Category: Fərdi İnkişaf

Sep 02 2009

Suallar Cavablardır!

1- Ən böyük risk nədir?
Risk etməmək!

2- Ən pis qərar nədir?
Qərarsızlıq!

3- Ruhi vəziyyətinizin yaxşı olması üçün nə olmalıdır?
Mütləq bir şeymi olmalıdır!

4- Xəyallarınız suya düşdüyündə məyus olmamaq üçün nə edərsiz?
Onlara qabaqcadan üzməyi öyrədərəm!

5- Uğurun ilk qanunu nədir?
İnanmaq!

6- Bir çempion yarışdan qabaq necə düşünər?
Çempion kimi!

7- İnsanın həyatında ən vacib zaman hansıdır?
Yaşadığı an!

8- Arzular necə həyata keçir?
İstək halına gəlməsələr qətiyyən həyata keçməz!

9- İnsanın ən böyük düşməni kimdir?
Özü!

10- Həyatımızın gedişini başımıza gələn hadisələr təyin edir?
Yox, hadisələrə qarşı reksiyalarımız!

11- Hansı bəhanələr uğursuzluq üçün keçərlidir?
Heç bir bəhanə!

12- Dünyada dəyişməyən təkcə nədir?
Dəyişim!

13- Bir dünya çempionunu məğlub etməyin ilk şərti nədir?
Onun kim olduğun unutmak!

14- Dünyadakı ən vacib şəxs kimdir?
O an ünsiyyətdə olduğunuz insan!

15- Kədər, qayğı və stressimizi azaltmağın yolu nədir?
Hədəflərmizi böyütmək!

16- Hansı səhər sizin üçün fürsətlərlə dolu başlanğıcdır?
Hər səhər!

17- Hər şeyi bacarmağı istəyən bir insanı nəyi bacarar?
Heç nəyi!

18- Bir şeyi bacarmağı çox istəyən insan nəyi bacarar?
Hər şeyi!

19- Fərdi inkişaf üçün ilk şərt nədir?
Dəyişmək!

20- Paylaşdıqca böyüyən şey nədir?
Bilgi!

21- İnsanlar nə bildiyinizdən çox nəyə qiymət verirlər?
Özünüzə nə qədər qiymət verdiyinizə!

22- Ən çox bilməyimiz vacib olan şey nədir?
Nə istədiyimiz!

23- Qarşınızdakı adam nə vaxt sizin nə istədiyinizi başa düşməz?
Siz nə istədiyinizi bilmədiyiniz vaxt!

24- Ən kor insan hansıdır?
Görmək istəməyən!

25- Sizi hərəkətə keçirən şövq nə vaxt gələr!
Siz hərəkətə keçən vaxt!

26- İnsanlar nə vaxt uduzmuş sayılır?
Qəbul edəndə!

27- Həyat səhnəsində baş rolda əsasən kişilərin olmasının ən böyük səbəbi qadınların heç vaxt sahib olmayacaqları gücə sahib olmalarındadır. Bu güc nədir?
Bir qadının möhtəşəm dəstəyi!

28- İnsan nə vaxt ayağa qalxar?
Yıxıldığını görəndə!

29- Bütün dünyanı bir şeyə inandırmak istəsəniz ilk kimdən başlamalısınız?
Özünüzdən!

30- Ən qısa yol hansıdır?
Bildiyiniz yol!

Mənbə: “Negatif Limanlardan pozitif sulara” Oğuz Saygın
Tərcümə etdi: İsmayılov Əli

Sep 02 2009

Istedadlarınızı inkişaf etdirin

İstedadlarınızı inkişaf etdirmənin tək yolu, istədiyiniz uğuru başınızda açıq bir şəkildə canlandıra bilməktən başqa bir şey deyildir. Bəlkə də fikir verməmisiniz. İndiyə kimi başınıza gələn hər şey düşüncənizin ani hökmlərinə məğlub olmanınıza bağlayabilərsiniz. Əvvəl etdiyiniz bir çox planları xatırlayın. Onların tətbiqlərini neçə ürəklə və səylə yerinə gətirmədiyinizi xatırlayın. Başınızda eyni xəyalları qoruduğunuz müddətdə planlarınızın addım-addım real həyatdə necə tətbiq sahəsinə çıxtıdığını düşünün.
Ətrafınızda tez-tez “Bu işin belə olmasından qorxuram” deyildiyini mütləq eşitmisiniz. Sizin də bir neçə dəfə belə danışdığınız ehtimal edilir. Amma qorxuya görə bəzi şeylərin meydana gəlməsini beyninizdə canlandırmış olduğunuzu və sonda qorxduğunuz şeyin başınıza gəldiyini bəlkə də görmüş, amma əhəmiyyət verməmisiniz. Daxilinizdəki bu meydana gətirici güc hesaba alma instinktinə malik deyildir. O, yaxşı ilə pis arasıdakı fərqi başa düşməz, qavraya bilməz. Uğuru xəyal edərsəniz, uğur qazanarsınız. Uğursuzluğu düşünsəniz qətiyyətlə uğursuzluğa məruz qalacaqsınız.
Bu gücün sizə xoşbəxtlik yerinə məyusluq gətirməsinin qarşısını almaq üçün ona nəzarət etməyi, düşüncə və xəyallarınızın içindəkiləri idarə etməyi öyrənmənizin vacibliyinin səbəbi budur. Bunun necə ediləcəyini öyrənmək o qədər sadə və başa düşülməsi asan bir şeydir ki, zehninizin daxildən necə işlədiyini izah edər etməz, istədiyiniz şeyləri zehninizdə canlandırmaya başlaya bilərsiniz. Bu, sizə mövcud çətinliklərin həll yolunu açacaq və sizi olduğunuz yerdən olmaq istədiyiniz yerə doğru yüksəldəcəkdir.
Ancaq bunu bacarmaqdan əvvəl özünüz haqqında bilmək məcburiyyətində olduğunuz bəzi nöqtələr var. Məsələn, həqiqətdə iki ayrı və fərqli zehninizin olduğunu bilməniz lazımdır. Yaşadığınız dünya ilə dolu olan zehniniz şüurlu zehninizdir. Bundan başqa daxili və ya şüuraltı zehniniz də vardır ki, bu da daxilinizdəki geniş, ucsuz-bucaksız dünya ilə elmin haqqında az şey bildiyi bir dünya ilə məşğul olur.
Şüurlu zehninizi idarə, şübhə, təxmin, maraq, hesab və müqayisə kimi mövzularda istifadə edirsiniz. O, eyni ilə içində istənilməyən şeylərin ələndiyi və yerdə qalanlarının isladıldığı bir ələk kimidir. Şüurlu zehninizin diqqətini üzərində cəmləşdirdiyiniz hər şey, zehninizdə bir şəkil kimi qeyd edilir və bu şəkil daxili zehninizə, şüuraltına keçərək, orda gələcəkdə müraciət ediləcək bir qovluğa qoyulur.
Siz fikir versəniz də verməsəniz də şüurlu zehninizin heç bir yaradıcı qüdrətə sahib deyildir. Onun gücü, sizi maraqlandıran mövzulardakı reaksiya və düşüncələrinizi şüuraltına atma qabiliyəti ilə sona yetir. Bununla bərabər şüuraltı zehniniz şüursuz bir gücə sahibdir.
İradə mələyiniz şüurlu zehninizin bir funksiyası olduğu üçün şüuraltı zehin bu mələkdən məhrumdur. Bu səbədən əgər şüurlu zehniniz səhv bir xəyalın meydana gəlməsindən sizi qorumamışsa, bu xəyal şüuraltına keçərək həyatınızda və özünüzdə tətbiq edə biləcəyiniz pis bir təsirə malik olacaq və şüuraltı bunun qarşısın ala bilməyəcək. Şüuraltı böyük gücünü bu xəyalın üzərinə yönəldəcək onu həyata keçirəcəkdir.
Şüuraltı zehninizi, şüurlu zehninizdə meydana gələn səhv şəkilləri izləməkdən uzaqlaşdıracaq yeganə yol, ona pis xəyallar üzərində çalışmaq fürsəti vermədən, şüurlu zehninizdə doğru cinsdən xəyalları yerləşdirməkdir.
Mənbə: “Pozitiv yaşamaq sənəti” Harold Sherman
Tərcümə etdi: İsmayılov Əli

