Category: GRID

Nov 17 2009

Milli Grid Infrastrukturu

GRİD küllü miqdarda reqional və milli şəbəkələrin birləşdirilməsini nəzərdə tutan və beləliklə geniş istifadəçi dairəsi üçün açıq olan universal hesablama mənbəyidir.Aktual məsələlərin həllində kompyuterdən istifadə artıq çoxdandırkı bəşəriyyətin təbii mühitinə çevrilmişdir. Müasir hesablama sistemləri mürəkkəb elmi, texniki problemlərin modelləşdirilməsində, tibbi diaqnostikada, sənaye avadanlıqlarinin idarə edilməsində, hava proqnozunda və çoxlu sayda digər məsələlərin həllində geniş istifadə olunur. Bütün bunlara baxmayaraq kompyuter texnikasından istifadə intensivliyi və effektivliliyi hələ indiyə qədər arzuolunmaz dərəcədə kiçikdir. Hesablama mənbələrindən istifadənin məhdudluğu səbəbləri çoxdur. Bura həm istifadəçilərin müvafiq bilik səviyyəsinin həm də güclü kompyuter texnikasınin alınmasına tələb olunan lazımı vəsaitin olmamasını aid etmək olar. Bu səbəbdən praktiki olaraq kompyuterlərin yarandığı anından çoxlu sayda hesablama mənbələrinin birləşdirilməsi məsələsi ortaya qoyulmuşdur. Bu növ birləşmənin meydana gəlməsi üçün real imkan son zamanlarda yaranmışdır və bu isə öz növbəsində kompyuter arxitekturasının inkişafına, aramsız səmərəliliyin artmasına, kommunikasiya ötürücülük mühitinin yaxşılaşmasına və yeni proqram texnologiyalarının yaradılmasına təkan vermişdir.
Kompyuter hesablamalarınin texnologiyasının müasir vəziyyəti elektroenergetikanın 1910 – cu ildəki vəziyyətinə tam analojidir. Elektrik cərəyanı istehsal edən avadanlığın olmasına baxmayaraq hər bir istehlakçı öz xüsusi generatorunu gurmalı idi. Elektrik cərəyanının özü yox, generatorları birləşdirən və elektrik cərəyanını uzaq məsafələrə ötürən elektrik şəbəkələrinin yaranması ingilabı bir addım oldu. Nəticədə elektrik enerji mənbələrinə universal girişi təmin edən və bütün istehlakcəlar üçün münasib olan üsul işlənib hazırlandı. Elektroenergetikaya analoji olarag, GRİD – şəbəkə hesablama termini avadanlıq və proqram təminatını birləşdirən, hesablama mənbələrinə etibarlı, uzlaşdırılmış və ucuz girişi təmin edən infrastrukturu təsvir etmək üşün istifadə olunur.
Avropanın Enabling Grid for E – Science in Europe (EGEE) layihəsinin məqsədi mövcud milli, regional və tematik islərinin GRİD çərçivəsində vahid infrastrukturda birləşdirilməsi və dəstəkləməsidir. Layihənin prespektiv məqsədi elmin ən müxtəlif sahələrinin GRİD mühitinə cəlb edilməsi və gələcəkdə sənaye sahələrinin də bu mühitə daxil edilməsidir. Hal – hazırda EGEE çərçivəsində yüksək enerjilər fizikası sahəsində aktiv islər aparılır və bioinformatika sahəsində işlərin aparilmasına