Category: Microsoft

Sep 02 2009

Microsoft Enterprise Desktop Virtualization (MED-V)

Vista işlədənlərə şad xəbər. Microsot Enterprise Desktop virtualization beta versiyası istifadəyə verildi. Bu nə olan şeydir? Mən də Vista işlədəndə üzləşdiyim problemlərdən biri XPnin proqramlarının Vistaya getməməsi idi. Amma MED-V vasitəsi ilə bu problem artıq aradan qaldırılacaq. Yəni Vistada XP və ya Windows 2000 proqramların işlədə biləcəksiniz. İşləmə texnologiyası: sanki sizdə virtual əməliyyatlar sistemi yaradır, amma bu Virtual PCdən biraz fərqlidir. Bu istifadəçi tərəfindən “görülməzdir”.Məhsulun tam versiyasının çıxardılması isə bu ilin sonuna planlaşdırılır.
Mənbə: infoworld

Sep 02 2009

Windowsda ftp server

Windowsda ftp server quraşdırmaq çox sadədir. 3 addımda hər şey hazırdır.
1.Filezilla server programın yükləyirsiniz.Pulsuzdur və burdan yükləyə bilərsiz. Ondan sonra bu proqramı install edirsiz. İnstall edəndə ancaq next düyməsin basın, bir şey dəyişmək lazım deyil.
2.İndi isə filezilla server proqramın işə salın. Connect düyməsin basaraq proqrama girin. Edit menyusundan users altmenyusuna girin. General bölməsində add edərək yeni istifadəçi əlavə edin. Təhlükəsizlik üçün bu istifadəçinin adın anonymous qoyun.

3.Shared folders bölməsində shared folder panelində add düyməsinə basaraq ftp üçün qovluq seçin. Ondan sonra Set as home dir düyməsinə basaraq bu qovluğu əsas qovluq edin

Artıq Windowsda ftp serveriniz hazırdır. Hər şey bu qədər asandır.

Sep 02 2009

Event Handler

Event Handler, yəni bir hadisə və bu hadisəyə cavab.Məsələn, buttonu basanda nə baş versin. Və ya mouse hərəkət etdirəndə hansı hadisə baş versin. Çox sadə bir şeydir. Açın visual studiod yeni proyekt. Bir dənə button qoyun, onun adında dəyişin edin Close.(bunları keçən dəfə etdik). Keçən dəfə buttonun üstündə 2 dəfə klik etmişdik. Və .Net bizim üçün Buttonclick eventi yaratmışdı. İndi də Properties pəncərəsində Events bölməsinə keçin və orda click hadisəsiniin üstündə 2 dəfə klik edin.

.Net bizim üçün

using System;
using System.Collections.Generic;
using System.ComponentModel;
using System.Data;
using System.Drawing;
using System.Linq;
using System.Text;
using System.Windows.Forms;
 
namespace eventHandler
{
    public partial class Form1 : Form
    {
        public Form1()
        {
            InitializeComponent();
        }
 
        private void button1_Click(object sender, EventArgs e)
        {
 
        }
    }
}

bu boyda kod yaratdı. İndi isə button1_click üçün this.Close(); yazın. Proqramı build, sonra isə debug edin. Ok, bizim button1_click eventimiz hazırdır. İndi başqa bir event yaradaq. Bir dənədə düymə (button azərbaycanca düymə olurda) qoyun ekrana.Events bölməsindən MouseMove hadisəsin tapın. İndi isə bu kodu

 button2.Left += e.X;
  button2.Top -= e.Y;

yazın. Düymənin textin dəyişin qoyun, tut məni. Proqramı debug edin.İndi düyməyə klik etmək istəyəndə düymə hərəkət edir və siz klik edə bilmirsiz. :) .