Sep 02 2009

Hər şeyi müəyyən edəcək 5 şey

  1. Niyyət
  2. Zəhmət
  3. Diqqət
  4. Sükunət
  5. Ibadət

Əgər uğur və xoşbəxtlik istəyirsənsə bu 5cəhət səndə olmalı və sən uğura gedən yolda bunların heç birində axsamaya yol verməməlisən.Əgər bu 5 cəhətin hamısı kifayət edəcək qədər səndə varsa , onda istədiyin şey sənindir , buyur al.
Birincisi , həmişə gördüyün işdə saf niyyətlərə söykən. Ədalətli və xeyirxah niyyətlərlə davran. Əks təqdirdə ilahi ədalət qanunlarıyla tərs düşmüş olarsan ki , bu zaman uğursuzluqla üzləşməyin qaçılmazdır.
İkincisi , uğur və xoşbəxtlik istəyirsən ? Zəhmət çək. Zəhmət çəkməyən , xoşbəxtliyə gedən yolda çətinliklərə səbr etməyən , onlarla qarşılaşdıqda vuruşmayıb geri dönənlər buna layiq deyillər. Uğur və xoşbəxtlik onun uğrunda çalışanlara yaraşır.
Üçüncüsü , əgər zəhmətin diqqətsizdirsə onda faydasız olacaqdır. Bilik və bacarıqlar əldə etmək üçün diqqətlə çalışmalı , eyni anda yalnız bir məsələ üzərinə mərkəzləşməli və digər bütün təsirləra qapanmalısan. Zehinsəl və iradi qüvvətlərini tam olaraq gördüyün iş üzərində cəmləşdirə bilsən onun öhdəsindən gələcəyin şübhəsizdir.
Dördüncüsü , sükunətin yoxdursa diqqətini toplaya bilməzsən. Diqqət sükunətdən doğar, sükunət isə səbrdən. Sakin və səbrli olmalısan. Əndişəli və tədirgin olmağın diqqətini yayındıracaq və səndə ümidsizlik doğuracaqdır. Hər bacarmadığında bunu sakinliklə qarşıla və yenidən təşəbbüs göstər. Sonunda bacaracaqsan. İnsan özünü tamamilə bir işə həsr etdimi ilahi təqdir hərəkətə keçər və o gözləmədiyi mənbələrdən yardımlar alar.
Beşincisi , Yaradan sənin ilham mənbəyindir. Ona bir şəkildə ibadət et. Onu an və çağır. Nemətlərinin, o cümlədən, bilik və bacarıqlarının şükrünü yerinə yetir. Yenilərini istə. İnan ki, istədiyini alacaqsan. Uğur qapıları üzünə açılacaq.
Öncə hədəflərini düşün , yaz. Sonra onlara çatmaq istədiyin vaxtı yaz. Sonra da çalışmağa başla. Gündəlik planlar qur və hər planında bu 5 cəhəti nəzərə al.Bu gün nə işləri, nə vaxt görəcəksən ? Onları hansı niyyətlərlə edəcəksən ? Nə qədər diqqətli və sakin olmalısan ? Və ibadətlərin… keyfiyyəti və vaxtı. Sağlam ol !
Müəllif: Qurbanov Yaqub

Sep 02 2009

Zaman yolçuluğu

Heç zehninizdə zaman yolçuluğuna çıxdınızmı? Keçmişə,gələcəyə və ya əksinə onlardan indiyə. Yoxsa ancaq bu günü yaşamağı üstün tutursuz? Bilirsizmi əslində bu zaman yolçuluğu elə bu günü yaşamaqdan ötrüdür, amma layiqiylə yaşamaq, doya-doya yaşamaq. Bu günümüzü layiqiylə necə yaşayarıq? İstədiyimiz yerdə, istədiyimiz kimi olmaqla, ünsiyyətlərimizdən ləzzət almaqla.
Xatırladığımız keçmiş, görmək istədiyimiz gələcək, onların gözümüzün önündə canlanacaq xəyalları bizi bu günü doya-doya yaşamaq üçün çalışmağa, özümüzə hədəflər təyin edib onlara çatmağa vadar edəcəkdir. Əlbəttə ki, bunu həqiqətən istəyir və hədəflərmizi gözümüzün önündə görürmüşcəsinə canlı və dolğun xəyal edə biliriksə.Zaman yolçuluğunun 4 istiqaməti var:

