Hədəf
“Uğur hədəflərdir, qalan şeylər şərhdir” (Success is goals, all else is commentary)
İngiliscə goal azərbaycanca hədəf, məqsəd, qayə və s. Uğur qazanların hamısı məqsədyönlü olurlar. Sizin hardan gəldiyinizin önəmi yoxdur, önəmli olan hara getdiyinizdir. Bunu isə siz seçirsiniz! İndiyə kimi qazandıqlarınız isə, gələcəkdə qazanacaqlarınızın çox cuzi bir hissəsidir. Hədəf təyin etməklə siz gələcəkdə hara çatmağınızı özünüz seçirsiniz.Yəqin bu məşhur sözü eşitmisiz:”Öz planları olmayanlar, başqalarının planlarına daxildir.”
Hədəflər uzunmüddətli və qısamüddətli olur. Uzunmüddətli hədəflər daha çətin, amma daha çox ruhlandırıcı olur, qısamüddətli hədəflər isə sizi uzunmüddətli hədəflərə aparır.
Əgər hədəfinizi yoxdursa, onda birinci hədəfiniz hədəf təyin etməyi (goal setting) öyrənmək olmalıdır. Hədəf təyin etməkdə bir qabilliyətdir və tezliklə öyrənə bilərsiniz. Bu qaydalar sizə kömək edə bilər.
- Hədəflər mütləq yazılı olmalıdır. Yazılı olmayan hədəf arzudan başqa bir şey deyil.
- Hədəflər pozitiv olmalıdır.
- Hədəfin müəyyən zaman limit olmalıdır.Mən 2009-cu il dekabrın 30na kimi flan şeyə çatıram.
- Hədəf indiki zamanda yazılmalıdır. Mən əldə edəcəyəm yox. Mən əldə edirəm.
- Özünüzə müraciət edəndə Sən yox, Mən deyin! Mən əldə edirəm!
- Real olun! Məsələn əgər gəliriniz ayda 100$ dır. Və siz hədəf təyin edirsiz ki, mən bu aya milyon dollar qazanıram. Belə hədəf reallıqdan uzaqdır və birazda sizi ruhdan salacaq.
Hədəf təyin etmə metodları :
Hədəflərinizi təyin etmək üçün (goal setting ingiliscə) bir sıra metodlar var. Mən ən çox istifadə etdiyim Jim Roh və Brian Tracynin kitablarından öyrəndiyim metodlardır.
- Jim Rohnun metodu: 10 il ərzində hara çatmaq istəyirsiniz? Maddi, karyera, sağlamlıq, gəzinti, din, ailə və s.
- 10 il üçün ən az 50 hədəfinizi yazın.Hədəflərinizi yazarkən yuxarıda yazdığım qaydalara əməl edin.
- 50 hədəfinizi yazdıqdan sonra onların hər birinin qabağına ilin yazın. 1, 2, 5, 10, 10+ və s neçə il ərzində çatmaq istəyirsiniz?
- Bunu etdikdən sonra 1 il olanları seçin (yəni bu il üçün olanları).
- Onlardan 4 ən vacibin seçin.
- Bu 4 ən vacibi ayrı bir vərəqdə yazın və onun üçün planlarınızı yazın.
- Brian Tracynin metodları isə dahə sadədir. Müxtəlif metodları var
- 30 saniyə ərzində 3 ən vacib hədəfinizi yazın. Birinci metod belədir, bu metoda görə sənə 30 saniyə və ya 30 dəqiqə verməyin fərqi yoxdur. 30 saniyəyə də 3 vacib hədəfi yazacaqsan, 30 dəqiqəqəyədə
- Bir ədəd spiral blaknot alın. Hər gün səhər-səhər durandan sonra ən az 10 hədəfinizi yazın. Bugün hədəfinizi yazarkən dünən yazdıqlarınıza baxmayın. Və spiral bloknotu həmişə yanızda gəzdirin, vaxtınız olduqca hədəflərinizi gözdən keçirin. İlk günlər görəcəksiniz ki, hər gün hədəfləriniz bir başqadır. Amma müəyyən müddətdən sonra listinizdə bəzi şeylərin sabit qaldığınızı görəcəksiniz. Bunlar sizin əsl hədəflərinizdir.
Bu metodların hansından istifadə etməyin fərqi yoxdur. Əsas odur ki, həmişə bir hədəfiniz olsun, xoşbəxt olun, həyatda layiq olduğunuz mövqeyi tutun. Bir məşhur aforimizdə belə deyilir:”Bir hədəfə çatdığınızda, bu başqa bir hədəfin başlanğıcı olur”. Hədəfinizi təyin etdikdən sonra hər gün ona çatmaq üçün ən az bir şey edin. Əgər qoyduğunuz müddətdə hədəfinizə çatmasaz, onda yenidən bir müddət təyin edin və hədəfinizə çatmağa çalışın.

