Sep
02
2009
Windowsda ftp server quraşdırmaq çox sadədir. 3 addımda hər şey hazırdır.
1.Filezilla server programın yükləyirsiniz.Pulsuzdur və burdan yükləyə bilərsiz. Ondan sonra bu proqramı install edirsiz. İnstall edəndə ancaq next düyməsin basın, bir şey dəyişmək lazım deyil.
2.İndi isə filezilla server proqramın işə salın. Connect düyməsin basaraq proqrama girin. Edit menyusundan users altmenyusuna girin. General bölməsində add edərək yeni istifadəçi əlavə edin. Təhlükəsizlik üçün bu istifadəçinin adın anonymous qoyun.

3.Shared folders bölməsində shared folder panelində add düyməsinə basaraq ftp üçün qovluq seçin. Ondan sonra Set as home dir düyməsinə basaraq bu qovluğu əsas qovluq edin

Artıq Windowsda ftp serveriniz hazırdır. Hər şey bu qədər asandır.
Aug
24
2009
Yəqinki çoxunuz windows işlədirsiz. Amma birdən windows işlədəndə linux lazımınız oldu. Virtual əməlliyat sistemi yaratmaq, sonra linux install etmək. Bunları etmək istəmirsizsə, onda bu cygwin proqramın yükləyin.Proqramı yükləmək üçün http://www.cygwin.com/ bu sayta girin, orda install or update var.Onu yükləyin, sonra install edin.İnstall edəndə sizdən hansı mirronu seçmək istədiyinizi soruşacaq, onu seçdikdən sonra. Nələri install etmək lazım olduğu haqqında pəncərə gələcək.Hamısın qabağında default yazılıb, üstünə bir dəfə klik edin installa çevirin.Çünki default yalnız cygwinin əsası install olur.O da sonra bir işə yaramayacaq. Ümid edək ki, uğurla install edə bildiz.İndi isə Start–>All Programs –>Cygwin –>Cygwin Bash Shell cygwini açın.Belə bir ekran qarşınıza çıxacaq.

İndi isə startx yazın.Düzdür bu terminalda da işləmək olar. Amma mən bu birində işləməyə üstünlük verirəm.