  1. Birincisi, indidən keçmişə baxın. İllər öncə indiki vaxtı düşünərək harada olmaq istəmişdiz? Nə kimi qabiliyyətlər, nə kimi ünsiyyətlər, nə kimi dərəcələr hədəfləmişdiz? İndi istədiyiniz hədəflərə çatmısızmı? Əgər çatmamısınızsa niyə belə olduğunu düşünün, böyük ehtimalla hədəflərinizə çatmağa mane olan əngəllər hələ də qalmaqda davam edir.Onları tapıb aradan qaldırın.Önümüzdə gələcəyə yolçuluq var, heç bir şey üçün gec deyil. Yox əgər keçmişdə gələcəyə dair heç bir hədəfiniz olmamışsa bilin ki, hal-hazırki vəziyyətinizə səbəb budur.
  2. İkincisi, keçmişə indidən baxın. Sizi ən çox sevindirən, xoşbəxt edən şeylər nələr idi? Nələri şövq ilə, coşğu ilə edərdiz? Artıq böyüdüm deməyin, uşaqlığınıza qayıdın. İndi uşaq olsaydız nə edərdiz? Bəlkə bu indi də mümkündür. Mümkünsə edin. Üzərinizdən həyatın stresini atacaq və ehtimal ki, orjinal fikirlər edinəcədsiz.
  3. Üçüncüsü, indiyə gələcədən baxın. Çox şeylər var ki, gələcəkdə kaş bunları vaxtında edərdim deyəcəkiniz.Gələcəkdən indiyə baxmaqla bunları indidən görə bilərsiz və onları indi edərək gələcəyin mümkün peşmançılıqlarına indidən son qoya bilərsiz.Unutmayaq ki, hər şey öz vaxtında gözəldir.Gələcəkdəki şanslarımızı indi dəyərləndirməliyik.Çünki şans hazırlıqlı olaraq fürsətlərlə qarşılaşmaqdır. Gələcəkdəki fürsətlərimizə indidən hazırlaşmasaq onlar bizim üçün “chance” deyil, “repentance” olacaq.
  4. Dördüncüsü, indidən gələcəyə baxın. Vizyon sahibi olun. Məsələn 5 il sonra həyatınız necə olsun? Həyatda tutduğunuz yer, qazandığınız qabiliyyətlər, yeni ünsiyyətlər, maddi imkanınız, əsərləriniz, sağlamlığınız və əlbəttə ətrafınızda sevdikləriniz. Canlı bir rəsm kimi xəyal edin. Həyəcanlandığızı, ürək döyüntülərinizin artdığını hiss edəcəksiniz. Bunlar gerçək ola bilər. Sizə düşən bu yolda hər gün ama hər gün nəsə etməkdir və təbii nə qədər çox şey istəyirsizsə bir o qədər çox şey. Röyaları gerçəkləşdirməyin yolu ilk növbədə onlardan oyanmaqdır. Və bilin ki, xoşbəxtliyin xəyalını onun yolundakı əziyyətlərdən üstün tutanlar gerçək xoşbəxtliyə layiq deyillər. İstədiyiniz, inandığınız və çalıdığınız qədər veriləcək. Buna əmin olun!

Müəllif: Qurbanov Yaqub

Sep 02 2009

Əhatə edilməyən hədəf fəth edilə bilməz!

Çevrəmdə arzularla dolu insanlar görürəm. Evlərindən çıxıb çevrəyə açıldıqca, televizordan, internetdən, lazımsız yuxudan, boş oturmaqdan uzaqlaşdıqca üstün arzuları içlərindən çölə daşıyır. İnsanların enerji əks etdirən üzlərinə, böyük işləri idarə edənlərə, incəsənət bacarıqlarını ortaya çıxaranlara baxdıqca ürəklərindəki daha yaxşı olma, daha gözəl işlər etmə arzularını alovlandırırlar. Özlərini reallaşdırmaq, əhəmiyyətli bir insan olaraq yaşamaq istəyirlər.

Tənbəlliyə, içinə, nəfsinə bağlananların bütün arzuları eqoist, sadə və vicdanı narahat edən zövqlərin ətrafına həbs olunur. Belələri, yalnız cinsi orqanı, mədəni, qulağı, bədəni təmin edən arzular çuxuruna bağlanırlar. Günümüzdə internet, chat, yoldaşlıq qrupları xüsusilə bu məqsədə xidmət edən vəziyyətə gəlmişdir.
Digər tərəfdən qabığından çıxıb torpağı çatladan çəyirdək kimi davranan bir çox insan, orda-burda istedad ovçuluğu edir. İçlərindəki o arzunu, müqəddəs ölçülərə malik zövqlərini daha qalıcı, həqiqi, təmin edici və universal dəyərləriylə doldurmağı hədəfləyirlər. Bir anın və tək nəfsin gətirdiyi çirkin ləzət yerinə, ortaq mədəniyyət içərisində tarixə təqdim olunacaq axtarışlara istiqamətlənirlər. Bu yolda tarixə hansı əsərləri buraxa biləcəklərini hesablayırlar.

Köçüb getmədən biri şeir, digəri hekayə, o biri roman, biri bəstə, o biri şəkil, bir başqası kurs, digəri dərnək, ya da incəsənətə aid bir iş, bir tapıntı, bir gözəl baxış, bir rahatladıcı nitq qoymaq istəyir. Hər varlıq bir kəpənək kimi aləmə bir rəng və gözəllik qatmaq məqsədiylə yaradılmışdır.

Bir incəlik məni çaşdırır: Heyvanlar doğulurlar və başlarında bir öyrədən olmadan nə üçün yaradılmışlarsa onu professionalca icra edib gedirlər. Ördəyə üzməyi, arıya yuvasını təmizləyib bal toplamaq üçün uçmağı öyrədən yoxdur. Doğulurlar, sürətlə qalxıb nə edəcəklərsə onu edirlər.

Bir ceyran balası doğulduqdan bir iki saat sonra yeriməyə başlıyırlar, anası ilə ünsiyyət qurmağı öyrənir; insanınsa yeriməyi, danışmağı öyrənməsi illər çəkir. İnsan olaraq çox təməl bir fərqimiz var: Heç bir qabiliyyəti havayı əldə edə bilmirik. Heyvanlar öyrədilmiş, tərbiyə edilmiş formada doğulurlar. Ancaq istedadları və bilikləri təbiətdəki vəzifələri ilə məhduddur. Buna qarşılıq insanlar öyrədilməmiş olaraq doğulurlar; potensial istedad və bilgilənmə tutumları haradasa sərhədsizdir.

Bu vəziyyətdəki insanlar olaraq niyə bəzən arzularımızın həyəcanı içərisində boğula bilirik. Niyə çox şey istəyən amma heç bir şey edə bilməyən insanlar halına gəlirik?

Depresiyaya düşmüş bir gənc yazır: Arzular və hədəflər bütün mənliyini əhatə etmiş. Dünyada zülmü dayandırmaq istəyirmiş: Bir tək yetim və sevgisiz uşaq qalmasın istəyirmiş. Kasıblıqları sona çatdıracaq işlər görmək istəyirmiş. Hətta zalım ölkələrə qarşı çıxıb, məzlumların yanında belə döyüşməyi düşünürmüş. Əlindən bir şey gəlmədiyi və bir şey edə bilmədiyi üçün də depresiyaya düşürmüş. Bu gənc bir şey edə biləcəkmi? Bu yanaşma ilə təəssüf ki, həyatını boşa sərf edəcək. Bunun üçün:

-Bir ot bir dağın yükünü daşıya bilməyəcəyinə görə, hər kəs öz həddinə uyğun hədəflərə həsr edilməlidir. Biz nə Herakılıq və nə də kainatın qurtarıcı qəhrəmanı. Biz sadəcə yaxşı və doğru işləri imkanlarımız ölçüsündə edəcəyik. Burada Allahın qədəri yaşanacaq və bu imtahan dünyası qiyamətə qədər davam edəcək.

