Jan
14
2010
Artıq bir neçə gündən sonra əsgər gedirəm. Başqa sözlə, yanvar ayının 21-i artıq hərbi xidmətə gedirəm. Çox güman ki, 1 il ərzində mən blogda bir yenilik edə bilməyəcəm. Blogumdan oxuduğunuz hər cümləyə görə sizə minnətdarlığımı bildirirəm. Əgər kiminsə, üzərimdə haqqı varsa, haqqların halal etsin. Ordumuzu pisləyirlər, bəlkədə mühit çox pisdir. Gedib, görəcəm. Amma söz verirəm ki, pis mühitdə yaxşı xidmət etməyə çalışacam! Üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəm. Hamınız Allaha əmanət olun! Azərbaycanın güclü olması üçün hər birimiz güclü olmalıyıq. Azərbaycanın inkişaf etməsi üçün hər birimiz inkişaf etməliyik. Hamınıza getdiyiniz yolda uğurlar! Allah amanında! Hələlik!
Jul
29
2009
Ey öyrənmək istəyənlər! Sizi computer.org saytına dəvət edirəm.computer.org sizə nə verəcək?
Benefits bu linkə girib, baxa bilərsiniz. Deməli, mən özüm 2 ildircomputer.orgun (Daha doğrusu beynəlxalq komputer cəmiyyətinin) üzvüyəm, mən xeyri çox dəydi və hal-hazırda dəyir. Aşağıdakı faydaları var.
- K element kursları (PHP, Web design, Java, C#, Linux, Windows, CISCO və s 2700 kurs)
- Tələbələr üçün pulsuz lisenziyalı Microsoftun proqramaları (XP, XP SP1, XP SP2, XP SP3, Vista, Windows 7, Visual Studio 2008 Professional edition, Sql server 2005 və s 2000$ )
- Hər ay 2 jurnal pulsuz evinizə gələcək
- Safari books online
- və s
Mənə faydası çox dəyib. computer.org hesabına Microsoftun lisenziyalı proqramlar işlətmişəm (İndi Linux işlədirəm). K element kurslarından isə çox şey öyrənmişəm və öyrənməkdə davam edirəm. Rahat və əlverişlidir. Hə, əsas məsələ computer.org a üzv olmaq təbii pulsuz deyil. Tələbələr üçün 50$, professional üzvlər üçün isə 99$ dır. http://www2.computer.org/portal/web/membership/join bu linkə girib, qoşula bilərsiz. Qoşulanda isə məni referrer kimi göstərsəz, yaxşı olar.
Name: ALI HUSEYN ISMAYILOV
IEEE Member #: 90339531
Göstərsəz, yaxşı olar (siz heç nə itirməyəcəksiniz). Göstərməsəz, yenə də özünüz bilərsiniz. Amma yenə deyirəm xüsusi ilə tələbələr, ilə 50$a həqiqətən dəyir.