başlanıb. EGEE layihəsinin iştirakçılarının fikirincə bu elmi istiqamətlər hesablama və araşdımalarını aparan alimlərə öz resurslarından istifadə etməyə imkan verən GRİD mühitinin həm də komersiya strukturlarının da bu mühitdən istifadə etməyinə imkan yarada biləcək və gələcəkdə ümumdünya GRİD mühitinə çevriləsinə zəmin yaradacaq. Hal – hazırda GRİD – texnologiyalarının tətbiqinə ehtiyacı olan qurumlardan dövlət təşkilatlarını (dövlət qulluqçuları, ekspertlər və elmi işçiləri), milli təhlükəsizlik məsələləri ilə məşğul olan qurumları, uzunmüddətli planlaşdirma və tətqiqatlar sahəsində çalışan təşkilatları göstərmək olar. Müxtəlif resursların inteqrasiyasının vacibliliyi, aparılan islərin strateji əhəmiyyətliliyi, təqdim edilmiş maraqların müxtəlifliliyi və ayrılan resursların balanslaşdırılması Milli GRİD – şəbəkəsini səciyyələndirən xüsusiyyətlərdəndir
GRİD – in yüksək enerjilər fizikası məsələlərindəki sürətli inkişafı bu sahənin spesifikliyi ilə təyin olunur.Yüksək enerjilər fizikasında çox böyük məlumatlar massivinin emalı tələb olunur və təcrübələrin nəticələrinin təhlilinin minlərlə dünya istifadəçilərinin ixtiyarına vermək imkanı mövcuddur. Yüksək enerjilər fizikası (elementar zərrəciklər fizikası) kompyuter texnologiyalarının əhəmiyyətli inkişafına daima təkan vermişdir. Avropa Nüvə Tətqiqatları Mərkəzində (CERN) yaradılmış Ümumdünya Toru bunun bariz bir nümunəsidir. Təsadüfi deyil ki, dünyada ən böyük Grid layihəsi -WLCG (WorldWide LHC Computing Grid) mərkəzidə CERNdir. 2009 – ci ilin sonlarında CERN Böyük Adron Kollayderinin (LHC – Large Hadrons Collider) işə salınması planlaşdırılır. 34 müxtəlif ölkənin 174 komputer mərkəzi bu layihədə əməkdaşlıq edir. 2009-cu il noyabrın axırlarında artıq CERNdə Böyük Adron Toquşdurucunu (LHC) işə salmağı planlaşdırırlar. Dünyada ən böyük elmi infrastruktura olan LHCdən (Large Hadron Collider) kobud desək ildə 15 Petabayt verilən çıxacaq.Bu verilənləri emal etmək, yadda saxlamaq və analiz etmək lazımdır. WLCG-nin misyonu data storage və analis infrastrukturlarını LHCdən istifadə edəcək yüksək enerjili fizika cəmiyyəti üçün quraşdırmaqdır. LHC detectorlar (ATLAS, ALİCE, CMS, LHCb) vasitəsi ilə toplanılan verilənlər emal və analiz ediləcək. Fiziki təcrübələr zamanı eksperimental məlumatlar 100 Mbayt/san – dən başlayaraq 1 Gbayt/san – a qədər sürətilə yazılaraq dəyişikliliyə məruz qalmadan (“çiy” məlumatlar) CERN – də saxlanılacaq. Dünya universitetlərinin və institututlarının minlərlə fizik – iştirakçılarin coğrafi uzaqlılığı səbəbindən məlumatların bir hissəsinin regional mərkəzlərdə saxlanılması ehtiyacı yaranır. Bu isə CERN – dən əlavə regional mərkəzlərin hesablama gücündən və bu məlumatların saxlanılma vasitələrdən istifadə etməyə imkan verəcək. Beləliklə, məlumatlarin təhlili və emalı üçün, yalnız CERN – də yox bu işlərin aparılmasında iştirak edən bütün təşkilatlarda müvafiq şərait yaradılacaq.