-Heç bir şey etmədən bir şey istəmənin nə məntiqi ola bilər? İnsan almağa hazır olmadığı şeyi almayacaqdır. Tuta bilməyəcəyi şeyi əlində tutulmasını gözləməsi məntiqsizdir. İnsanı bir hədəfə çatdıran ən böyük faktor, ona aparan qabiliyyətlərə sahib olmasıdır. Bir işi ən yaxşı şəkildə edə biləcəyindən əmin olmayan və ya bunu isbat edə bilməyəcək vəziyyətdəki kimsə o işi etməyə hazır deyil. Yazıçı olmaq istəyirsiniz? Uğurla kitab yazmaq bacarığına yiyələnin və necə ola bildiyinizi görün. Ticarətlə pul qazanmaq istəyirsiniz, yaxşı ticarət etmək bacarığına yiyələnin və necə qazanmağa başladığınızı görün. Bunu ancaq o bacarığın içərisində bol bol işləməklə bacararsınız.

Prioritet hər vaxt qabiliyyətdir. Bir hədəfi fəth etmənin yolu, onun çevrəsini onunla əlaqəli qabiliyyətlərlə əhatə etməkdir. Fərdi həyatımda dəfələrlə şahidlik etdiyim bir incəliyi paylayacağam: Həyatda etdiyim demək olar ki hər şey, uğrunda qabiliyyətlərə yiyələndiyim sahələrin ətrafında cərəyan etmişdir. Bir qabiliyyətdə yaxşı olmuşsam, insanlar mənə müraciət edib onu istifadə edərək nəsə bir şey ortaya çıxarmağı və ya əməkdaşlıq etməyi təklif etmişlər.

Bu nümunələr üzərində düşünək: Gənc össü (Türkiyədə imtahan) keçə bilərəmmi deyə narahat olur. Halbuki dərslərə çox yaxşı hazırlaşsa, bilik və sual həll etmə qabiliyyəti super olsa, imtahanı keçəcək. Heç imtahanı düşünməsinə ehtiyac yoxdur. Düşünməsi lazım olan dərsləridir. Gənc iş axtarır və görəsən tapa biləcəyəmmi, torpili haradan axtarsam deyə düşünür. Halbuki, bacarıq və qabiliyyətlərini super inkişaf etdirsə, heç olmasa düzgün danışmağı, oturub-qalxmasını, çevrəsi ilə uyğun və simpatik ünsiyyət qurmasını bacarsa, geyinib-keçinməyi bilsə belə iş tapacaq. Belə mövzularda nə kitab oxumuş və nə də insanları müşahidə etmişdir. Ölkədə minlərlə işçi axtarılır; amma axtarılan xüsusiyyətdə işçi tapa bilmədikləri üçün işlədə bilmirlər.

Özümüzə guya bir hədəf seçirik. Soruşsalar, arzularımız və hədəflərimiz vardır deyəcəyik. Amma içdən istəməyimiz zəif, ona bağlı bacarıqların nələr olduğunu öyrənməmişik belə və hətta o yolda ən çox ehtiyacımız olan qabiliyyətlərin fərqində də deyilik. Edə bilmərik? Günlərimiz boş boş keçir; üstəlik hər gün neçə saatlarımızı bu məqsədlə istifadə edə biləcək vəziyyətdəyik .

Hədəfə irəliləmək hədəfi düşünüb dayanmaqla, edəcəyəm edəcəyəm deyə yumruğunu sıxıb qışqırıb çağırmaqla olmaz. Nərdivana dırmaşmanın yolu, pillələrə basaraq getməkdir. Sürücülüyü öyrənməyən maşın sürə bilərmi? Üzməyi bacarmayan üzə bilərmi? Bu bacarıqları müəllimlər başa salmaqla öyrədə bilməzlər. Anlaşılmaz olan burda: Bir şeyin təhsilin almadan, hələ o mövzuda tam bacarıqlı hala gəlmədən o şeyi edə biləcəyimizi sanaraq ən böyük səhvə yol veririk.

Öyrəndiklərimiz bizə doğru qərar qəbul etmək bacarığı qazandırır; amma müvəffəqiyyəti öyrəndiklərimiz deyil, qabiliyyətlərimiz təyin edər. Dünyanın bütün biliklərini bilsək belə, bir qabiliyyətə sahib olmamışıqsa, heç nə edə bilmərik . Qabiliyyət isə, məlumatdan fərqli bir xüsusiyyətdir; o dinləyərək, oxuyaraq qazanılamaz. Onun tək yolu, yaşanması, həyatın içərisindən, təkrarlanaraq yiyənilməsidir. Təlimçi nəzarətində olsa daha sürətli və professional olacaq.

Özümüzə bunu soruşmamız lazımdır: İstədiyim nöqtəyə gəlməm üçün hansı qabiliyyətlərə ehtiyacım var. Şüursuz qabiliyyətsizlik mərhələsində, neyə ehtiyacımız olduğunu belə bilmərik. Amma mövzu haqqında oxuduqca, müşahidə etdikcə, sadə bir hədəfin belə onlarla kiçik qabiliyyəti inkişaf etdirməyi tələb etdiyini kəşf edərik ki, elə ən əhəmiyyətli sıçrama bu nəzərə çarpmadır. Bundan sonrası bol məşq, səy, əzm olacaq və nəticə özbaşına gələcəkdir.

Bu halda, hədəflərinizi fəth etmək istəyirsinizsə, onları tələb etdikləri qabiliyyətlərlə əhatə edərək işə başlamalısınız. Əgər axtarılan qabiliyyət sizdə varsa, mütləq sizi taparlar. Amma siz bir də proaktif davransanız, sizi daha yaxşılar kəşf edərlər.

Müəllif: Dr. Muhammed Bozdağ
Tərcümə edən : Dilmanc proqramı
Düzəliş edən : İsmayılov Əli

Sep 02 2009

21 addımda hədəflərlə yaşamaq üçün…

  1. Potensiyalınızı ortaya qoyun!
  2. Həqiqi potensiyalınızın sərhədsiz olduğunu unutmuyun. Həyatda bugünə kimi etdiyiniz hər şey gələcəkdəki uğurlarınız üçün bir hazırlıqdır.

  3. Həyatınızın idarəsin əlinizə alın!
  4. Düşündüyünüz, etdiyiniz və söylədiyiniz hər şeydən və bu andan etibaren başınıza gələnlərdən siz məsulsunuz. Əsla bir bəhanə uydurmuyun və başqaların günahlandırmıyın. Bunun yerinə hər gün hədəflərinizə doğru irəliləyin.