Sep 02 2009

C# dili

C# obyekt yönümlü proqramlaşdırma dilidir. Bütün C# obyektləri object sinifindən alınır. Sinif içərisində verilənlər, davranış və xüsusiyyətlər olan bir qavramdır. Verilənlərə property ,event və dəyişənləri aid etmək olar. Davranışa metodları, xüsusiyyətlərə isə hər bir sinifdən törəyən obyektin öz belə demək mümkünsə şəxsi xüsusiyyətlərin aid etmək olar. C# c/c++ ailəsində ilk “component oriented” proqramlaşdırma dilidir. Burda demək olar ki, obyektdir. C++ bilənləriniz varsa orda headerlər olurdu. C# da onlara ehtiyac yoxdur.
Siniflər obyekt yönümlü proqramlaşdırmanın əsasını təşkil edir. Yəni biz bir obyekti siniflərin köməyi ilə yarada bilərik. Siniflərin bir çox növü var. Məslən sealed, partial, abstract, static siniflər. Classı (sinifi) necə yaratmağı öyrənək.

class haqqimda 
{
//dəyişənlər
public string ad;
private string gizli;
//constructor
 
public haqqimda()
 
{
ad = " Ali ";
gizli = " Private olan soz ";
}
 
//destructor 
 
~haqqimda ()
{
// bura class baglanan zaman lazim olan emelliyat yazilir. Ele de istifade olunmur . 
}

P.S. Bu yazını 2008-ci ilin yanvar ayı mix.azın formunda yazmışdım. İnternetdə gəzəndə təsadüfən qabağıma çıxdı. Dedim öz əməyimdir, bloguma qoyum :)

Aug 26 2009

Müxtəlif dillərdə “Salam Dünya” proqramı

Bu gün bir neçə dildə sadə “Salam Dunya” proqarmın yazaq. Və görək ki, bu dillər necədə bir birlərinə oxşayır.

  1. C dili

    1
    2
    3
    4
    5
    6
    
    #include  <stdio.h<
    int main () 
    { 
    printf("Salam Dunya! \n"); 
    return 0;
    }
  2. C++
    1
    2
    3
    4
    5
    6
    
    #include <iostream<
    using namespace std; 
    int main() 
    { 
    cout<<"Salam Dunya!" <<endl;
    }
  3. C#
    1
    2
    3
    4
    5
    6
    7
    8
    
    using system; 
    public class SalamDunya 
    { 
     public static void main() 
     { 
      Console.WriteLine("Salam Dunya! \n"); 
     } 
    }
  4. Java
    1
    2
    3
    4
    5
    6
    
    class salamdunya
    {  
            public static void main()        {
               System.out.println("Salam Dunya! \n");
            }
    }

    Burdan görüldüyü kimi Java və C# çox oxşayır. Hər iki dildə hər bir şey class içindədir. Yəni sadə proqramda classlardan ibarətdir.

  5. Python
    1
    2
    
    #!usr/bin/python 
    print "Salam Dünya \n"
  6. Ruby
    1
    
     puts "Salam Dünya"
  7. Perl
    1
    2
    
    #!usr/bin/perl
    print "Salam Dünya \n";

    Yuxarıdakı dillərin hamısı case senstividir. Yəni kodu yazanda kodda balaca hərfin yerinə böyük, böyük hərfin yerinə balaca hərf yazmaq olmaz. Məsələn C# da Console.Writeline(”Salam Dunya! \n”); yazsaq kompilyasiya səhvi verəcək. Çünki l böyük olmalıdır, mən balaca yazmışam. Yəni Console.WriteLine(”Salam Dunya! \n”);

  8. Pascal
    1
    2
    3
    4
    5
    
    Program SalamDunay;
    begin 
    Writeln("Salam Dunya");
    readln;
    end.

    Pascalda isə fərqi yoxdur. Böyük hərfin yerinə balaca balacanın yerinə böyük yaza bilərsən.

  9. PHP
    1
    
    echo "Salam, Dünya!"
  10. Bash
    1
    2
    
    #!/bin/bash
    echo "Salam Dunya "
  11. DOS
    1
    
    echo Salam Dunya
  12. Basic
    1
    
    PRINT "Salam, Dünya!"

Və s. :)

Aug 26 2009

Hansı proqramlaşdırma dilini öyrənməliyəm?

