Ruby on Rails

Ruby on Rails veb əlavələr (application ) yaratmaq üçün alətdir. Rails applicationlar Ruby dilində yazılır. Railsin özü də Ruby dilində yazılıb. Ruby on Rails sosyal şəbəkələr qurmaq üçün çox yaxşıdır. Məsələn, Facebook və Myspacedə bir çox applicationlar Ruby on Railsdə yazılıb. Ruby on Railsə başlamaq üçün ilk əvvəl onu install etmək lazımdır. Bu yazıda install qaydasını göstərəcəm.
Ruby on Railsin işləməsi üçün ilk əvvəl Ruby lazımdır.Ruby ni komputerinizə yükləyin . Adi windows proqramın necə install edirlər, elə install edin.
RubGemsi yükləyin və unzip edin.
Command Prompt vasitəsi ilə unzip etdiyiniz qovluğa gəlin və ruby setup.rb komandasın daxil edin.

Command Promptda gem install rails –include-dependencies komandasın daxil edin və railsin install olmağın gözlüyün. (gözləməkdən xoşunuz gəlmirsə, bir çay için, sonra davam edək
)

Deməli Railsdə proyekt yazmaq üçün sizə mətn redaktoru və ya İDE lazım olacaq. (IDE olaraq Netbeans və ya RadRails istifadə edə bilərsiz.Hər ikisi pulsuzdur.)
rails rails_space komandasını daxil edin

rails_space qovluğu yarandı. O qovluğa keçərək. ruby script/server daxil edin. Bunun vasitəsi ilə siz Rails veb servisi işə salırıq.

Veb-browseri açın və http://localhost:3000 yazın

Brovserdə Rails haqqında informasiya çıxdı. Deməli Rails işə düşüb. Beləliklə Railsi install edə bildik.