  5. Öz gələcəyinizi yaradın!
  6. Edə biləcəkləriniz, ola biləcəkləriniz və sahib olacaqlarınız haqqında heç bir sərhədin olmadığın hesab edin. Arzuladığınız həyatı əksiksiz bir şəkildə qurmanız üçün bütün qaynaqların əlinizdə olduğun düşünün və planlayın.

  7. Öz dəyərlərinizi müəyyənləşdirin!
  8. İçinizdəki dəyərlər və mühakimələr necə bir şəxs olduğunuzu müəyyən edər. Həqiqətən nəyə inandığınızı təyin etmək və həyatınızın hər sahəsində nəyə əhəmiyyət verdiyinizi müəyyənləşdirmək üçün özünüzə vaxt ayırın. Daha doğrusu özünüz üçün doğru olandan heç vaxt əl çəkməyin.

  9. Həqiqi hədəflərinizi təyin edin!
  10. Həyatınızın hər sahəsində həqiqətən nəyə nail olmaq istədiyinizi müəyyənləşdirin.

  11. Ən böyük məqsədinizin nə olduğuna qərar verin!
  12. Həyatınızda mərkəzi bir hədəfə ehtiyacınız vardır. Digər hədəflərinizi əldə etməyinizi təmin edəcək tək böyük bir hədəf olmalıdır. Bunun nə olduğuna qərar verin və üzərində çalışmağa başlayın.

  13. İnanclarınızı analiz edin!
  14. Öz istedadlarınız, ətrafınızdakı dünya haqqındakı inanc və duyğularınızın etdiyiniz hər şeyə təsiri olacaqdır. İnançlarınızın pozitiv olmasına və hədəflərinizlə tutarlı olmasına diqqət yetirin.

  15. Ən başdan başlayın!
  16. Hədəfinizi əldə etməkdən qabaq hardan başlayacağınızı yaxşıca analiz edin. Bugün hansı nöqtədə olduğunuzu müəyyənləşdirin və gələcəkdə nə etmək istədiyiniz haqqında dürüst və həqiqətə uyğun olun.

  17. İrəliləməyinizi ölçün!
  18. Hədəflərinizə gedən yolda ölçülər, hesab kartları təyin edin. Beləliklə nə qədər irəlilədiyinizi və daha nə etməniz gərəkdiyini daha yaxşı planlaya bilərsiz.

  19. Qarşınızdakı maneləri qaldırın!
  20. Problemi həll etmək bir bacarıqdır. Hədəfləriniz qarşısına çıxan problemləri həll edərkən bu mövzuda ustalaşarsınız və hədəfinizi daha asanlıqla əldə edərsiniz.

  21. Öz sahənizdə mütəxəssis hala gəlin!
  22. Öz sahənizdə ilk 10% -ə girmək üçün lazım olan hər şeyi indi içinizdə daşımaqdasınız. Özünüzə bu xüsusiyyətləri tanımaq və inkişaf etdirmək üçün hədəf qoyun və əldə edənə kimi çalışın.

  23. Doğru insanlarla əlaqə qurun!
  24. Birlikdə yaşayacağınız, çalışacağınız və dost olacağınız insanları doğru seçməyiniz uğur qazanmağınıza böyük təsir edəcək. Sevdiyiniz, təqdir etdiyiniz və sayğı duyduğunuz insanlarla bir yerdə olmaq üçün indi hərəkətə keçin. Qartal olmaq istəyirsinizsə, qartallarla birlikdə uçun.

  25. Bir hərəkət planı hazırlayın!
  26. Yaxşı düşünülmüş bir plana sahib olan adi bir insan heçbir planı olmayan bir dahidən daha uğurlu olur. İşləri qabaqcadan planlama və təşkil etmək bacarığı sayəsində ən mürəkkəb hədəfləri belə əldə edə bilərsiz.

  27. Vaxtınızı yaxşı istifadə edin!
  28. Məhsuldarlığınızı, performansınızı və ortaya qoyduğunuz hər şeyi 2-3 qatına çıxarmağın yolların tapın. İşə başlamamışdan qabaq özünüzə prioritetler seçin və vaxta konsantrə olun.

  29. Hədəflərinizi gözdən keçirin!
  30. Hədəflərinizi gözdən keçirmək üçün hər həftə özünüzə vaxt ayırın. Doğru yolda irəlilədiyinizdən və planınızı həyat keçirmək üçün lazım olan işləri gördüyünüzdən əmin olun.

  31. Hədəflərinizi daima gözünüzdə canlandırın!
  32. Zehninizdəki filmlərə cəmlənin. Xəyal gücünüz həyatın gətirəcəklərini ayna kimi göstərir. Hədəflərinizi qarşınızda durmuş kimi görün. Diqqətə çarpan və həyacan verən zehni dizaynlarınız bütün zehni gücləri hərəkətə keçirər.

  33. Şüurüstü zehninizi hərəkətə keçirin!
  34. Ehtiyacınız olan hər şeyi sizə verə biləcək inanılmaz güclərə sahibsiniz. Fikir və anlayışlardan ibarət olan bu qaynağı istifadə etmək üçün ona lazımlı vaxtı ayırın.

  35. Hər zaman elastik olun!
  36. Hədəfiniz mövzusunda açıq və qəti, onu əldə etmək yolunda isə elastik olun. Eyni nəticəni əldə etməyinizi təmin edəcək daha yeni, asan və ucuz üsullara açıq olun. Fayda verməyən bir şey olanda fərqli yanaşmağa çalışın.

  37. Anadangəlmə yaradıcıllığınızı hərəkətə keçirin!
  38. Problemləri həll etmək və hədəfləri əldə etmək üçün inanılmaz bir yaradıcılıq istedadına sahibsiniz. Siz potensial bir dahisiniz. Hər hansı bir maneəni aşmaq və ya hədəfə çatmaq üçün zəkanızı istifadə etməlisiniz.

Hər gün bir şey edin!

Bugün hərəkətə keçin!

Əsla təslim olmayın!

Müvəffəqiyyətə çatana kimi tərk etməyin!

Sep 02 2009

Sağ və Sol Beyin

Beyin üzərində aparılan araşdırmalar beynin iki hissədən sağ və sol beyindən ibarət olduğun göstərmişdir. Elm adamlarının apardığı araşdırmalarda sağ və sol beynin funksiyalarının ayrı olduğu müəyyənləşmişdir. Beynin bu xüsusiyyətini Roget Wolcott Sperry tərəfindən tapılmışdır. Buna görə 1981-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Sonradan bu araşdırmaları onun tələbəsi Michael Gazzaniga davam etdirmişdir. Hə, tarix yazmaq fikrim yoxdur. Bu alimlər nə tapıblar?
Tapıblar ki, bizim beynimiz sağ və sol -iki hissəyə ayrılır. Və bu hissələr bir-biri ilə “corpus callosum” vasitəsi ilə əlaqə yaradır. Sağ beynin xüsusiyyətləri : xəyal, şəkil, musiqi, ritm, sənət, əyləncə, cinsi münasibətlər və s. Sol beynin xüsusiyyətləri: riyaziyyat, danışmaq, analiz, rəqəmlər, məntiq və s.