Proqramlaşdırmaya yeni başlayanda elə bilirdim ki, təkcə Basic və Pascal proqramlaşdırma dilləri var. Başqa dil yoxdur. Basiclə məktəbdə oxuyanda tanış olmuşdum. O vaxt düzü nəsə xoşum gəlməmişdi. Birinci kursda oxuyanda isə Pascal öyrənməyə başladım. Sonra eşitdim ki, pascal dili üzərində Delphi adlı mühit qurulub. Delphini öyrənməyə başladım. Hər gün keçdikcə bir yeni proqramlaşdırma dilinin adını eşidirdim. Bu məni yorurdu. Axı mən hansı dili bilməliyəm? Belə suallarla çox adam müraciət edirdim.
Mənə verilən cavablar müxtəlif olurdu. Riyaziyyatçılar deyirdi ki, proqramlaşdırma dilini bilmək boş şeydir. Əsas riyaziyyatdır.
Bəziləri deyirdi ki, əsas alqoritmin tapmaq lazımdır dili hamı öyrənə bilər.
Bəziləri deyirdi “flan” dili öyrən daha çox pul verirlər. O biri deyirdi sən nə danışırsan ” flan” dili həmişə yaşayacaq.
Beləliklə hərə bir cavab verirdi. Indi isə özüm istiyirəm bir cavab yazım. Deməli hansı dili öyrənmək lazımdır?
Wikipediaya baxsaz List of programming görərsiz ki, proqramlaşdırma dillərinin sayı həddindən artıq çoxdur. Kimsə müəyyən dili bəyənmiyib, özünə rahat bir dil yaradıb.

Əslində hansı dili öyrənmək sualından çox, hansı məqsəd üçün öyrənmək sualı haqqında fikirləşmək lazımdır.
Proqramlaşdırmanı şərti olaraq iki yerə bölək.

  • Desktop proqramlaşdırma
  • Web proqramlaşdırma

Desktop proqramlaşdırma deyəndə sistem üçün yazılan proqramlar, drayverlər, müxtəlif biznes proqramlar, riyazi proqramlar və s bura daxil ola bilər. Amma mən əməliyyat sistemlərinə görə desktop proqramlaşdırmanı da üç yerə ayırmaq istərdim.

  • Linuxda proqramlaşdırma
  • Windowsda proqramlaşdırma
  • Appleda proqramlaşdırma

Qeyd: Indi dillərin çoxu cross platformdur, yəni bütün əməliyyatlar sistemlərində işləyirlər.
Əgər linux mühitində işləyirsizsə və əgər linuxun nüvəsi (kernel) ilə məşğul olmaq istəyirsizsə, onda mütləq C dilin bilməlisiz. Linuxun nüvəsində həmçinin biraz assemblerdən istifadə olunub, assembleri də bilsəz onda lap əla olar. Əgər nüvə ilə işiniz yoxdursa, təkcə linuxda balaca scriptlər yazmaq istəyirsinizsə, onda bash script dili sizin işinizə yarıyacaq. Amma indi artıq scriptləri pythonda yazmağa üstünlük verirlər. Odur ki, python burda sizin əla köməkçiniz olacaq.
Əgər linuxda proqram yazmaq istəyirsinizsə, onda C++, Java, Python, Ruby + Qt bunlardan birin və ya bir neçəsin bilmək lazım olacaq.
Windowsa gəldikdə isə əgər windows applicationlar yazmaq istəyirsinizsə, onda Visual Studio sizə kifayət edəcək. Visual Studioda müxtəlif dillərdən istifadə etməyə imkan var, amma C# dili ən məsləhətlisidir.Yox, əgər visual studio və C# dan xoşunuz gəlmirsə, onda Java windows applicationlar yazmaq üçün əla seçimdir.
Apple isə əsasən Cocoa frameworkundən istifadə olunur və dil kimi Objective-C istifadə olunur.
Web proqramlaşdırmaya gəldikdə isə, Adil öz bloqunda bu haqda PHP-dən əvvəl… biraz məlumat verib.Bundan başqa siz asp.neti bilməklə də əla veb səhifələr yarada bilərsiz. Amma əgər evdə oturub, veb səhifə yığırsızsa, onda php ən məsləhətlisidir. Perl də bu yaxınlara kimi çox istifadə olunurdu, amma deyəsən yavaş-yavaş istifadəsi azalır və php onun yerini tutur. Bəzən isə sizə veb səhifənizə java appletlər qoymaq üçün Java da lazım ola bilər. Javascripti isə veb proqramistin sağ əlidir.
Yekun olaraq hansı dili bilmək lazımdır sualına birdə baxaq.

