vaxtımızın qiymətin bilək!
Zaman, yəni bizim həyatımız. Bizim həyatımızı zaman təşkil edir. Əgər zamanımızı düzgün idarə ediriksə, deməki həyatımız düzgün idarə olunur. Zamanımız hansı məşğuliyyətlərlə keçir? Televizora baxmaq, internetdə gəzmək, msn, boş-boş söhbətlər … Sonra da deyirik ki, vaxtım yoxdur. Vaxt çatmır. Elə özümü deyirəm, vaxtımı düzgün bölüşdürməkdə çətinlik çəkirəm (Bu arada kimdə zaman idarə edilməsi haqqında kitab varsa və ya internetdə link bilirsə mənə də desin). Zamanın idarə edilməsi haqqında maraqlanıram.
1.Zamanı düzgün idarə etmək üçün ilk növbədə bizə kağız və qələm lazımdır. Biz nə etmək istəyiriksə ilk növbədə yazmalıyıq ki, yadımızdan çıxmasın.
2.Etmək istədiklərimizi yazdıqdan sonra onların hansı vacibdir listin əvvəlinə keçirməliyik.
3.Boş vaxtımız sona qalmalıdır.
4.Əgər listə yazmağa bir şey tapa bilmiriksə, onda deməli bizim yetərincə güclü hədəfimiz yoxdur.
5.Listi yanımızda tutmalıyıq.
6. Eyni tipdən olan işlər qruplaşdırılsa, zaman itirilməsi azalacaq. Məsələn, siz 3 nəfər zəng vurmalısız. Bunları dalbadal etsəz daha az vaxt gedəcək.Bir indi birin birazdan həm fikir dağınıqlığı, həm də zamanın daha çox getməsinə səbəb olur.
7. Zaman tələlərindən qorunmalıyıq. Əgər bizdə zamanımızı aparan vərdişlər varsa (məsələn çox TV seyr etmək), tədricən azatmalıyıq.
8.Bir işi görəndə vaxt öldürmək niyyəti ilə yox, işi görmək niyyəti ilə etməliyik.
9.Əyləncə vaxtı əyləncə ilə, dərs vaxtı dərs ilə məşğul olmalıyıq. Məsələn dərs oxuyursan, bir tərəfdə də msn açıqdır.Birdən msnə kimsə gəlir, fikrin qalır ki, o kimdir görən bir baxırsan, birdən kimsə yazır. Dərs qalır bir qıraqda, özündə yorulursan. Odur ki, msndən çıx dərsini oxu, sonra girərsən.
10.Bəzən tanışlara “yox” deməyi bacarmalıyıq. Yəni tutaq ki, sabaha mütləq oxunulası bir dərs var və ya imtahan. Birdən dostun zəng vurur ki ,gəl çıxaq gəzək. Ona yox deyə bilməyi bacarmaq lazımdır.
Unutmayaq, hamıya 24 saat verilib. Əgər 24 saat düzgün istifadə edə bilsək, onda deməli bizdə harasa çata biləcəyik. Bəzən bizim müəllimlər deyir ki, gecə-gündüz oxuyun. Məncə, onlar düzgün demir. Bir şey öyrənmək istəyiriksə, onda gərək dincələkdə. Dincəlməsək, oxuduqlarımızın çoxu yadımızda qalmayacaq. Oxumaq üçün oxumayaq, öyrənmək üçün oxuyaq!