Bəh-bəh şəkilə bax ee. Beynin sağ hissəsində gül-çiçək açıb. Sol hissəsi isə … Yaş artıdqca biz sol beynimizi daha çox işlədirik və sağ beyinə az yer veririk. Öyrənmə zamanı əgər beynin hər iki tərəfini də işlədə bilsək, onda öyrənmə gücümüz 5-10 dəfə artacaq. Niyə 5-10 dəfə? Bunu bir misalla izah edək. Fərz edin ki, qaçış yarışmasıdır və biz bir ayaqla qaçırıq. Onda sürətimiz necə olar? O biri ayağıda işə qatsaq onda daha çox sürətlə qaçacağımızı yəqin hamımız bilirik. Beyində buna bənzəyir.
Əgər insan beynin bu hissələrindən birin itirsə onda necə olar? Sağ beyni olmayan bir insan təsəvvür edin. Duyğuları yoxdur. Robot kimi hərəkət edir. Sevgilisi gəlib yanına. Bu baxır, onun üzünə və sual verir. Bu kimdir? Heç kimi tanıya bilmir.Heç nəyə təəssüflənmir. Hətta beyninin bir tərəfin itirdiyinə görə də. Mətbəxdə otağa gəlmək istəyir, gələ bilmir. Çünki yolu yaddında saxlaya bilmir. Xoşladığı hər hansı musqini yanında qoysaz, heç bir hiss oyatmayacaq. Heç əsəbləşib, zəhləmi tökmə belə deməyəcək. Bədənin sol hissəsi isə tamami ilə işləmir. Çünki bu hissəni idarə edən sağ beyindir. Amma bu adama iki rəqəm verən kimi toplayacaq. Riyazi hesablamaları çox rahatlıqla edəcək və danışa biləcək.
İndi sol beyni olmayan birini təsəvvür edin. Danışmaq istəyir, danışa bilmir. Sevgilisin görən kimi gözləri dolur və ötən xatirələr yadına düşür. Xoşladığı musiqini yanında qoysaz, həmin dəqiqə yadına düşəcək və hətta mırıldanmağa başlayacaq. Bədəninin sağ hissəsi işləmir. 1+1 neçə edir soruşsaz heç nə deyə bilməyəcək.
Ancaq bir şey qeyd edim. İnsan elə yaradılıb ki, beynin bu hissələrinin biri itirləndən sonra müəyyən funkisyalar məşq və idman sayəsində beynin digər hissəsi tərəfindən öyrənilə bilər .
Bir başqa sual. İnsan yaşlandıqca beyni zəifləyir? Gördüyümüzə görə zəifləyir, amma belə deyil. İnsan yaşlandıqca sağ beynə çox fikir vermir. Uşaq vaxtı həddində çox istifadə etdiyi bu hissəni işin içinə qatmır. Yəni uşaqlar kimi gülməli, qeyri-adi xəyallar böyüklər beynindən az keçir.
Qeyd: Şəkilləri googledan tapıb qoymuşam.

Sep 02 2009

Zamanın İdarə edilməsi (davamı)

12. Şənbə günləri 2 saatınızı özünüzə həsr edin. Bu vaxt ərzində vaxtınızı necə təşkil etməyinizə və onu inkişaf etdirməyə baxın. Çox güman ki, siz bir çox yerdə vaxtınızı boşa keçirdiyinizi görəcəksiniz və biraz yaxşı təşkil etməklə daha yaxşı vaxtı idarə edə biləcəyinizi kəşf edəcəksiz.

13. Plan üçün “sakit vaxt” yaradın.

14. Lazımsız şeyləri atın getsin! Əgər bunu etməyə ürəyiniz yanınırsa, 90 gün saxlayın. 90 gün ərzində işlətmədinizsə, rahatlıqla bunları atın getsin.

15. İşdən evə getməmişdən qabaq bu 3 şeyi edin : 1) iş masasının üstün təmizləyin, 2)Sabahın nə edəcəyinizi planlaşdırın, 3) Bunları öz iş siyahınıza yazın . Sonra evə gedib, rahatlıqla dincələ bilərsiz.
16. Iş masasının üstün təmizləyin. Stolun üstündə çox şeyin olması sizin çox öyrənəcəyiniz (çox iş görəcəyiniz) anlamına gəlmir. Əksinə stress yaradır ki, çox şey etməliyəm heç nə edə bilmirəm.

17. Hər düşən topu götürmək sənin vəzifəndir? Bundan imtina etməyə çalış. Bu haqda fikirləş.

18. Başqalarının məsələlərin həll etməyə cəhd etmə! Ən yaxşısı başqalarına kömək et, məsələ həll etməyi öyrənsinlər.

19. İş masanı ön tərəfin qapıya sarı qoyma. İçəri girən səni görmürsə, səni narahat etmək ehtimalı azalır.

Mail, telefon
20. Daim emaili yoxlamağa həvəsin oyanır? Bunu etmə! Gündə bir və ya iki dəfə yoxlamaq adətən bəs edir. Maili yoxla, cavab ver və tapşırığının dalınca get. Email vərdiş halına keçmiş sapma ola bilər. Siz yəqin ki, 30 dəqiqədən bir mail qutusuna baxmırsız, yoxsa baxırsız ?

21. Telfonla danışanda ayağa dur. Alimlər müəyyən edib ki, beyin ayağa durmuş vəziyyətdə informasiyanı 5-20 % çox sürətlə emal edir. Thomas Jefferson, Ernest Hemingway, and Winston Churchill iş görəndə ayağa qalxardılar.

22. söhbətin qurtarmağın istəyirsən? Əgər qarşı tərəf çox danışırsa, onda nəzakətlə de: “dəstəyi qoymamışdan qabaq mən bir nöqtəni nəzərə çatırdmaq istərdim…” fikrini de və dəstəyi qoy.

Özünüzü təşkil edin …

23. Ağır yox, ağıllı işləyin. Səmərəsiz “ağır” işləmək sizə heç nə verməyəcək.

24. Ən vacib işi etməkdən başlayın. Asan işləri və ya sizə əyləncə kimi gələn işləri birinci etməkdən çəkinin.

