First beam in LHC

CERN- Europe Nuclear Research Centre (Avropa Nüvə Tədqiqatları Mərkəzi) dünyada ən böyük nüvə tədqiqatları mərkəzidir. CERN – Fransızca Avropa Nüvə Təqdiqatları Mərkəzi sözünün baş hərfləridir.Burda dünyanın hər tərəfindən minlərlə elm adamı çalışır. Zərrəcikləri sürətləndirmək üçün sürətləndirici qurublar.Bunun adı LHC-Large Hadron Collider (böyük hadron toqquşdurucu).
LHC-nin böyük hissəsi Cenevrə şəhərində və bir hissəsi isə Fransa ərazisində yerləşir. Dairəvi sürətləndirici olub, 27 km uzunluqlu 100 m dərində yerləşir. Dünən yəni sentyabrın 10-u burda ilk toqquşma uğurla alındı. Bu toqquşma hələ sınaq toqquşdurması idi. Əsas toqquşmanı oktaybrın 21-dən sonra etmək istəyirlər. Məqsəd kainatın yaranma sirrini açmaqdır. Yəni bu sürətləndiricidə 13.5 milyard il əvvəl kainat yarananda – big bang olanda, baş vermiş vəziyyəti yaratmaqdır. Bunun üçün milyarlarla protonları bir biri ilə toqquşdururlar. Bu protonlar əks istiqamətlərdə , bir-birlərinə qarşı işıq sürətinə qədər sürətləndirilir və sonra toqquşdurulur.Əsas toqquşma dediyim kimi yəqin gələn ay olacaq. Toqquşmadan alınan məlumat 15-20 il ərzində emal ediləcək. Bu toqquşmanın yer üçün hər hansı təhlükəsi varmı? Cavab, yox. Çünki burda ayrılan enerji elə də yüksək olmur. Bu təcrübələrin xeyri nədir? Xeyri çoxdur, gizli sirrləri açıqlamağa çalışırlar. Bu vaxt yeni texnologiyalar kəşf olunur. Yeni zərrəciklər tapılır.Ümumiyyətlə tibb, kosmologiya, informatika, fizika və s sahələrə çoxlu xeyrləri olur. Bir məsələ var, bu sürətləndiriciləri quranda və ya elə indi alimlər bilmirlər istədikləri nəticələri alacaqlar yoxsa yox.Ehtimal və Ümid edirlər, ümid edirlər ki, nəsə alınacaq. Bizdə ümid edək ki, hər şey yaxşı olacaq.