Azərbaycan Respublikası Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ, Dubna şəh.) iştrakçı ölkələrindən biridir və CERN – lə Dövlət müqaviləsi bağlamışdir. Bu təşkilatlarda artıq neçə illərdi ki, GRİD – layihəsi sahəsində çiddi və müvəffəqiyyətli işlər aparilir və bu sahədə Azərbaycan üçün ən yüksək səviyyəli ixtisaçılarin hazırlanmasında nadir inkan vardir. Kadrların hazırlanması ilə eyni zamanda Azərbaycanda milli GRİD – seqmentinin yaradılmasi çox vacibdir.
Bu məqsədlə 2008-ci ildə 5 nəfər fizika institutunun əməkdaşı Dubnaya göndərilmiş, 3 nəfər isə CERNə göndərilmişdir. Kadrların hazırlanması 2009-cu ildə də davam etdirilmiş, 2 nəfər CERNə, 1 nəfər isə Dubnaya göndərilmişdir.
2008-ci ilin avqust ayında Azərbaycan CERNdən 300 komputer, 20 storage, 10 switch və s avadanlıqlar almışdır. Komputerlərin hər biri XEON model olub 2.4GHZ sürətə, 2 CPU, 1GB Ram, 80 GB sərt diskə malikdir. Data Storagelər hər biri XEON tipli, 2.4 GHZ sürətə, 4×512 RAM və 22 HDDdən ibarətdir. 22 HDDdən 2 HDD 80 GB, 20 HDD isə 120 GBdır. Bu isə hər bir data storagin 2.5Terabayt yaddaşa malik olduğu deməkdir. Belə olduqda isə 20 data storage birlikdə 50 Terabayt yaddaş sahəsi (disk space) edir. Bundan əlavə 7 ədəd headnode alınmışdır. Hər bir headnode Elonex modeli olub, 2.66 GHZ CPU speed, 4 CPU, 512 GB Ram, 80 GB HDDyə malikdir. Bundan əlavə bir CİSCO switch, bir server (1 TB yaddaş, 24 GB RAM, 8 processor 2.66 GHZ Intel Xeon) alınmış və quraşdırılmışdır. Bu komputerlər arasında lokal şəbəkə yaradılmış, komputerlərər Scientific Linux 4.7 əməliyyat sistemi yüklənmişdir. Dünya gridinə qoşulmaq üçün təbii bizə kanal lazımdır. Avropa Komissiyası tərəfindən maliyyələşən BSI layihəsinin əsas məqsədi Cənubi Qafqaz regionunda tədqiqat-təhsil şəbəkələri arasında beynəlxalq şəbəkə infrastrukturunun qurulmasıdır. BSİ layihəsi çərcivəsində Milli Grid Segmenti üçün 25 mb/s xətt ayrılmışdır.Bildiyimiz kimi aparat təminatını işlədən proqram təminatıdır. WLCG üçün isə bu proqram təminatı ortaqat (middleware) gLitedır. Glite komputerlərin bir çoxuna yüklənmişdir. Hal-hazırda glite proqramının yüklənməsi işləri davam edir. Eyni zamanda SEE-Gridə qoşulmaq üçün yaxın günlərdə bizə sertifikat veriləcəyi gözlənilir. Yaxın müddət ərzində Milli Grid Segmentinin saytının (azgrid.org) açılması planlaşdırırlır.

