Posts tagged: XML

Sep 02 2009

XML nədir?

XML nədir? Bu sualın cavabı çox sadədir. XML- Extensible Markup Language ( genişləndirilə bilən işarələmə dili ) veb səhifələr və ya sənədlər düzəltmək üçün istifadə oluna markup dilidir. Markup dillərinə misal olaraq html,wml,sgml və s göstərmək olar. Yaxşı bəs bu xml nəyə lazımdır, xmlin faydası nədir? XML SGMLin(Standart Generalized Markup Language) sadələşdirilmiş və istifadə üçün daha əlvərişli formaya salınmış variantıdır (və ya SGMLdən istifadə etməklə daha sadə və əlverişli formaya salınmış bir markup dilidir) . İndi deyəcəksiz bu SGML nədir? SGML sənədlər hazırlamaq üçün çox güclü markup dildir, lakin SGML çətindir və ondan vebdə istifadə etmək əlverişsizdir. Deyə bilərsiz ki, Vebdə html istifadə olunur xmli nə edirik? Bunun üçün gəlin xml və htmli müqayisə edək.
1.Html standart teqlərdən ibarətdir.Yəni sən hər hansı bir sənədi browserdə göstərəndə teqləri bilməlisən. XMLdə isə teqləri (xmldə buna element deyilir) istifadəçi özü seçir.
2.Htmlin teqlərinin imkanı dardır. Məsələn sən elə bir şey etmək istəyirsən ki. bu html teqləri vasitə ilə mümkün olmasın və yeni teqə ehtiyac yaransın .Onda ya gərək Htmli başdan özün yeni standartda yazasan, bu da mümkün olan iş deyil. Deməli xml burda bizim köməyimizə çatır.
3. Htmldə səhifə düzəldirsən. Nəsə bir yerdə səhv etmisən. Html səhv tutmur, yeni həmin səhv browserdə görsənəcək.
4. Htmlə sənədin daxili maraqlı deyil, yalnız sənədi göstərmək üçün istifadə olunur.
Onda belə bir sual ortaya çıxa bilər ki, xml htmlin yerin tutacaq? Yox, çünki xml htmli tamamlamaq üçün yaradılıb. XML htmldə çətinlik yaradan yerlərdə istifadə üçün yaradılıb. Yaxşı xml sənədi necə yaradaq? Çox sadə , indicə dedik ki , teqləri özümüz seçirik. Amma bu sənədin xml olduğunu göstərmək üçün sənədin əvvəlinə yazmaq lazımdır. Bundan sonra isə başla teqlərini yazmağa məsələn:

 
 \  
 Ismayilov 
 programmer  
 reading

Indi bunu genişlənməsi xml kimi yadda saxlayın.Yəni info.xml bu formada.Elementləri istifadəçi seçir burası doğrudur, amma burda da stantdarlar var. Sadə bir şey Əgər elementini birinci açmısansa, deməli axırıncı bağlamalısan. Buna isə well-formed (yaxşı formalaşdırılmış) sənəd deyilir.Və bu qaydaya riayət etmək vacibdir. Bir şeyi də yadda saxlamanız vacibdir. XML case sensitivdir (azərbaycanca bu ifadə vəziyyətə həssas deməkdir.Yəni siz
Ali
yazsanız səhv etmiş olacaqsınız. elementi vasitəsi ilə bağlanmalıdır. isə yeni element kimi başa düşülür. Ümid edirəm ki, bir şey öyrənə bildik.

Alibi3col theme by Themocracy