Posts tagged: insan

Sep 02 2009

Sahib olduğumuz potensiyal

Insan! Yəni biz! Bizim öz potensiyalımızdan xəbərimiz varmı? Biz nəyə qadirik? İnsan allahın ən sevimli varlığıdır. Allah yalnız insanı yaradanda özünə “Əhsən! “ deyib.İnsana allah inanılmaz istedadlar verib. Bizə düşən isə bu istedadları tapmaq və onlardan bacardığımız qədər istifadə etməkdir. Biz isə allaha sanki etiraz edirmiş kimi özümüzü bəyənmirik. Güclü yanlarımıza deyil, zəif tərəflərimizə baxıb şikayət edirik. Bizim əslində özümüzdən xəbərimiz yoxdur. Biz nəyi bacarırıq? Mütləq hərə bir şey bacarır, biri yaxşı oxuyur, biri yaxşı şəkil çəkir, biri yaxşı idmançıdır.
Güclü tərəfi gücləndirin!
Biz çox vaxt baxırıq, nədən zəifik, nəyi edə bilmirik onu etməyə,onu gücləndirməyə çalışırıq. Amma onun yerinə güclü tərəflərimizi gücləndirsək daha yaxşı olar. Məsələn bir uşaq riyaziyyatı oxuya bilmir, amma yaxşı şəkil çəkir. Evdə isə təkid edirlər ki,riyaziyyat oxumalısan,hətta müəllim tuturlar. Bunun yerinə şəkil çəkməyi öyrədən müəllim tutsalar, bəlkə bir gün dünya şöhrətli rəssam olacaq? Düzdür biz zəif olduğumuz yönü gücləndirə bilərik,bəzən bilirik də. Sərf etdiyimiz enerjini güclü olduğumuz sahəyə qoyaq , gücümüzü hiss edək.O sahədə birinci olmasaq da , bir inci olaq.
Sirr çalışmaqdadır!
Biz bəzən öz istedadımız bilirik. Bu işin ardınca getsək, uğurlu olacağımızı bilirik, amma hərəkət etməyə təmbəllik edirik. Bir sahədə yüksəlmənin ,uğur qazanmanın sirlərindən biri hər gün az , amma davamlı çalışmaqdadır. Hər gün bir addım atsaq , bir gün baxacayıq ki, biz kilometrlərlə yol qət etmişik və çatmaq istədiyimiz yerə çatmışıq.
Sona kimi!
“Heç vaxt , heç vaxt, heç vaxt tərk etmə” Vinston Çörkil
Yeriməyə təzə başlayan uşağa baxın. Əvvəl sürünür, sonra otura-otura hərəkət edir, sonra iməkliyir. Sonra yerimək istiyir, amma yeriyə bilmir. Qalxır , yıxılır. Amma heç vaxt hədəfindən əl çəkmir. Yeriyənə kimi döyüşür və qələbə qazanır. Biz də uğur qazanmaq istiyiriksə , belə olmalıyıq. Ola bilər yıxılaq, əzilək, amma dönməyək. Onda özünüz nəyə qadir olduğunuzu kəşf edəcəksiniz!

Alibi3col theme by Themocracy