  1. C. Bir çox dillər (Java, C++, C# və s) öz sintaksisin bu dil əsasında qurublar. Bu dili bilməklə digər dillərə keçmək asan olacaq.
  2. PHP dili web səhifələr yaratmaqda sizə yaxından köməklik edəcək.
  3. C# dili windows applicationlar yazmaq üçün əla seçimdir.
  4. Java dili hesab edirəm sizə çox lazım ola bilər. Bütün platformaları dəstəkləyir. C#-a çox oxşuyur.
  5. Javascript adından da göründüyü kimi script dilidir. PHP server hissədə işlədiyi halda, javascript client hissədə işləyir. Vebdə sizə çox lazım olacaq.
  6. Python dilinə tələbat hər gün keçdikcə biraz artır. Google bu dildən çox istifadə edir. Məsləhətlidir
  7. C++ əgər sistemlə oynamaq istəyirsinizsə, onda C++ bilmək yaxşı olardı. Yuxarıdakı dillərin hamısından çətindir. :)
  8. Ruby Yuxarıdakı dillərin hamısından az işlənsədə, hər gün keçdikcə Ruby məşhurlaşır. Vaxt olduqca, qurdalamaq olar.

Deyəcəkisiniz ki, pascal qaldı axı? Pascal dili təzə başlıyanlar üçün yaxşıdır, amma sonra heç kimə lazım olmur. Pascal dili olimpiyada da lazım ola bilər. Bir də asan olduğu üçün onu universitetlərdə keçirlər. Mən isə pascala vaxt itirməyi məsləhət görməzdim.
Bir şey də qeyd edim. Dil bilmək hələ başlanğıcdır. Riyazi dillə desək proqramist olmaq üçün proqramlaşdırma dilini bilmək zəruridir, amma kafi deyil.

Aug 26 2009

Müasir proqramlaşdırma dilləri – hansı daha yaxşıdır?

Müasir zamanda bir çox proqramlaşdırma dilləri və mühitlər mövcuddur. Bu da öz növbəsində texnologiyanı seçmək barədə qərar verməkdə çətinlik törədir. Bəs hansı texnologiyanı seçmək daha məqsədəuyğundur? Hansı proqramlaşdırma dilini öyrənmək daha vacibdir? Bəlkə də ilk baxışdan əsasən aşağı kurs tələbələri üçün bu sual mübahisəli görünür. Təcrübələr göstərir ki, hal-hazırda müasir proqramçı Pascal, C, C++, Perl, PHP, JavaScript, C# (Si Şarp), Java dillərinin hamısını bilməlidir. Belə bir sual verə bilərsiniz ki, “Nə üçün bu dillərin hamısını bilməliyik? Axı bu kifayət qədər böyük siyahıdır?”.
Pascal dili tədris üçün ideal dildir. Əslində Pascal dili məhz bu məqsəd üçün yaradılmışdır. Alqoritmləri öyrənərkən Pascal dilində proqram yazmaqla məsələləri həll etmək çox rahatdır. Alqoritmlərin tərtib olunması qaydalarını, mövcud olan klassik alqoritmləri hər bir proqramçı bilməlidir (yeri gəlmişkən bu sahədə ən yaxşı kitablardan ikisinin adını demək istərdim: D.E.Knuth – Art of programming və Thomas H. Cormen,Charles E. Leiserson,Ronald L. Rivest – Introduction to Algorithms). Bir çox kitablarda alqoritmlərin realizasiyası psevdo-proqramlarla göstərilir. Psevdo-proqramlar sanki Pascal dilində yazılmış proqramlara bənzəyir.

C proqramlaşdırma dili Unix əməliyyatlar sistemi üçün AT&T Bell Labs. lobarotoriyasında Dennis Ritçi (Dennis Ritchie) tərəfindən yaradılmışdır. Sintaksisinin rahatlığına görə C dili qısa zamanda məşhurlaşmış və proqramçıların ən sevimli dillərindən birinə çevrilmişdir. C dili hal-hazırda ən çox sistem proqramlaşdırması üçün istifadə edilir. Linux əməliyyat sisteminin nüvəsi (kernel) C dilində yazılmışdır.