25. Həmişə tez-tez özünüzə sual verin : Vaxtımı daha səmərəli necə istifadə edə bilərəm… Elə indi?

26. Təxirə salmaq istəyirsiz? Hədəflərinizi gündə 2 dəfə yazın. Onda sizin diqqətiniz vacib işləri etməyə daha çox cəmlənəcək.

27. Hər şeyi daha cəld edin. Yolda cəld yeriyin, emaili cəld yazın , telfonunuzu cəld yerə qoyun. Vaxt axtarın ki, harda saniyələr qazana bilərsiz və bu saniyələr yığılıb dəqiqələri təşkil edəcək.

28.Pareto prinsipinə görə 80% nəticələriniz fəaliyyətlərinizin 20% -dən gəlir. Daha səmərəli olmaq istəyirsən? Bu 20%-i tapın və bunlar üzərində profesyanallaşın.

29. Hər kəsin enerjisinin zirvə nöqtəyə çatdığı vaxtlar olur. Bəzilərində bu səhər, bəzilərində isə günortadan sonra və ya axşam olur. Yaradıcı və ya vacib işlərinizi bu vaxlar görün.

30. Özünüzü yoxlayın və vaxtınızı necə istifadə etdiyinizi kəşf edin. Vaxtınızı düzgün işlərə, yoxsa yanlış işlərə sərf edirsiz? Yaxşı bunları necə edirsiz? Ola bilər düzgün işi səhv və ya səhv işi düzgün edəsiniz. Düzgün işi düzgün etməyə diqqətinizi cəmləşdirin!

31.Qısa tapşırıqlar cədvəli düzəldin. Hardasa 5 dəqiqəyə bu tapşırıqları etmək mümkün olsun. Hardasa nəsə gözləyəndə bu müddət ərzində bu işləri görə bilərsiz.

32. Ümumi qayda: Əgər 5 dəqiqədən az vaxt aparacaqsa, indi edin.

33. 2 həftə ərzində çata biləcəyiniz hədəf seçin və yazın. Sonra diqqətinizi bu hədəfə çatmağa cəmləşdirin.

34. Oxşar işləri qruplaşdırın və arda-arda edin. Bu vəziyyətdə sizə lazım olan bütün materyallar əliniz altında olur və siz qiymətli vaxtınızı bunları ayrı-ayrılıqda etməyə itirmirsiz.

35. Bir işi qurtaranda Özünüzü mükafatlandırın! Bu sizə digər işləri görməkdə stimul olacaq.

Özünüzə vaxt ayırın.

36. İstirahət edin! İstirahət etsəz işləri daha tez müddətə qurtaracasınız. Əgər siz yorulsanız, onda yavaş işləyəcək və əldən düşəcəksiniz. Öz qayğınıza qalın!

37. Öz sabahınızı əvvəlki gecədən başlayın! Dərs kitabların axşamdan hazırlayın, başmağınızı axşamdan silin hazır olsun və s.

38. Narahatçılıq vaxt və enerjinizin soyğunçusudur. Düzdür narahat olmaq təbiidir, amma siz narahat olmağa başlayanda, o işi etməyə başlamaqla bu vaxtı azalda bilərsiz.

39. Televizoru söndürün.
Istifadə olunan ədəbiyyat: “175 Ways to Get More Done in Less Time! by David Cottrell and Mark C.Layton”

Sep 02 2009

Zamanın İdarə edilməsi

1. Zamanının nəyə sərf olunduğunu bilmək hər zaman kömək edir. Yəni vaxtınızın hara getdiyini bilin.

2. Fikrini işi qurtarmaqdan çox onu başlamağa cəmlə. Bəzən bir işə başlamamış onun necə qurtaracağı haqqında fikirləşirik. Hələ bir başla sonrası yaxşı olacaq.

3.Hər gün gözlənilməz hadisə baş verə bilər. Bunları say! Və “əlavə vaxt” ayır. Bu işlərin digər günün qalan hissəsini tutmağa icazə vermiyin. Onları planlayın, onları edin və işinizə qayıdın.

4.Vərəq haqqında fikirləş. Vərəqə yazmaq qarışdırmağı və stresi azaldır. Hədəfləri, görüləcək işləri və hətta problemləri yazın.Vərəqə yazmaq vəziyyəti aydınlaşdırmağa kömək edir. Hər şeyi beyində etmək beynin işləmə gücünün zəifləməsinə səbəb olur. (yəni beyində eyni zamanda nə edəcəyin və nə etdiyin haqqında fikirləşirsən, hər şey qarışır bir-birinə heç nə alınmır.)

5. Etmək cədvəlini (to do list) A, B və C növbələrində kateqoryalaşdırın. “A” işləri sizin uğurunuz üçün son dərəcə zəruridir (kritikdir). “B” kateqoryası vacibdir, amma elə də kritik deyil. “C” kateqoryasında olan fəaliyyətləri vaxt olsaydı, etmək yaxşı olardı. “A” ilə başla və yolunu “C” yə gətir.

6. “Söhbət” sənədi hazırla . Kimdən nə soruşacağını hazırla, sonra tez bir zamanda soruş.

7.Bloknotdan istifadə etmək, ayrı-ayrı vərəqlərdən daha sərfəlidir. Sabah bugünə istinad etmək lazım ola bilər.

8. Yeni nəsə bir şey etməyə cəhd et.Məsələn organizer proqramından istifadə et.

9. Yalnız bir sistemdən istifadə et. Kağız rahatdırsa,ondan. Proqram rahatdırsa, ondan istifadə et.

10. Sürətli oxumağı öyrən.

Istifadə olunan ədəbiyyat: “175 Ways to Get More Done in Less Time! by David Cottrell and Mark C.Layton”

Sep 02 2009

Zaman idarəsi

Bizim nə əldə etdiyimiz zamanımızı necə idarə etməyimizlə düz mütanisbdir. Zamanımızı düzgün idarə etmək üçün bəzi başqa prinsiplərə baxaq.
Pareto prinsipi
Pareto Italyan iqtisadçı, 80/20 qaydası var. Bu qayda əsasən biz işlərimizin 80% faydalı işlərimizi 20% vaxt ərzində edirik. Bu prinsipdən belə çıxır ki, nəticərimizin çoxu kiçik səylərimizdən alınır.

Vasitələr

Vaxtımızı düzgün idarə etmək üçün bir sıra vasitə və üsullara ehtiyacımız var. Bunları aşağıdakı kimi qruplaşdıra bilərik.

  • time logs

Hər bir işə nə qədər vaxt sərf etdiyini bilmək üçün istifadə edilir. Bir daha həmin işi gördükdə nə qədər vaxt gedəcəyini bilmək, öz cədvəlimizi düzgün qurmağa kömək edəcək.

  • Kalendar
  • Kalendar uzun müddət ərzində nə etmək lazım olduğunu bilmək üçün istifadə edilir. Kalendarda görüşləri, tədbirləri və s qeyd edirik.