Azərbaycanda gələcək illər ərzində Milli Grid segmentinin həcminin inkişaf etdirilməsi nəzərdə tutulur. Əsas bir mərkəzdən əlavə, digər təşkilatlarda da lokal şəbəkələr quraşdırılaraq və mərkəzi segmentə birləşdiriləcək.

Sep 02 2009

Cern Serverləri (İsveçrə)

Cern Avropa Nüvə tədqiqatları mərkəzidir. Burda nüvənin başına it oyunu açırlar. LHC (Large Hollidron Collider) deyilən 27 km ,100 metr yerin altında qurğu düzəldiblər ki, proton ilə protonu toqquşdursunlar. Deyirəm nə işiniz var axı protonda yaşamaq istiyirdə.
Sözüm onda yox, qoy fiziklər öz işin görsün biz öz işimizə baxaq. Bu mərkəzdə bildiyiniz kimi Web yaranıb. Internet yox haa,Web. Bizim bu WWW.Bu Web serverlərin bir hissəsi hal-hazırda da CERNdədir.

Şəkil biraz (biraz nədir dəhşət) pis çıxıb,amma nəsə görmək olur. Bu boyda server CERNdə hesablamalara kifayət etmir. İlə səhv etmirəmsə 22 Petabaytlıq məlumat çıxır. Bu qədər məlumat hardan çıxır? Nüvədən.Amma bu CERN qabağına zor hədəflər qoyub. Məsələn ilk kainatın yaranmasının izahı? Yəni bu LHCdə big bang kimi bir şey yaratmaq istəyirlər. Sonra Qara dəliyin sirri, maddə və qeyri-maddə. Hə, bunlar bu nüvəni tədqiq edə-edə millətədə çox xeyir verirlər. Məsələn biri web,sonra Grid. Tibbə,texnologiyaya,kosmoloji tədqiqatlara xeyirləri çox dəyir.Tədqiqatların sonu isə nə olacaq məlum deyil. İnanaq ki, hər şey super olacaq. İnşallah!

Sep 02 2009

Grid, ləzətin sonra görəcəksiz!

İndi dünyada saysız hesabsız komputer vardır. Notbuklar, PClər, superkomputerlər. workstationlar və s. Deməli, əslində bunların bir çoxu internet vasitəsi ilə bir-biri ilə əlaqə yarada bilir və informasiyanı bölüşə bilirlər. Amma bu Grid lap irəli gedib. Grid vasitəsi ilə təkcə informasiyanı deyil, həmçinin resusları paylaşa bilərsiz. Əgər bir komputerin gücü hesablamaları və ya başqa bir işi etməyə gücü çatmirsa, onda Grid köməyə gələcək və bir işi bir komputer deyil yüzlərlə komputer görəcək.Və bu baş verdiyində siz sonsuz güc görəcəksiniz.Grid necə işələyəcək? Siz Gridə adicə komputerdə olan bir proqram vasitəsi ilə daxil olacaqsınız.Təhlükəsizlik təsdiq edilməsini keçdikdən sonra sizin komputeriniz gridin resuslar brokeri (resource broker) vasitəsi ilə əlaqə saxlaya biləcək. Resuslar brokeri sizin işinizi görmək üçün ən yaxşı resursu tapacaq.Amma necə?
Grid informasiya servisində aparat və proqram təminatı (hardware and software) barəsində sorğu aparacaq. Replica (dəqiq surət) kataloqu bütün verilənlərin yeri haqqında məlumatı olacaq.Uyğun resus tapılan kimi iş çağrılacaq və Resource broker cavabı sizin komputerinizə göndərəcək.Nəticədə istifadəçi çox zəif komputeri Grid vasitəsi ilə güclü komputer kimi istifadə edə biləcək.Bu Gridə əsasən tədqiqat mərkəzlərinin və alimlərin ehtiacı var.Çünki elm indi çox inkişaf edib və hesablamaları dəftər, qələmlə etmək mümkün deyil. Bir güclü komputerin, hətta bir komputer mərkəzinin belə bu hesablamalara gücü çatmır . Məsəl üçün CERN nüvə tədqiqatları mərkəzində il ərzində 300 milyon CDnin tuta biləcəyi qədər informasiya çıxır. İnternetlə Gridin fərqi nədir? İnternet şəbəkə infrastrukturu olub, milyonlarla komputerin bir-birinə www vasitəsi ilə qoşulmasını təmin edir.Komputer internetə qoşulmuş hər hansı komputerlə əlaqə yarada bilər.Bu qoşulmaları təmin edən isə protokoldur.İnternet üçün ümumi protokol TCP/IP dir. Və biz bunların köməkliyi ilə www vasitəsi ilə internetə girib, informasiya mübadiləsi edə bilirik. Amma yuxarıda dediyim kimi GRİD vasitəsi ilə resus mübadiləsi edə biləcəyik. Məsələn biz bir məsələ həll etmək istəyirik, bizim komputerin gücü çatmır.Onda biz gridin bizə təqdim etdiyi gücdən istifadə edəcəyik. Məsələni göndəririk,nəticəsini gözləyirik.Grid bu məsələ üçün komputer elementləri ayırır və məsələ həll ediləndən sonra bizə nəticə göndərilir.

Aug 26 2009

CERN və LHC nədir?