C++ dili C dilindən sonra Bern Straustrup(Bjarne Stroustrup) tərəfindən yaradılmışdır. C-dən ən başlıca fərqi ondadır ki, C++ obyekt-yönümlü (Object Oriented) proqramlaşdırma dilidir. Bu da müasir proqramlaşdırmada ən vacib anlayışlardandır. Praktiki olaraq C++ dilində həm sistem üçün həm də digər məqsədlər üçün proqramlar yazmaq mümkündür. Bizə çox tanış olan Mozilla FireFox, MS Word, MS Excel, Notepad, Paint və s. proqramların hamısı C++-da yazılmışdır. Lakin C++-da verilənlər bazaları(database) ilə işləyən proqramları yazmaq o qədər də rahat deyil. Məsələ burasındadır ki, verilənlər bazaları ilə işləyən proqramların təyinatı bazada olan verilənlərlə işləməkdir. Bir çox hallarda bu cür proqramlarda sürət faktoru bir o qədər rol oynamır. Çünki sürət daha çox verilənlər bazası idarə etmə sistemlərindən(DBMS – Database Management System) asılı olur. Utilitlərin yazılmasında ən çox istifadə olunan dil C++ dilidir.

Perl ilk olaraq mətnlərin manipulyasiyası üçün yaradılmışdır. Sonralar Perlin imkanları daha da genişlənmişdir. Hal-hazırda şəbəkə və sistem administratorlarının ən sevimli dillərindən biridir. Perl-dən veb proqramlaşdırmada(daha çox CGİ) da istifadə olunur. Lakin indiki zamanda veb-proqramlaşdırma üçün daha rahat vasitələr vardır.

PHP dünyadakı bir çox veb-proqramçıların sevdiyi dildir. Diqqət yetirsək veb-saytların böyük bir hissəsinin yaradılmasında PHPdən istifadə edilmişdir. PHP öyrənməkdə çox rahat və genişimkanlı dillərdən biridir. Əsas təyinatı veb-proqramlaşdırmada istifadədir. Lakin son zamanlar digər sahələrdə də istifadə olunmağa başlayır. Lakin PHP vasitəsi ilə scriptləri yazarkən bəzi təhlükəsizlik tədbirlərini(SQL İnjection, Remote Code İnclusion, XSS və s.) mütləq nəzərə almaq lazımdır. Bu tədbirləri nəzərə almadıqda həmin skriptləri çox asan üsullarla sındırmaq mümkün olur. PHP 5 versiyası çıxdıqdan sonra PHP obyekt-yönümlü proqramlaşdırma dillərindən birinə çevrildi (əvvəllər OOP-un prinsiplərinə tam əməl olunmurdu).

PHP-də yazılmış proqram serverdə icra olunur və yalnız nəticəsi klientə “göndərilir”. Lakin bəzən klient tərəfdə(client side) də proqramlaşdırmadan istifadə etmək məcburiyyətində qalırıq. HTML(HyperText Markup Language) isə adından göründüyü kimi yalnız işarələmə dilidir. HTMLin öz imkanları vasitəsi ilə heç bir əməliyyat aparmaq mümkün deyil. Bu cür hallarda JavaScript bizim köməyimizə çatır. Eyni təyinata malik digər bir texnologiya – VBScript də mövcuddur. Lakin VBScriptin bəzi imkanları məhduddur. JavaScript vasitəsi ilə HTML Səhifənin DOM modeli üzrə bir çox əməliyyatlar etmək, səhifədə interaktiv elementlər(menyular, düymələrin basılmasında dərhal reaksiyalar və s.) yaratmaq mümkündür. Veb-proqramlaşdırma sahəsində məşğul olanlar üçün AJAX (Asynchronous JavaScript and XML) texnikasını da bilmək vacibdir. Bəzən AJAXı ayrıca bir texnologiya və ya dil kimi qələmə verirlər. Lakin, AJAX JavaScript və XML-dən istifadə etməklə bir vasitədir.

Sadaladığımız bu dillərin təyinatları əsasən ayrı-ayrı olduğuna görə onlar arasında konkurensiya bir o qədər hiss olunmur. Lakin Java və C# arasında böyük bir rəqabət vardır. Bir çox proqramçılar Javaya bəziləri C#-a üstünlük verirlər. Hər ikisininin özünə məxsus üstün cəhətləri vardır. Əslində onlara sadəcə olaraq dil kimi yox bir texnologiya kimi baxmaq lazımdır.