Belə bir terminal çıxır qabağınıza. İndi başlıyın nə işiniz var görün.Burda gcc kompilyatoru da var.Editor olaraq mən nanonu istifadə edirəm. Düzdür cygwinin imkanları məhduddur. Amma bir söz var ee, heçdənsə kosa yaxşıdır. İstifadə etmək olar.
Aug
24
2009
PXE vasitəsi ilə əməliyyat sistemləri necə yüklənir. PXE (Preboot Execution Environment) adından da göründüyü kimi bootdan qabaqkı mühitdir. PXE vasitəsi ilə ƏS yükləyən zaman təbii ki, bizə ilk lazım olan LANdır (və ya WAN). Burda hesab edirəm ki, şəbəkə hazırdır.Local şəbəkəni qurduqdan sonra bizə bir dənə server lazım olacaq. Birinci halda hesab edək ki, server xidmətin windows yerinə yetirir. Onda işə başlayaq.
1.İlk olaraq Tftpd-32 proqramın yükləmək lazımdır.
Yüklə
2.tftp (Trivial File Transfer Protocol) adi fayl köçürmə protokoludur. Bilmirəm hələ də niyə PXE üçün bu protokoldan istifadə edirlər. (təhlükəsizlik məsələsinə görə deyirəm)
3.Bir dənə qovluq yaradın. Harda istəyirsiz yarada bilərsiz, bu qovluğun adın qoyun tftpboot.Mən qovluğu masaüstündə yaratdım.
4.Tftpd32 proqramın açın.Proqramın yuxarısında browse düyməsi ilə yaratdığımız tftpboot qovluğun seçin. Məndə current directory: C:\Documents and Settings\Alik\Desktop\tftpboot şəklindədir.
5.Yaratdığımız qovluqda minimum pxelinux.0, initrd.img,vmlinuz faylları olmalıdır. Bu faylları Linuxun DVDsindən götürürsüz atırsız qovluğa.
6. tftpboot qovluğunun içində bir dənə də qovluq yaradın. Bunun adın isə pxelinux.cfg qoyun. Linux dvdsindən syslinux.cfg fayl köçürüb bu qovluğa yapışdırın (Burda Linux dvdsi deyəndə Scientific Linux nəzərdə tuturam). syslinux.cfg faylının adın dəyişdirib install olunacaq maşının mac addresin yazın.Mac addresi necə tapa bilərsiz? Özünüzü əziyyətə salmıyın.Komputer DHCP serverdən İp adres istəyəndə yəni pxe ilə install olunanda orda komputerin adresi yazılır. Ora baxın və faylın adına həmi adresi yazın. Məndə adress belədir . 01-00-02-b3-d8-e6-d0.
7.Tftpd32 proqramında DHCP server bölməsinə keçin. Bu bölməni aşağıdakına oxşar şəkildə doldurun.
İP pool starting address- ip address neçədən başlasın. Əgər local şəbəkədirsə, onda 192.168.0.0-dan başlaya bilər (məcbur deyil 192.168.0.0-dan başlasın. İstəyirsən 192.168.1.0-dan və ya 192.168.0.100-dən və s başlasın. Amma lokal şəbəkə olduğundan əvvəl 192.168 olmalıdır).
Size of pool: İP addreslərin sayı. Yəni hər komputerə bir ip adres olduğundan belə hesab edək ki, bura komputerlərin sayın yazmaq lazımdır.
Boot file -Ən vacib hissələrdən biri budur.Bura pxelinux.0 yazın. (Bu fayl tftpboot qovluğunda olan fayldır)
Wins/DNS server – Serverin yəni öz windowsunuz ip adresi.
Default router-Buna da mən serverin ip adresin yazdım.
Mask – 255.255.255.0
Bunu da düzəltdik.Save düyməsinə basın və yadda saxlayın.
8.Settings bölməsində bir-iki dəyişikliyə ehtiyac ola bilər. Settings (tftpd32 proqramında lap aşağıda) bölməsində local ports pool:10000:10101 qiymətini yazın.
9.İndi əməliyyat sistemi yüklənəcək komputeri restart edin Ctrl-Alt-Delete.Əgər hər şeyi düz etmisizinsə, onda sizin serverdən ip adresin alacaq. Sonra vmlinuz faylı yüklənəcək və s. Bunların hamısı avtomatik olacaq. Sonra pəncərə gələcək, bu pəncərədə dili seçin.Mən ingilis seçdim.
10.Sonra bir başqa pəncərə gələcək, bu pəncərədə Əməliyyat sistemini nə vasitəsi ilə yüklənəcəyini soruşur. Yəni http, nfs , yoxsa ftp. Local şəbəkə olduğundan httpni yaddan çıxardaq. NFS təhlükəsizlik cəhətdən daha yaxşıdır. Amma sadəlik üçün mən ftp istifadə etdim.FTP seçdikdən sonra bir sonrakı pəncərədə ftp addresi yazın.İkinci xanada isə direktoryanı yazmaq lazımdır. Ora \ yazın.Linuxun dvdsin komputerdə hər hansı bir qovluğa köçürdün. Mən D diskində SLC46 qovluğu yaradıb, ora atdım.
11.Windowsda FTP istifadə etmək üçün mən FilleZilla Server adlı proqramdan istifadə edirəm.
12.FTP əlaqə alındısa, onda ƏS yüklənməyə başlayacaq. Qalan prosedura adi tək komputerə ƏS-nin yüklənməsi qaydası ilə gedəcək.
Qeyd: PXE vasitəsi ilə əməliyyat sistemin yükləyə bilmək üçün biosa girib, orda şəbəkə vasitəsi ilə yükləməni aktiv etmək lazımdır.
Aug
24
2009
Sizə maraqlı və yaxşı bir xəbərim var. İndi linuxu windowsda adi bir proqram kimi işlədə bilərsiz. Portable Ubuntu sizə bunu etməyə imkan verir. Linuxda işlətdiyiniz bütün applicationları windowsda çox asanlıqla istifadə edə bilərsiz. Cəmisi 438 MB, Yüklə . Flash kartda istədiyin yerə apar, istədiyin vaxt qoş. Həm Windowsun olsun, həm də linuxun.
Qeyd:Portable Ubuntunun susmaya görə root passwordu: 123456
Qeyd:Paket sıxılmış şəkildədir, arxivdən çıxarandan sonra 1GB dan çox olacaq.
Mənbə: Portable Ubuntu Runs Ubuntu Inside Windows