda bu parça ayrılıqda bir iş görə bilməyəcək.NLPdə hədəf “doğru xəritə”ni tapmaq deyil,”varlı xəritə”ni tapmaqdır.Bir problemin qarşısında nə qədər çox seçim şansı olsa, bu problemi həll etmək daha asan olur.
NLPyə görə hər insan ehtiyacı olan mənbələrə sahibdir.Hər insan dəyərlidir.Əgər bir adam bir işi bacarıbsa,deməli hamı bacara bilər.