Cern haqqında bilmək istəyirsən? LHC nədir? LHCdə aparılan experimentlər dünyaya nə verəcək? Bu sualların cavabın bilmək çox asandır. Axtarmağa vaxtın yoxdur? Onda belə edək. Mart ayının 13-də CernLand adlı vebsayt istifadəyə buraxıldı. Bu sayt gənclərə interaktiv yolla Cerndə aparılan experimentlər, LHC, experimentlərin məqsədlərin öyrədir. İnterkativ yol dedikdə isə, oyunlarla, videolarla və s. Həm əylənirsən, həm də öyrənirsən. Mənim xoşuma gəldi.
Oyna və öyrən

Aug 26 2009

FameLab yarımfinal

Bugün FameLabda yarımfinal mərhələsi idi. FameLabın nə olduğunu bilməyənlər burdan öyrənə bilərlər. Mən də orda çıxış etdim. Çıxışım belə idi.
Bu bizim dünyamızdır. (əlimdə balaca qlobus fırladıram  ) . Bu isə dünyamızı əhatə edəcək Griddir. Bəs Grid nədir? Grid komputer gücü və yaddaş təqdim edən servisdir. Bu servis elektrik şəbəkəsinə uyğun olaraq yaradılır. Biz hər birimiz evdə elektrik enerjisindən istifadə edirik. Açar vasitəsi ilə işığı yandırırıq, elektrik cihazların çox asanlıqla elektrikə cəryanına qoşuruq və s . Lakin heç birimizin evində elektrik stansiyası yoxudr. Birazdan komputer texnologiyasıda belə olacaq.
Bizə yalnız ekran və klavyatura lazım olacaq. Bunu Gridə qoşacayıq. İndi komputerdə etdiyimiz hər bir şeyi, hətta ondan çoxunu edə biləcəyik. Nəinki ekran və klavyatura ilə istənilən elektron cihaz (telefon, iphone və s) vasitasi ilə gridə qoşula biləcəyik. Bu çox ucuz və rahat olacaq. Gridin necə işlədiyini başa düşmək üçün bir misal gətirim. (aparıcıya tərəf dönürəm)
-Xanım, sizə bir sual verim.
-Buyur.
-Adınız nə oldu xanım?
- Rühəngiz
-Rühəngiz xanım, siz bu stolu tək burdan götürüb ora qoya bilərsiz ? (münsiflərin stolun)
-Yox
Bəli, Ruhəngiz xanım bu stolu burdan ora tək qoya bilməz. Amma ona bir və ya bir neçə nəfər kömək etsə, mən inanıram ki, o bunu asanlıqla edə biləcək. Gridin işləməsi də buna oxşayır. Yəni elə məsələlər var ki ,onu hesablamağa bir komputerin gücü çatmır. Lakin bu məsələni o, digər komputerlə birlikdə çox asanlıqla həll edə bilər. Məsələn, bu il İsveçrədə dünyanın ən böyük experimenti aparılır. Bu experment vasitəsi ilə kainatın yaranması, qara dəlik və s sirlər öyrəniləcək. Bu experimentdən külli miqdarda məlumat və verilən ayrılacaq. Bu məlumat və verilənləri analiz və emal etmək üçün isə bir kompturerin gücü çatmaz. Bir komputer yox, hətta İsveçrədəki komputerlərin gücü çatmır. Buna görə də digər ölkələr də öz komputer güclərin təqdim edir. Məsələn, Azərbaycan 300 komputer. Bu komputerlərin birlikdə işləməsi və verilən məsələni tədqiq etməsi isə elə Griddir. Necə deyərlər: “Güc birlikdədir”.
Mən finala seçilmədim. Maraqlısı isə bu oldu ki, çıxışı qurtarandan sonra münsiflər məndən bir söz soruşdu. Grid nədir? Biz Gridin nə olduğun başa düşmədik. Sən demə səhərdən mən özümü boşuna yorurmuşam. Bundan sadə Gridi necə izah etmək olar? Heç bir termin istifadə etmədim. VO, Resource Broker, Authentication, Autherization, Security və s heç nə haqqında danışmadım. Bacardığım qədər hamının başa düşə biləcəyi dildə danışdım. Amma alınmadı… :(

Alibi3col theme by Themocracy