Bu texnologiyalar vasitəsi ilə yaradılmış proqramlar ayrıca işləyə bilmirlər. Bu proqramlar birbaşa olaraq sizin kompüterdə yox virtual maşında işləyir. Bəs virtual maşın nədir? Virtual maşın – proqram şəklində bir kompüterdir. Həmin virtual maşında işləyən proqramlar virtual maşına normal kompüter kimi müraciət edir və virtual maşın öz növbəsində həmən müraciətlərə kompüter kimi reaksiya göstərir. Bir sözlə kompüteri emulyasiya edir. Nəticə etibarı ilə Javada və C#-da yazılmış proqramları istənilən yerdə, istənilən arxitekturalı kompüterdə, istənilən əməliyyatlar(Operating System) sistemində işə salarkən eyni cür işləyəcək. Yəni proqram kompüterin heç bir fiziki vəziyyətdən asılı olmur. Həmən proqramın işləməsi üçün yalnız və yalnız onun işləyə biləcəyi virtual maşın lazımdır. Java üçün virtual maşın (JRE – Java Runtime Environment) bir çox əməliyyatlar sistemi və bir çox arxitekturalı kompüterlər üçün mövcuddur. JRE Sun şirkəti tərəfindən yaradılır. C#da yazılmış proqramın işləməsi üçün .NET Framework(dot net Freymvörk) lazımdır. .NET framework Microsoft şirkəti tərəfindən hazırlanır. Hal-hazırda yalnız Windows əməliyyatlar sistemi üçün olan versiyası mövcuddur. Lakin, .NET Framework-un klonu olan MONO Project adlı bir layihə mövcuddur və onun vasitəsilə yazılmış proqramlar bir çox əməliyyatlar sistemində işləyir.

Deməli Java və C#-da proqram yazarkən, platforma haqqında fikirləşmirik və bu işimizi çox asanlaşdırır. Bundan əlavə bu texnologiyalar vasitəsilə bir çox VBİSlərə qoşulmaq üçün modullar mövcuddur. Bu da VBİS-i seçərkən bir çox məhdudiyyətləri aradan qaldırır. Digər üstünlüklərə tiplərin asan çevrilməsi, unicode dəstəyi, şəbəkələrlə iş və s. misal ola bilər. Beləliklə böyük sistemlər yaradarkən bu texnologiyaların tətbiqi daha məqsədəuyğundur. Çünki bu texnologiyalardan istifadə etməklə proqram yazarkən demək olar ki, məsələnin məğzindən başqa digər problemlərin “qayğı”sına qalmağa ehtiyac qalmır. Bir çox bank sistemləri, hava limanlarında qeydiyyat və s. sistemlərini yaradarkən proqramlaşdırma texnologiyası kimi bu texnologiyalara üstünlük verilir.

Amma, aydındır ki, bu cür proqramlarda vaxt faktorunu nəzərə almaq çox nisbidir. Əslində bu o qədər də narahatçılığa əsas yaratmır. Məsələn bank sistemində hər hansı bir tranzanskiyanın 1 millisaniyə gec və ya tez yerinə yetirilməsinin bir o qədər də əhəmiyyəti olmur. Lakin, raketlərin idarə olunmasında, atom stansiyalarının idarə olunmasında, tibbi avadanlıqlar üçün yazılmış proqram təminatında 1 millisaniyə gecikmə və ya tələsmə insan həyatına bərabər ola bilər. Onun üçün də bu cür sistemləri heç vaxt Java və ya C# kimi texnologiyaların köməyi ilə yaratmaq olmaz.

