Posts tagged: yaz

Dec 26 2009

Yaz

Hz. Peyğembərdən (s.ə.s) uşaq vaxtı bir hədis oxumuşdum: “Biliyinizi yazı ilə möhkəmləndirin”. O vaxt bu sözü o qədər də yaxşı başa düşməmişdim. İndi isə günlər keçdikçə, yeni – yeni biliklər qazandıqca, məsuliyyətlər, istəklər, işlər və s artdıqca yazmağın önəmini başa düşməyə başlayıram. Fərdi inkişaf kitablarının hamısında demək olar ki, yazmağa rast gəlmişəm. “Yaddaşınıza güvənməyin, ağlınıza yeni ideya gəldikdə, yazın. Hədəflərinizi yazın, Planlarınızı yazın. Gündəlik götürüb, etdiyiniz səhvləri, ağılllı fikirləri və s yazın”. Bir sözlə yazmaq çox önəmlidir. Bəzi günlər təmbəllik edib, günün planın yazmıram. Fikirləşirəm, onsuzda flan, flan işləri görəcəm, yazmağın nə mənası? Axşam analiz etdikdə isə, çox az bir iş gördüyümə, vaxtımın mənasız yerə getdiyinə baxıb, qəmlənirəm. Amma yazarkən istər istməz yazmadığım gündən 2-3 dəfə çox iş görə bilirəm.

  • Hədəflərinizi yazın
  • Planlarınızı yazın
    • İl başlamadan, gələn ilin planını yazın
    • Ay başlamadan, gələn ayın planını yazın
    • Həftə başlamadan, həftənin planını yazın
    • Gün başlamadan, günün planını yazın
  • Etdəcəyiniz işləri qeyd edin
  • Zəng vurulacaq adamların siyahısın yazın
  • Görüşəcəyiniz adamların siyahısın yazın
  • Gündəlik, başınızdan keçən maraqlı hadisələri yazın
  • və s

Yazmaq da bir bacarıqdır. İlk əvvəl səhər-səhər (və ya bir gün öncə axşam) durub, günün planını yazmaq, 10 dəqiqə bunun üçün vaxt ayırmaq çətin gəlir. Gündən-günə bu asanlaşır, digər vərdişlər kimi bu adi vərdişə çevrilir. Unutmayın, bizi irəli aparan vərdişləri öyrənmək çətin, onunla yaşamaq asandır. Bizə xeyri olmayan vərdişləri öyrənmək asan, onunla yaşamaq isə çətindir. Bizi irəli aparan, bizə xidmət edən yeni – yeni vərdişlər, bacarıqlar öyrənək. Bu yolda hamımıza uğurlar!

Alibi3col theme by Themocracy