  • To do list

Bu təcili olaraq nə etmək lazım olduğun yazırsan. Etdikdən sonra listdən silirsən.

  • Project Plan

Başqaları ilə işləyən zaman bizim vəzifələrimizi bilməyimizə kömək edir.
Həyat diaqramı
Biz nəyə çox vaxt ayıracağımızı bu diaqram vasitəsi ilə müəyyən edirik. Həyat diaqramın aşağıdakı kimi bölmələrə ayırmaq olar.

  • Karyera

Bizim işimiz bizi qane edirmi? İşimizə nə qədər vaxt sərf edirik? Daha necə effektiv işləmək olar? Biz işimizdən razıyıq?

  • Sağlamlıq

Sağlamlığımıza necə vaxt ayırırıq? Həkim müayinəsindən keçirik? Düzgün qidalar qəbul edirik? Sağlamlığımızdan razıyıq?

  • Əlaqələr

Dostlarımıza vaxt ayırırıq? Qohumları, dostları yad edirik? Onlarla əlaqələr bizi qane edir?

  • Pul

Lazım olan qədər pul qazanırıq? Pulumuzdan hər ay müəyyən qədər saxlaya bilirik? Qazandığımız miqdar pul bizi qane edir?

  • Özün

Özümüzə necə vaxt ayırırq? İdman edirik? Özümüzü inkişaf etdirmək üçün nə edirik? Fərdi inkişaf haqqında kitablar oxuyuruq? Öyrəndiklərimizi istifadə edirik?

Bu kimi sullara cavab verərək həyatımızda hansı sahələrə diqqət yetirmək lazımdır tapırıq və o sahəyə biraz artıq vaxt sərf edirik.
Işlər
Biz günün müəyyən hissəsində daha çox enerjiyə malik oluruq. Bizim enerjimiz günortaya doğru azalır və axşama doğru artır. Enerjimizin pik nöqtəsi səhər vaxtları olur. Odur ki, enerjimizə görə işlərimizi planlaşdırmalıyıq.

8 a.m. – günorta; Oxumaq, analiz etmək, yeni şeylər öyrənmək, intelektual məsələlər və ya məsələ həll etmək, çətin işlər bu vaxt görülməlidir.
günorta – 4 p.m; Bu vaxt ərzində uzun-müddətli yaddaşı işlədən işlər görmək lazımdır. Yaradıcı işlər, prezentasiya hazırlamaq, training kursları, informasiyanın eməlı bu müddət ərzində görülməlidir.
1 p.m – 3 p.m; Bu müddət ərzində ağrılar (yorğunluq) yüksək həddə çatır. Bu vaxt həkimə, dəlləyə və ya hər hansı görüşə (iş görüşməsi yox) getmək ideal vaxtdır.
2:30 – 4 p.m; Bu vaxt enerji səviyyəsi ən aşağı vəziyyətə düşür. Bu vaxt görüşlərə (iş) getmək, məsələ həll etmək, hesablamalar aparmaq məsləhət deyil. Əvəzində yaradıcı işlərə üstünlük verməlisiz.
4 p.m – 9 p.m; Bu vaxt enerji səviyyəsi bərpa olunur, amma səhər ki kimi olmur. Ona görə bu vaxt təkrarlanan işlərə üstünlük vermək lazımdır. İdman etmək, sənəd doldurmaq, sənəd yoxlamaq, zəng vurmaq kimi işləri görmək lazımdır.
Şəxs formaları
Hər bir adam müəyyən şəxs formasına malikdir.Bu formaların hər hərəsinin öz üstünlyü var. Öz şəxs formamızı bilmək bizə daha effektiv işləməyə və zəif nöqtələrimizi tapmağa kömək edə bilər.

control
- Əgər kontrol tipinə aidsinizsə, onda işin məsuliyyətini öz üzərinizizə götürməyi xoşluyursunuz. Eyni zamanda müxtəlif işləri görə bilirsiniz və bu işləri şəxsiyyətinizin gücü hesabına qurtarırsız.Tez qərar verirsiz, çox vaxt müzakirəsiz.

İdea person – Yeni yaxınlaşmalar sizi cəlb edir və yeni yollar tampağa çalışırsınız. Çox vaxt işləri yarımçıq qoyursunuz.

people - Başqalarının fikirləri sizin üçün vacibdir. Başqaların razı salmaq üçün çox vaxt sərf edirsiniz.

structure - Əgər bu tipə məxsussanız işləri tamamlamağı və həmçinin ehtiyatla planlamağı xoşluyursunuz. Vaxt idarə etmə vasitələrindən istifadə də və hər şeyi qeyd etməkdə yaxşısınız, amma bu həddindən çox vaxt apara bilər. Siz hər şeyin məntiqlə olmasın istəyirsiniz.
Yaxınlaşmalar
Vaxt yönümlü insanlar: Bu insanlar işin keyfiyyətindən çox işə sərf etdiyi vaxta fikir verirlər. Məsələn: Gecə saat 2-yə kimi oxudum, 5 saat vaxt sərf etdim. Amma nə əldə etdim,onu çox fikirləşmirlər.
İş yönümlü insanlar Bu insanlara maraqlı deyil nə qədər vaxt sərf olunub. Əsas nəticəyə baxırlar.

Aktive qulaq asmaq
Bəzən biz işlərimizdə qarşı tərəfin nə istədiyin başa düşmürük və səhv başa düşdüyümüz üçün işi səhv və vaxtında edə bilmirik. Buna görə hər hansı bir iş gördükdə,

1) diqqətlə qulaq asmaq ,

2) başa düşmədiyin yeri mütləq soruşmaq,

3) nə başa düşdüyünü başqa sözlə qarşı tərəfə bildirmək lazımdır.

“Yox” demə sənəti
Bizə elə gəlir ki, “HƏ” demək “Yox” deməkdən asandır. Və biz elə fikirləşir ki, “yox” desək kiminsə xətrinə dəyəcək, amma çox vaxt “hə” deməklə öz xətrimizə dəyir və vaxtımızı bizə lazım olmuyan işlərlə doldururuq.”yox” deməyi də bacarmaq lazımdır. Ona görə
1)Niyə “yox” dediyimizi bildirməliyik. Başa sal ki, iş cədvəlində çoxlu vacib işlər var.

2)Alternativ bir yol təklif etməliyik. Məsələn: Məsləhət görürəm ki, …

3)Dediklərimizi pozitiv deməliyik. “Bu mənim problem deyil.Mən heç nə edə bilmərəm ” Belə deməməliyik.”Mən sabaha kimi flan işi mütləq görməliyəm və ona görə sənə kömək etməyə vaxtım yoxdur.” belə olar.

Məndən bu qədər. İndi isə sizin fikirlərinizi bilmək mənə çox maraqlıdır.

Alibi3col theme by Themocracy