Beləliklə biz artıq ən aktual proqramlaşdırma dillərinin təyinatları barədə ilkin məlumatları bildik. Proqram məhsulu yaradarkən həmin məhsulun tələbatlarını nəzərə almaqla bu texnologiyalardan daha səmərəlisini seçmək lazımdır.
Müəllif: Adil Əliyev

Aug 26 2009

namespace

Bugün qısaca olaraq namespacin nə olduğu haqqında məlumat verməyə çalışacam. Namespace bir abstrakt conteyerdir. Namespace içində sinifləri,interfeysləri, structurları,enumları və s qruplaşdıra (təyin edə) bilərsiz. C# da 2 cür namespace olur. Biri istifadəçi (proqramçı ) tərəfindən təyin olunan namespacedir.Bele namespaci yaratmaq üçün namespace açar sözündən istifadə olunur Məsələn : namespace Myclass .O biri isə .Net framework tərəfindən əvvəlcədən təyin olunmuş namespacelerdir. Misal üçün: System, System.XML, System.Threading və s. İki müxtəlif namespace içində eyni adlı sinif ola bilər. Yəni bizim bir namespace myclass var. Onun içində class student var. Bir dənə də namespace university var. Onun içində də class student var. Namespacelər bu iki proqramda istifadə edərkən 2 eyni adlı sinifin bir birinə qarşımağına imkan vermir. Amma bir namespacedə iki eyni adlı sinifin olmağı mümkün deyil.
using namespace; using vasitəsi ilə bizə lazım olan namespace istifadəyə çağırırıq. Və bu vasitəsi ilə biz həmin namespacedə olan siniflərdən (metodlardan) istifadə edəndə qısa kodlar yazırıq. Məsələn: biz using System; yazmasaq onda gərək hərdəfə biz System.Console.Write(); belə yazaq. Əgər using System; yazsaq, onda Console.Write() yazsaq kifayətdir.

Aug 24 2009

Cygwin- windowdsda linux

Yəqinki çoxunuz windows işlədirsiz. Amma birdən windows işlədəndə linux lazımınız oldu. Virtual əməlliyat sistemi yaratmaq, sonra linux install etmək. Bunları etmək istəmirsizsə, onda bu cygwin proqramın yükləyin.Proqramı yükləmək üçün http://www.cygwin.com/ bu sayta girin, orda install or update var.Onu yükləyin, sonra install edin.İnstall edəndə sizdən hansı mirronu seçmək istədiyinizi soruşacaq, onu seçdikdən sonra. Nələri install etmək lazım olduğu haqqında pəncərə gələcək.Hamısın qabağında default yazılıb, üstünə bir dəfə klik edin installa çevirin.Çünki default yalnız cygwinin əsası install olur.O da sonra bir işə yaramayacaq. Ümid edək ki, uğurla install edə bildiz.İndi isə Start–>All Programs –>Cygwin –>Cygwin Bash Shell cygwini açın.Belə bir ekran qarşınıza çıxacaq.
ekran

İndi isə startx yazın.Düzdür bu terminalda da işləmək olar. Amma mən bu birində işləməyə üstünlük verirəm.
bash

Belə bir terminal çıxır qabağınıza. İndi başlıyın nə işiniz var görün.Burda gcc kompilyatoru da var.Editor olaraq mən nanonu istifadə edirəm. Düzdür cygwinin imkanları məhduddur. Amma bir söz var ee, heçdənsə kosa yaxşıdır. İstifadə etmək olar.

Aug 24 2009

Şəbəkə vasitəsi ilə ƏS-nin yüklənməsi

PXE vasitəsi ilə əməliyyat sistemləri necə yüklənir. PXE (Preboot Execution Environment) adından da göründüyü kimi bootdan qabaqkı mühitdir. PXE vasitəsi ilə ƏS yükləyən zaman təbii ki, bizə ilk lazım olan LANdır (və ya WAN). Burda hesab edirəm ki, şəbəkə hazırdır.Local şəbəkəni qurduqdan sonra bizə bir dənə server lazım olacaq. Birinci halda hesab edək ki, server xidmətin windows yerinə yetirir. Onda işə başlayaq.
1.İlk olaraq Tftpd-32 proqramın yükləmək lazımdır.
Yüklə
2.tftp (Trivial File Transfer Protocol) adi fayl köçürmə protokoludur. Bilmirəm hələ də niyə PXE üçün bu protokoldan istifadə edirlər. (təhlükəsizlik məsələsinə görə deyirəm)
3.Bir dənə qovluq yaradın. Harda istəyirsiz yarada bilərsiz, bu qovluğun adın qoyun tftpboot.Mən qovluğu masaüstündə yaratdım.

4.Tftpd32 proqramın açın.Proqramın yuxarısında browse düyməsi ilə yaratdığımız tftpboot qovluğun seçin. Məndə current directory: C:\Documents and Settings\Alik\Desktop\tftpboot şəklindədir.
5.Yaratdığımız qovluqda minimum pxelinux.0, initrd.img,vmlinuz faylları olmalıdır. Bu faylları Linuxun DVDsindən götürürsüz atırsız qovluğa.
6. tftpboot qovluğunun içində bir dənə də qovluq yaradın. Bunun adın isə pxelinux.cfg qoyun. Linux dvdsindən syslinux.cfg fayl köçürüb bu qovluğa yapışdırın (Burda Linux dvdsi deyəndə Scientific Linux nəzərdə tuturam). syslinux.cfg faylının adın dəyişdirib install olunacaq maşının mac addresin yazın.Mac addresi necə tapa bilərsiz? Özünüzü əziyyətə salmıyın.Komputer DHCP serverdən İp adres istəyəndə yəni pxe ilə install olunanda orda komputerin adresi yazılır. Ora baxın və faylın adına həmi adresi yazın. Məndə adress belədir . 01-00-02-b3-d8-e6-d0.
7.Tftpd32 proqramında DHCP server bölməsinə keçin. Bu bölməni aşağıdakına oxşar şəkildə doldurun.
İP pool starting address- ip address neçədən başlasın. Əgər local şəbəkədirsə, onda 192.168.0.0-dan başlaya bilər (məcbur deyil 192.168.0.0-dan başlasın. İstəyirsən 192.168.1.0-dan və ya 192.168.0.100-dən və s başlasın. Amma lokal şəbəkə olduğundan əvvəl 192.168 olmalıdır).
Size of pool: İP addreslərin sayı. Yəni hər komputerə bir ip adres olduğundan belə hesab edək ki, bura komputerlərin sayın yazmaq lazımdır.
Boot file -Ən vacib hissələrdən biri budur.Bura pxelinux.0 yazın. (Bu fayl tftpboot qovluğunda olan fayldır)
Wins/DNS server – Serverin yəni öz windowsunuz ip adresi.
Default router-Buna da mən serverin ip adresin yazdım.
Mask – 255.255.255.0

Bunu da düzəltdik.Save düyməsinə basın və yadda saxlayın.
8.Settings bölməsində bir-iki dəyişikliyə ehtiyac ola bilər. Settings (tftpd32 proqramında lap aşağıda) bölməsində local ports pool:10000:10101 qiymətini yazın.
9.İndi əməliyyat sistemi yüklənəcək komputeri restart edin Ctrl-Alt-Delete.Əgər hər şeyi düz etmisizinsə, onda sizin serverdən ip adresin alacaq. Sonra vmlinuz faylı yüklənəcək və s. Bunların hamısı avtomatik olacaq. Sonra pəncərə gələcək, bu pəncərədə dili seçin.Mən ingilis seçdim.
10.Sonra bir başqa pəncərə gələcək, bu pəncərədə Əməliyyat sistemini nə vasitəsi ilə yüklənəcəyini soruşur. Yəni http, nfs , yoxsa ftp. Local şəbəkə olduğundan httpni yaddan çıxardaq. NFS təhlükəsizlik cəhətdən daha yaxşıdır. Amma sadəlik üçün mən ftp istifadə etdim.FTP seçdikdən sonra bir sonrakı pəncərədə ftp addresi yazın.İkinci xanada isə direktoryanı yazmaq lazımdır. Ora \ yazın.Linuxun dvdsin komputerdə hər hansı bir qovluğa köçürdün. Mən D diskində SLC46 qovluğu yaradıb, ora atdım.
11.Windowsda FTP istifadə etmək üçün mən FilleZilla Server adlı proqramdan istifadə edirəm.
12.FTP əlaqə alındısa, onda ƏS yüklənməyə başlayacaq. Qalan prosedura adi tək komputerə ƏS-nin yüklənməsi qaydası ilə gedəcək.
Qeyd: PXE vasitəsi ilə əməliyyat sistemin yükləyə bilmək üçün biosa girib, orda şəbəkə vasitəsi ilə yükləməni aktiv etmək lazımdır.

Alibi3col theme by Themocracy